Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

"AtaBank"ın yeni şöbəsi açıldı

Bakı şəhərində “AtaBank” ASC-nin yeni "Elmlər" şöbəsinin açılışı olub. Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən Bəxtiyar Vahabzadə küçəsində fəaliyyət göstərən şöbə fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir.

Yeni açılmış şöbədə həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur.

Şöbənin açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev və Filiallarla iş departamentinin  direktoru Nəsimi Kərimov iştirak ediblər. Açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev şöbə ilə bağlı bildirib ki, “ AtaBank ASC Bakı və regionlarda geniş xidmət şəbəkəsinə malik olan banklardan biri olaraq, "Elmlər" şöbəsini gələcəkdə 24 saat fasiləsiz xidmət göstərməsini nəzərdə tutur”.

"AtaBank"-ın  "Elmlər" şöbəsi bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 18:00-a kimi müştəriləri qəbul edir. "AtaBank"-ın yeni "Elmlər" şöbəsi müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.