Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaBank” ASC Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq hərbçimizin kredit borcunu bağışladı

“AtaBank” ASC Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərb çimizin kredit borcunu bağışlayıb.

Məmmədov Anar Yaşaroğlu döyüş tapşırığını yerinə yetirərkən mina partlaması nəticəsində sağ ayağından qəlpə yaraları almış və sol qolunu dirsəkdən yuxarı itirmişdir.

Hərbçimiz “AtaBank”-ın mərkəzi filialına dəvət olunmuş və İdarə Heyəti Sədrinin Müavinləri Səbuhi Əliyevvə Rauf Hüseynovla görüşmüşdür. Görüş zamanı “AtaBank” ASC-nin İdarə Heyəti Sədrinin Müavini Səbuhi Əliyev məsələ ilə bağlı bildirmişdir ki, “AtaBank ASC olaraq biz maliyyə bazarında yenilikçi missiyamızla yanaşı, vətənpərvərlik ruhunadasa diqqalırıq. Fikrimizcə, belə anlarda xalq olaraq birlik nümayiş etdirməli və bir-birimizə dəstək olmalıyıq. Hər bir bank, şirkət, vətəndaş, cəmiyyət qarşısında məsuliyyətini unutmamalıdır”.

“AtaBank” ASC 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin bütün əməkdaşlarını və Azərbaycan xalqını təbrik edir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.