Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaBank” yenidən “Tour d’Azerbaidjan 2016” bank xidmətləri göstərdi

2016-cı il 4-8 may tarixlərində ölkəmizdə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən “Tour d’Azerbaidjan” beynəlxalq veloturuna “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə xidmət göstərdi. 5 gün ölkəmizin Bakı, Sumqayıt, Qəbələ, Oğuz, Şəki, Şamaxı, İsmayillı, Pirqulu və digər bölgələrində “AtaMatik” iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaratmışdır. “AtaMatik” səyyar  bankomatı  vasitəsilə  hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bildi.

Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev bildirib ki, “AtaHolding” ASC-nin sponsoru  olduğu   “Tour d’Azerbaidjan”  beynəlxalq veloturunda iştirakçılara  bank xidməti göstərməkdən yalnız qürur duyuruq.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.