Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

Yeni mövsüm üçün püşk atıldı: Finalçılar və yarımfinalçı eyni qrupda!

Mayın 5 “AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun və “Synergy Group” ASC əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışının püşkatma mərasimi keçirilib. “AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov turnirin əhəmiyyətindən danışaraq, reqlament barədə məlumat verdikdən sonra 12 komanda arasında püşkatma həyata keçirilib.

Püşkün nəticəsinə əsasən iştirakçılar 3 qrupa bölünüb. Qruplarda 1-ci və 2-ci yerləri tutacaq, həmçinin 3-cü yerdə qərarlaşacaq ən yaxşı 2 komanda 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcək.

Qruplara və komandaların gücünə nəzər saldıqda, matçların kifayət qədər gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq mümkündür. Konkret olaraq, B qrupunu “ölüm qrupu” da adlandırmaq olar. Çünki püşkə əsasən son çempion “AtaTexnologiya” ilə gümüş medalçı “No Name”, həmçinin yarımfinalçı “Cybernet” eyni “dördlük”də güclərini yoxlayacaqlar. Bürünc mükafatçı “Gobustone” isə C qrupunda mübarizə aparacaq.

Püşkatmanın nəticəsi:

A qrupu

“AtaSığorta”

“VTB Bank”

“First United”

“MXD”

B qrupu

“Cybernet”

“AtaCard”

“No Name”

“AtaTexnologiya”

C qrupu

“VTB Plus”

“POS-Patrul”

“Gobustone”

“AtaSum”

1/4 final 
1. A1 - C2
2. A2 - B2
3. C1 – B3 (C3 kənarda qalsa) / A3 (B3 kənarda qalsa) / B3 (A3 kənarda qalsa)
4. B1 - A3 (C3 kənarda qalsa) / C3 (B3 kənarda qalsa) / C3 (A3 kənarda qalsa)

1/2 final

1-ci cütünün qalibi – 3-cü cütünün qalibi

4-cü cütünün qalibi – 2-ci cütünün qalibi

Üçüncü yer uğrunda

Yarımfinalların məğlubları

FİNAL

Çempionata mayın 14-də start veriləcək. AzFar stadionunda (Tennis akademiyası ilə üzbəüz) təşkil olunacaq yarış AFFA-nın hakimlər briqadası tərəfindən idarə ediləcək. Şənbə və bazar günlər keçiriləcək qrup mərhələsinin matçlarına 6 həftə sonra yekun vurulacaq.

Yarışda çempiona 4000, 2-ci yeri tutacaq komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı veriləcək. Həmçinin turnirin ən yaxşıları da hədiyyəsiz qalmayacaqlar. Yarışın ən yaxşı oyunçusu, bombardiri və qapıçısı hərəyə 500 manatla mükafatlandırılacaq.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.