Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaBank” yenidən “Tour d’Azerbaidjan”-da.

Mayın 4-dən 8-dək ölkəmizdə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçiriləcək nüfuzlu “Tour d’Azerbaidjan” beynəlxalq veloturuna yenidən dəstək olaraq “AtaBank” ASC iştirakçıları səyyar bankomatı olan “AtaMatik” ilə müşayiət edəcəkdir.

5 gün boyunca velosipedçiləri ölkəmizin Bakı, Sumqayıt, Qəbələ, Oğuz, Şəki, Şamaxı, İsmayillı,Pirquluvə digər bölgələrində müşayiət edəcək “AtaMatik” iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradacaq. “AtaBank” ASC-nin səyyar bankomatı olan “AtaMatik” vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və digər bank əməliyyatları apara biləcək.

Qeyd etmək istərdik ki, “AtaBank” ASC olaraq ölkəmizdə keçirilən nüfuzlu və mötəbər idman yarışlarında əhaliyə, idmançılara və ölkəmizin qonaqlarına dəfələrlə  “AtaMatik” səyyar bankomat xidmət edib.

Bütün idman sevərləri veloturda iştirak edəcək Azərbaycanın “Synergy Baku” komandasına dəstək olmağa çağırırıq.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.