Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaBank” cəbhə bölgələrində “Xəzri”nin komissiyasını ləğv edib.

“AtaBank”  son günlər cəbhə xəttində döyüşlərin intensiv getdiyi Ağdam, Füzuli və Tərtər şəhərlərinə Azərbaycanın müxtəlif bölgələrindən göndərilən pul vəsaitlərinin həcminin artdığını nəzərə alaraq “Xəzri” sistemi vasitəsilə göndərilən pul köçürmələri üzrə xidmət komissiyasını ləğv edib. Bu güzəşt həmçinin Ağdam, Füzuli və  Tərtər filiallarından Azərbaycanın digər regionlarına həyata keçirilən köçürmələrə də şamil edilir. 

Xatırlatmaq istərdik ki, “AtaBank”­ ölkəmizdə Xəzri sisteminə qoşulan ilk b­ankdır.

Xəzri beynəlxalq sürətli pul köçürmə ­sistemi Kapital Bank tərəfindən 2007-ci ­ildə yaradılıb. ­

“Xəzri” təcili pul köçürmə sisteminin Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Tacikistan və Gürcüstan kimi ölkələrin banklarında 3500-dən artıq məntəqədə mövcuddur. ­

Pul köçürmə xidmətlərini "AtaBank"ın 26 ­filial və şöbəsində həyata keçirmək mümk­ündür.  ­

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Daha ətraflı məlumat üçün www.atabank.com  saytına və ya  www.facebook.com/atabank  səhifəsinə daxil olmaq olar.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.