Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaBank”ın təcili pul köçürməsi stemind­ə yenilik! ­

“AtaBank” ASC təcili pul köçürmə xidmətləri çeşidini genişləndirərək ilk imza atıb. Bu gündən etibarən, “AtaBank” ASC­-nin müştəriləri “Xəzri” sistemi üzrə pul köçürmələrini həyata keçirə bilərlər. Yenilik isə ondan ibarətdir ki, “AtaBank” ölkəmizdə Xəzri sisteminə qoşulan ilk bankdır.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Xəzri beynəlxalq sürətli pul köçürmə sistemi Kapital Bank tərəfindən 2007-ci ildə yaradılıb.

Bu sistem Azərbaycanda, Rusiyada, Ukraynada, Gürcüstan və Tacikistanda ümumilikdə 3500-dən artıq xidmət məntəqəsində tətbiq olunur.

Pul köçürmə xidmətlərini "AtaBank"ın 26 filial və şöbəsində həyata keçirmək mümkündür.

Əlavə olaraq bildirmək istəyirik ki, “AtaBank”ın filiallarında pul köçürənə və ya alana 1 manatdan 5 manat ədək mobil danışıq dəqiqələri hədiyyə olunur.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün “AtaBank” ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

“AtaBank” xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər üçün www.atabank.com saytına və ya sosial şəbəkədə səhifəsinizi yarət edə bilərsiniz - www.facebook.com/atabank.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.