Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaBank” ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunmuşdur

Məlumat üçün bildirmək istəyirik ki, Müşahidə Şurasının  26.02.2016–cı il tarixli, 06 saylı protokolunun qərarına əsasən, Quliyev Dəyanət Namiq oğlu “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.

Babaşlı Etibar Əmirxan oğlu “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini təyin olunmuşdur.

İnzibatçının Mərkəzi Bankda təyinatı ilə əlaqədar olaraq, hazırda Babaşlı Etibar Əmirxan oğlu bankın İdarə Heyətinin sədr əvəzi funksiyasını yerinə yetirir. 

Dəyanət Quliyev 2014-cü ilin sentyabr ayından “Synergy Group” ASC-də rəhbər vəzifələrdə çalışmaqdadır.

O, əvvəlcə Müşahidə Şurasının sədri olaraq işə başlamış, daha sonra İdarə Heyətinin sədri olmuşdur.

2015-ci ilin dekabr ayından İdarə Heyətinin ləğvi ilə əlaqədar Müşahidə Şurasının sədri təyin edilmişdir.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.