Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

“AtaBank” ASC-yə “Visa” beynəlxalq ödəniş sistemindən xüsusi mükafat təqdim edilib!

02 fevral 2016-cı il tarixində Bakı şəhərində yerləşən “Holiday İnn” otelində “Visa İnternational” beynəlxalq ödəniş sistemi tərəfindən təşkil edilmiş “Ticarət şəbəkəsində təmassız ödənişlər” mövzusunda konfrans keçirilmişdir.

2015-ci ilin nəticələrinə görə “AtaBank” ASC “AZƏRBAYCANDA ƏN BÖYÜK Visa payWave EKVAYER” nominasiyasında qalib gələrək xüsusi Diplomla təltif edilmişdir.

“Visa İnternational” beynəlxalq ödəniş sisteminin rəsmi nümayəndələri “AtaBank” ASC-nin bu istiqamətdə fəaliyyəti və həyata keçirilən tədbirlərini yüksək qiymətləndirib gələcəkdə daha böyük uğurlara nail olmasını arzu etmişdir.

Visa beynəlxalq ödəmə sistemi qlobal miqyasda fəaliyyət göstərir. Bu gün Visa plastik kartları 200-dən çox ölkədə istifadə edilir.

“AtaBank” ASC əldə etdiyi nailiyyət və uğurlara görə müştərilərinə dərin təşəkkürünü bildirir.

Qeyd edək ki, 2004-cü ildən “AtaBank”  Visa İnternational Beynalxalq ödəniş sisteminin assosiasiyanın üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün “AtaBank” ASC yüksək texnologiyalı universal bank olaraq fəaliyyətini davam etdirməkdədir. Bank korporativ və fərdi müştərilərə tam spektr maliyyə xidmətləri təqdim edir.

“AtaBank” ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com və www.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.