Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaHolding – onillik dinamik inkişaf

- Sizin fikrinizcə, 2013-cü il milli iqtisadiyyatda hansı əlamətdar hadisələrlə yadda qaldı?

- Əgər Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilərə diqqət yetirsək, görə bilərik ki, 2013-cü ildə də Azərbaycan öz dinamik iqtisadi inkişafını davam etdirib. Ümumdaxili məhsul təxminən 6% artıb, qeyri-neft sektorunda inkişaf tempi isə 9.8% təşkil edib. Sonuncu göstərici xüsusilə çox sevindiricidir, çünki iqtisadiyyatın neftdən asılılığının tədricən azaldığını əks etdirir. Azərbaycan iqtisadiyyatına xas olan bu vacib və müsbət tendensiya artıq bir neçə ildir ki, uğurla irəliləyir. Həmçinin əsas göstəricilərdən biri də investisiyanın həcminin rekord göstəriciyə çatmasıdır. Qeyd edim ki, bunun böyük hissəsi daxili investisiyanın payına düşür. Ümumiyyətlə, son illər daxili investisiyalar xarici investisiyanı üstələyir. Davos İqtisai Forumunda iqtisadi rəqabətədavamlılıq indeksi üzrə MDB ölkələri arasında Azərbaycanın liderliyi də çox əhəmiyyətli bir nəticədir.

Kənd təsərrüfatında da inkişaf aydın sezilir və statistikaya əsasən, bu sahədə artım 5% olub. Ölkə rəhbərliyinin ərzaq təlükəsizliyi istiqamətində apardığı effektiv siyasət də diqqətəlayiqdir. İdxaldan asılılığı azaltmaq istiqamətində tədbirlər, eyni zamanda kənd təsərrüfatının, aqrar sektorda emal sənayesinin inkişafı uğurla davam edir. Məlumdur ki, Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı kreditlərin böyük hissəsi də məhz aqrar sektora və emal sənayesi sahələrinə yönəldilib.

Bilirsiniz ki, ötən ilin ən əlamətdar hadisəsi dekabrın 17-də “Şahdəniz-2” investisiya layihəsinin imzalanması oldu. Bu razılaşma çərçivəsində Azərbaycan iqtisadiyyatı təxminən $45-50 milyard əlavə investisiya əldə edəcək.

2013-cü ilin əsas hadisələri sırasında mən prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsini də vurğulamaq istərdim. Onun yenidən prezident seçilməsi Azərbaycanın sürətlə və yüksək iqtisadi inkişafını davam etdirməsi üçün bir zəmanətdir.

 - Yola saldığımız ili AtaHolding üçün necə dəyərləndirirsiniz?

 - 2013-cü il də, ötən illər kimi holdinq üçün çox uğurlu olub. Qarşıya qoyulan bütün məqsədlərə nail olmuşuq və biz qürurla öz səhmdarlarımızın qarşısında hesabat verə bilərik. Bundan əlavə 2013, holdinq üçün yubiley ili kimi yadda qaldı, AtaHolding Açıq Səhmdar Cəmiyyətinin yaradılmasından 10 il, onun tərkibindəki təsisatlardan biri AtaBank’n isə 20 yaşı tamam oldu.

AtaHolding şirkətlər qrupu dayanıqlı və etibarlı biznes təsisatları imicini qoruyub caxlayır. 2013-cü ildə holdinqdə bir çox bölmələrin restrukturizasiyası aparıldı, o cümlədən marketinq, maliyyə, insan resursları departamentlərinin idarəedilməsi mərkəzləşdirildi. Biz AtaHolding’ə aid bütün törəmə şirkətlərin fəaliyyətinin optimallaşdırılmasına və effektivliyinin artmasına müvəffəq olduq. Səmərəli işbirliyi və korporativ idarəetmə bizim əsas nəaliyyətimizdir.

Həmçinin “Bir addım öndə” şüarına sadiq qalan AtaBank uzun illərdir ki, qabaqcıl texnologiyalardan istifadə edərək, öz müştərilərinə yüksək xidmət göstərir. 2013-cü ildə Bank uğurlu fəaliyyətinin göstəricisi kimi Azərbaycanda nağdsız ödənişlərin inkişafına verdiyi töhfəyə görə VISA beynəlxalq ödəniş şirkəti tərəfindən xüsusi sertifikat alıb.

Baş ofisi Londonda yerləşən “Global Banking and Finance Review” analitik jurnalının ötən il üzrə yekunlarına əsasən AtaBank,  “Azərbaycanın ən yaxşı kommersiya bankı” mükafatına layiq görülüb. Bir sözlə, əminliklə demək olar ki, yola saldığımız il bötövlükdə holdinq və ayrılıqda hər bir şirkətimiz üçün davamlı inkişaf dövrü oldu. 

 - Holdinq üçün hansı istiqamətlər prioritet olaraq qalacaq?

- Məlumdur ki, AtaHolding ölkənin maliyyə bazarında AtaBank’la və AtaSığorta ilə təmsil olunur. Bundan əlavə, holdinq, VTB Bank ASC-nin nizamnamə kapitalında 48.99% payla səhmdar kimi iştirak edir. Turizm sahəsində özünü müsbət yöndə tanıdan AtaTravel agentliyi və beşulduzlu Exselcior Baku mehmanxana kompleksi də var. İnformasiya texnologiyaları sahəsində AtaTexnologiya tanınmış bir şirkətdir. Törəmə şirkətlərdən biri isə Şəmkir Quşçuluq fabrikidir. Bütün törəmə şirkətlərimizdə beynəlxalq korporativ idarəetmə standartlarına və müasir keyfiyyət standartlarına tam əməl olunur. Əminliklə deyə bilərəm ki, sadaladığımız bu istiqamətlər holdinq üçün bu il də prioritet olaraq qalacaq.

İnvestisiya şirkəti kimi AtaHoldinq həm daxili, həm də xarici investisiya bazarları üçün həmişə perspektiv yeniliklər axtarışındadır. Müştərilərimizin tələbatlarını qarşılamaq üçün məhsuldar və səmərəli işləmək – bu, bizim əsas strategiyamızdır. Nəhz buna görə də AtaHolding’in bütün layihələri milli maraqlar çərçivəsində, “Azərbaycan üçün sinergy” devizilə ölkənin inkişafı və çiçəklənməsi naminə reallaşdırılır.

- Sizcə, AtaHolding’in əməkdaşı olmaq nə deməkdir?

- Bizim şirkətlər qrupundakı bütün departament və xidmətlərdə yüksək ixtisaslı mütəxəssislər çalışır. Bizim üçün əməkdaşın səriştəsi və təşəbbüskarlığı, yüksək təhsilli olması çox vacibdir. İşçinin seçilməsi zamanı həmişə yerli kadrlara üstünlük veririk.

AtaHolding’də hər bir əməkdaşa inkişaf etməyə, karyerada yüksəlməyə imkan yaradılır və amil az əhəmiyyət daşımır. Bundan əlavə, biz əməkdaşlarımız arasında birlik, qarşılıqlı dəstək, kollektivçilik atmosferi yaradaraq, komanda ruhunu saxlayırıq. Axı, biznesdə başlıcası – bütün resursları harmonik şəkildə idarəetməkdir. Unikal texnologiyalarla birlikdə insan potensialı, istənilən biznes üçün əvəzsiz resursdur. Aydındır ki, əksər dünya brendlərində uğurun sirri əla ideya və eynidüşünən komandadır. Fikrimcə, əməkdaşa həvalə olunan işin onun qabiliyyət və bacarıqlarına uyğun olub-olmadığını araşdırmaq vacibdir. Əgər işçinin peşəkarlığı ona verilən tapşırıqdan daha üstündürsə, bu zaman sadəcə həmin insana daha böyük məsuliyyət həvalə edilməlidir, ya da ki, bütün bilik və bacarıqlarını göstərməsi üçün tam başqa bir iş tapşırmaq lazımdır. Əgər, hansısa sahədə əməkdaşın səriştəsi azdırsa, ya təhsildəki boşluqları qaldırmaq hesabına ya da kouçinq – daha təcrübəli əməkdaşın yanında təlim keçmək hesabına onun inkişafına kömək etmək lazımdır. Hər iki halda işçinin həvəsdən düşməsinin qarşısını ağıllı şəkildə almaq mümkündür. AtaHolding’də bizim üçün bu, çox vacibdir, çünki korporativ mədəniyyət və əlverişli korporativ mühit ilk növbədə motivasiya olunmuş və effektiv heyət deməkdir.

- Biz hamımız holdinqin öz orijinallığına görə seçilən və yadda qalan yubiley şənliyinin şahidi olmuşuq. Bütün bunlar daxildə necə hazırlandı?

 - Yubiley şərəfinə biz öz miqyasına görə kifayət qədər möhtəşəm, özü də bütün ictimai əhəmiyyət daşıyan bir tədbir fikirləşməyə və həyata keçirməyə nail olduq. 2013-cü il, noyabrın 30-da Heydər Əliyev Mərkəzində, AtaHolding’in 10 illik, AtaBank’ın 20 illik yubileyi şərəfinə təntənəli mərasim keçirildi. Bayrametmə ərəfəsində holdinqin rəhbərliyi belə qərara gəldi ki, yubiley qeyri-adi olması ilə yanaşı, həm də ictimai əhəmiyyət daşısın. Bu nöqteyi-nəzərdən AtaHolding, 1945-ci ildə ağ-qara formatda çəkilmiş “Arşın mal alan” filminin bərpası və rəngli formata keçirilməsilə bağlı Heydər Əliyev Fondunun layihəsini reallaşdırmağı qərara aldı. Dahi Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında təxminən 60 il əvvəl çəkilən “Arşın mal alan” filmi Hollivudda bərpa olundu və rəngli formata keçirildi. 

Doqquz ay müddətində vizual effetktlər və rəng korreksiyası sahəsində dünyanın aparıcı mütəxəxsislərdən ibarət  ibarət  157 nəfərlik  komanda bu layihənin üzərində çalışdı. Təbii ki, Azərbaycandan olan mütəxəssislər də layihəyə cəlb olundular. Bunun sayəsində məkanın, əşya və rekvizitlərin rənglərinin konkret çalarları müəyyən edildi. Sirr deyil ki, “Arşın mal alan” filmi Azərbaycanın kino yaradıcılığında və bütövlükdə Azərbaycan xalqının mədəni irsində çox vacib yer tutur.   

Qeyd edim ki, 2013-cü ildə dahi Hacıbəyovun eyni adlı operettasının 100 illiyi də  tamam oldu. Hesab edirəm ki, filmin bərpası Azərbaycan xalqına böyük bir hədiyyədir. Fürsətdən yararlanaraq, bu layihənin həyata keçirilməsini AtaHolding’ə etibar etdiyi üçün Heydər Əliyev Fonduna dərin təşəkkürümü bildirirəm.

Daha bir yenilik yubiley çərçivəsində istifadə edilən reklam alətləri oldu. Yubiley şərəfinə keçirilən mərasimdə özünə yeni imic seçən AtaBank’ın bununla bağlı reklam çarxı nümayiş olundu. Əsas fərq bundan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq, “Kölgələr Teatrı”nın (“DieMobiles”) iştirakı ilə reklam çarxı çəkildi. AtaBank’ın “Kölgələr Teatrı” ilə əməkdaşlığı yalnız reklam çarxının yaradılması ilə məhdudlaşmır. Üzeyir Hacıbəyovun “Arazbarı” və “Aşıqsayağı” əsərlərinin musiqisi altında Bakıya həsr olunan öz musiqi və səhnə ifasına görə bənzərsiz şou hazırlandı. Yubiley tədbirləri çərçivəsində Azərbaycanda ilk dəfə olaraq, məşhur amerikalı rəssam–virtuoz Den Dann çıxış etdi. O, 5-6 dəqiqə ərzində bizim dahi ifaçımız Rəşid Beydutovun portretini yaratdı.

 - Holdinq tez-tez sosial-Humanitar yönümlü layihələrin sponsoru olub, bu siyasət cari ildə də davam edəcəkmi?

 - Şübhəsiz ki. İqtisadi fəallətlə yanaşı, AtaHolding korporativ sosial məsuliyyətə xüsusi diqqət ayırır. Hələ 1998-ci il noyabrın 19-da holdinq sosial məsuliyyət sferasında (SMS) BMT-nin Qlobal Təşəbbüs’ünə qoşulub. Uzun illər ərzində biz Beynəlxalq Güləş Federasiyasının və idmanın müxtəlif növləri üzrə Bakıda keçirilən nüfuzlu beynəlxalq yarışlara sponsorluq etmişik. Bundan əlavə, sosial proqramlara, xeyriyyə, təhsil, mədəniyyət və incəsənət sahəsində layihələrə fəal dəstək vermişik. Bugün AtaHoldinq sosial məsuliyyət sferasında uzunmüddətli sponsorluq öhdəliklərinə malikdir. Tez-tez xeyriyyə tədbirləri, valideyn himayəsindən məhrum uşaqlar üçün əyləncəli oyunlar, viktorinalar, musiqi, rəqs və əlbəttə hədiyyələr də daxil olmaqla maraqlı şənliklər təşkil edirik.  

Qeyd edim ki, holdinq “Kim?, Harada? Nə vaxt?” intellektual televiziya oyununun baş sponsorudur. Bununla yanaşı, biz kolletivimizi də unutmuruq, ötən ilin aprel-may aylarında ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunan böyük futbol turniti təşkil etdik. Tez-tez holdinqin əməkdaşları arasında idmanın müxtəlif növləri üzrə yarışlar keçiririk, buraya iştirakçı kimi müştərilərimizi, tərəfdaşlarımızı və jurnalistləri də dəvət edirik.

Maraqlı müsahibəyə görə təşəkkür edirik.

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.