Şirkətlər > Banklar və sığorta > Banklar
 

Atabank

az | ru
 
 
 
 

AtaBank sevdiyiniz ölkələrə kreditlə səfər etməyi təklif edir

AtaBank-ın yeni kredit proqramı istirahət planlarınızı həyata keçirməyə kömək edəcək.

AtaBank öz müştərilərinə yeni məhsulunu – «Səyahət krediti»ni təqdim edib. İndi yay mövsümünü ölkədən kənarda keçirmək istəyən, lakin buna imkanı olmayanların hamısı AtaBank-dan kredit götürərək ürəkləri istəyən ölkəyə – məsələn, Macarıstana səfər edə bilərlər. Bu ölkəyə səfəri ilə bağlı təəssüratlarını bizimlə ATAHolding-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Dilarə Zamanova bölüşüb.

Macarıstan Azərbaycan turistlərini nə ilə cəlb edə bilər?

Məlum olduğu kimi, bu ölkənin turizm sektoru inkişaf etmiş infrastruktura malikdir. Keyfiyyətli xidmət, dağlıq landşafta malik gözəl təbiət dünyanın hər yerindən turistləri cəlb edir. Qonaqpərvərlik, minillik mədəniyyət, toxunulmamış təbiət, müalicəvi sular, xalq yaradıcılığı və musiqi, tarixi abidələr, aktiv istirahət, macar mətbəxi və yaxşı alış-veriş etmək imkanı – bütün bunlar Macarıstanın turizm sənayesinin əsasını təşkil edir.

Burada şərabçılıq çox inkişaf edib və dünya səviyyəsində təmsil olunub. Maraqlıdır ki, ölkədə mehmanxanaların əksəriyyətinin öz kiçik çaxır zavodu var ki, bu müəssisələrdə də onlar özlərinə aid markalarda şərablar istehsal edir, turistlər üçün dequstasiya keçirirlər.

Məhz Macarıstana maraq nə ilə bağlıdır?

Macarıstan – yerli turizm üçün yeni bir istiqamətdədir. Bu məsələdə birbaşa Bakı-budapeşt aviareysinin açılması da böyük rol oynayıb. Bu reysdən həmçinin birbaşa reyslər olmayan Avropa ölkələrinə tranzit kimi istifadə etmək də mümkündür.

Termal su ehtiyatlarının həcminə görə dünyanın ilk beşliyinə daxil olan Macarıstan çoxdandır ki, kurortları ilə məşhurdur. Avropanın heç bir ölkəsi ərazi vahidinə düşən termal su qaynaqlarının sayına görə Macarıstanla müqayisə oluna bilməz. Təsadüfi deyil ki, bu ölkə haqqında alleqorik bir ifadə işlənir: yeraltı termal dənizin üzərindəki ada-ölkə. Uzun əsrlər boyu macarlara həmin termal suların insanların müxtəlif xəstəliklərinin müalicəsi və profilaktikası məqsədilə istifadəsinə dair çoxlu bilik və təcrübə toplayıblar. İndi bu təcrübə keyfiyyətli servis və ənənəvi qonaqpərvərliklə birlikdə müalicəvi istirahət həvəskarları üçün geniş seçim imkanı yaradır.

Macarıstanda hansı maraqlı yerlərində oldunuz?

Biz termal sularla müalicə mərkəzlərində, Dunay çayının döngəsində, Esterqom, Vışeqrad, Sentendre, Peç, Şarvar, Kestxey şəhərlərində olduq. Tur iştirakçıları Macarıstanın əsas görməli yerlərində, Balaton gölündə, dini-mənəvi mərkəzlərdə oldular, müxtəlif regionlardakı tarixi abidələrlə, mili adətlərlə, mətbəxlə, xalq yaradıcılığı və mili musiqi ilə tanış oldular.

AtaBank-ın yeni «Səyahət krediti» məhsulu haqqında danışın. Turist olmaq istəyən, lakin bunun üçün hələ ki, imkanı olmayanlara AtaBank necə kömək edə bilər?

«Səyahət krediti»Kredit 12 ay müddətinə verilir.  Kredit üzrə faiz dərəcəsi illik 18%, ilkin ödəniş isə kredit məbləğinin 30% qədərdir. Borcalanın ümumi iş stajı 1  ildən az, yaş həddi isə 22 yaşdan aşağı olmamalıdır. Ödəniş hər ay bərabər hissələrlə aparılmalıdır.

Beləliklə, istirahət etməyə hələ ki, imkan tapmamış şəxslər Atabank-dan kredit götürərək unudulmaz səyahətə yollanmaq kimi unikal imkan əldə ediblər.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.