Şirkətlər > Xidmətlər > Sərgil xidmətləri
 

Iteca Caspian

az | ru
 
 
 
 

2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları

12-14 sentyabr tarixlərində Boulevard Hotel-də 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisi “Gift & Promo 2019” keçiriləcək. Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

Gift & Promo 2019 sərgisi:

  1. Korporativ hədiyyələr və suvenirlər sahəsində təqdim olunan ölkədə və regionda yeganə beynəlxalq sərgidir. Burada promo məhsul və xidmətləri, VİP hədiyyələr, həmçinin əzizləriniz və dostlarınız üçün hədiyyələr təqdim olunacaq
  2. Reklam xidmətlərinin sifarişçilərinin suvenir və promo məhsulları istehsalçıları və distributorları ilə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq yollarını müzakirəsi üçün unikal işgüzar platformadır
  3. 3 gün ərzində 3000 yaxın ziyarətçidir. Onların sırasında şirkət müdirləri, marketinq üzrə direktorlar, satınalma üzrə direktorlar yer alırlar
  4. VİP hədiyyələr, suvenirlər, korporativ hədiyyələr, dəri məhsulları, tekstil, bayraqlar və aksessuarlar, müxtəlif fəaliyyət növləri üçün uniforma, zərgərlik məmulatları, əl işləri, oyuncaqlar və müəllif kuklalar, floristika, xüsusi toy sektoru və s. kimi sahələrdir. Tam siyahı ilə linkdən keçərək tanış olmaq mümkündür: https://giftfair.az/az-content/54.html
  5. Müxtəlif B2B görüşlərdən, panel diskussiyalardan, müsabiqələrdən, defilelərdən ibarət olan geniş işgüzar və əyləncə proqramları.
  6. Yaxşı əhval-ruhiyyə, parlaq təəssüratlar, yeniliklərlə görüş yeridir!

 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.