Şirkətlər > Xidmətlər > Sərgil xidmətləri
 

Iteca Caspian

az | ru
 
 
 
 

“Yol hərəkətinin təhlükəsizliyi” və "Yol Təhlükəsizliyi üzrə Dövlət Proqramı"

12 iyun tarixində saat 14:00-dan 16:30-dək Bakı Ekspo Mərkəzində “Road&Traffic” sərgisi çərçivəsində “Yol hərəkətinin təhlükəsizliyi” və "Yol Təhlükəsizliyi üzrə Dövlət Proqramı" mövzularında panel müzakirələrin aparılacaq. Müzakirənin iştirakçıları hərəkətinin idarə edilməsi sahəsində mövcud olan problemləri və bu sahədə tətbiq edilmiş yenilikləri müzakirə edəcəklər. Sərginin qonaqları açıq mikrofon vasitəsi ilə onları maraqlandıran sualları birbaşa ünvanlaya biləcəklər. Diskussiyaların mövzuları sırasında “Yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramının həyata keçirilməsi”, “Yolların keyfiyyətinin yol hərəkəti təhlükəsizliyinə təsirləri”, “Sürücü və piyadaların məsuliyyət və şüurunun artırılma yolları”, “Yol tikintisi zamanı keyfiyyətinə nəzarət”, “Yol infrastrukturunda İT xidmətlərin və data-nın önəmi” yer alır. Məruzəçilər qisminə müstəqil ekspert - Ərşad Hüseynov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hərəkətlərin təşkili və təhlükəsizlik şöbəsinin rəisi Vaqif Yusifli, AzVirt şirkətinin texniki istehsalat şöbəsinin mühəndisi Niyaməddin Nağıyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin informasiya texnologiyaları şöbəsinin mütəxəssisi Rəşad Ələkbərov, Sinam şirkətinin CİS mühəndisi Pərviz Bədəlov çıxış edirlər.

Tədbirə qeydiyyatdan link vasitəsi ilə keçmək olar: https://roadtraffic.az/az-Panel/

 


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.