Şirkətlər > Xidmətlər > Sərgil xidmətləri
 

Iteca Caspian

az | ru
 
 
 
 

Transxəzər beynəlxalq nəqliyyat marşrutu

11 iyun tarixində saat 14:00-dan 16:00-dək Bakı Ekspo Mərkəzində “TransCaspian” sərgisinin çərçivəsində “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfransın təşkil ediləcək. Sözügedən konfrans aparıcı sektor mütəxəssislərinin beynəlxalq nəqliyyat marşrutlarının inkişaf perspektivlərini və optimallaşdırma yollarını, eləcə də beynəlxalq ticarətdə Azərbaycanın oynadığı rolu müzakirə etmələri üçün yaxşı fürsətdir. Konfransın sessiyaları çərçivəsində “İpək yolunun bərpası və dövlətlər arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyəti”, “İpək yolunun bərpası və dövlətlər arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyəti”, “Azərbaycanda logistika şəbəkəsinin inkişaf strategiyası”, “Beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük axınının optimallaşdırılması” mövzuları müzakirə olunacaq. Spikerlər sırasında: TRACECA Hökumətlərarası Komissiyasının milli katibi – Akif Mustafayev, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi – Rüfət Bayramov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin istismar xidmətinin müdiri – Yucin Si, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri – Azər Əliyev.

Tədbirə qeydiyyatdan link vasitəsi ilə keçmək olar: https://transcaspian.az/en-meetingscompanies/


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.