Biznes kataloqu > Xidmətlər > Sərgil xidmətləri
 

Iteca Caspian

az | ru
 
 
 
 

Yubiley sərgilərin iştirakçıları tərəfindən pambıq əkilməsi və istirahət guşəsinin quraşdırılması

May ayının 10-da Mərkəzi Nəbatat Bağında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 93 yaşının tamam olması münasibəti ilə xüsusi tədbir keçirildi. Tədbir çərçivəsində 15-ci Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “Transcaspian” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro” sərgilərinin iştirakçıları Mərkəzi Nəbatat Bağının əvvəlcədən ayrılmış guşəsində Ümummilli liderin xatirəsini yad etmək üçün (xüsusi seçilmiş) “Qarabağ” sortlu pambıq əkdilər. Pambıq hər zaman Azərbaycan kənd təsərrüfatı mədəniyyətinin əsas sahələrindən biri olmuşdur. Vaxtı ilə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda pambıq istehsalı bir milyon tona çatdırılmışdı (Heydər Əliyev 1969-cu ildə ölkəyə rəhbərlik etməyə başlayarkən, təxminən 100-200 min ton pambıq istehsal olunurdu). Növbəti illərdə isə pambıq istehsalı bir milyon tona qədər artırılmışdı və hər il orta hesabla 800-900 min ton pambıq istehsal olunur. Beləliklə, yubiley sərgilərin iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, bir daha ictimaiyyətin diqqətini ölkədə pambıq istehsalının dirçəlişinə yönəltdilər.

Həmçinin, sərgi iştirakçıları Mərkəzi Nəbatat Bağının dərin guşəsində şəhər sakinləri üçün istirahət guşəsini quraşdırdılar. Tədbirlərdə əsasən sərgilərin daimi iştirakçıları olan eksponentlərlə yanaşı, sərgilərin təşkilatçıları qismində çıxış edən “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri, habelə 15 il ərzində sərgiləri dəstəkləyən və xəbərlərdə bu tədbirlərə böyük diqqət ayıran KİV nümayəndələri iştirak edirdilər. KİV-nümüyəndələrin arasında: AzTV, AzerTac, İctimai TV, Lider TV, Salamnews, Region TV, Report, МИР ТВ və s iştirak etmişdilər. Pambıq əkini və istirahət guşəsinin quraşdırılması təşkilatçılar tərəfindən “TransCaspian” və “CaspianAgro” sərgilərinin yubileyinə həsr olunmuş əlavə tədbirlər proqramının ilk tədbirinə çevrildi.

Bu il “TransCaspian” sərgisi 11-13 may, “CaspianAgro” sərgisi isə 19-21 may tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.