Şirkətlər > Xidmətlər > Sərgil xidmətləri
 

Iteca Caspian

az | ru
 
 
 
 

22-ci Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi

19-21 may 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq “Qida sənayesi” “WorldFood Azerbaijan 2016” sərgisi keçiriləcək. Keçirildiyi illər ərzində sərgi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olmuşdur. Qida sənayesinin inkişafına təkan verən “WorldFood Azerbaijan” sərgisi bu sənaye sahəsinin peşəkarları üçün nəzərdə tutulub. Həmçinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi uzun illərdir ki, “WorldFood Azerbaijan” sərgisinə yaxından dəstək göstərir. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Hər il keçirilən “WorldFood Azerbaijan” sərgisində həm yerli, həm də beynəlxalq ərzaq məhsulları bazarının aparıcı istehsalçı, distribyutor və təchizatçıları iştirak edəcəklər. Belə ki, bu il sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus, Çexiya, Qazaxıstan, Hindistan, İspaniya, İtaliya, Litva, Rusiya, Türkiyə, Ukrayna, və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir.

 Sərginin bölmələrində konservləşdirilmiş məhsullarla yanaşı, süd məhsulları, baqqaliyyə məmulatları, şirniyyat, soyutma sistemləri, içkilər və bir sıra digər məhsullar təqdim olunacaq. Həmçinin, bu ilki sərgidə ölkə bazarında ilk dəfə təmsil olunan meyvə və tərəvəz çeşidini geniş təmsil edəcək Azərbaycan şirkətləri iştirak edəcəklər.

Həmişə olduğu kimi, bu il də “WorldFood Azerbaijan” sərgisi qida sənayesi sahəsində mövcud olan  təmayüllər və bu sahənin əsas inkişaf problemlərinin müzakirəsi ilə yanaşı, yeni məhsul və texnologiyaların təqdimatı üçün unikal platformaya çevriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq qida məhsulları təchizatçılarının ticarət şəbəkələri və distribyutorlarla ikitərəfli görüşləri həyata keçiriləcəkdir. Bu cür ikitərəfli B2B görüşlər, istehsal şirkətlərinin rəhbərləri və pərakəndə satış nümayəndələri arasında şəxsi işgüzar əlaqələrin qurulmasına və ikitərəfli müqavilələrin imzalanmasına mühüm imkanlar yaradacaqdır.

Həmin tarixdə keçirilməsi planlaşdırılan Xəzər Beynəlxalq “Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” Ipack Caspian 2016 sərgisində müxtəlif sənaye sahələri üçün qablar, qablaşdırma materialları, tara və hazır qablaşdırmaların istehsal və tərtibatı üçün avadanlıqlar təqdim olunacaq.

Məlum olduğu kimi, Azərbaycanın iqtisadi potensialının artırılması və ixrac strukturunun diversifikasiyası üzrə tapşırığın həll edilməsi məqsədi ilə kənd təsərrüfatı və qida sənayelərinə böyük diqqət göstərilir. Hər il şirkətlərin “WorldFood Azerbaijan” sərgisində təqdim etdikləri yeni texnologiyalar və təcrübə mübadiləsi yüksək keyfiyyətli ixrac məhsullarının istehsalı üçün mühüm şərtdir. Keçirildiyi illər ərzində sərgi mütəxəssislərin ənənəvi görüşləri, eləcə də avadanlıq, məhsul və qida sənayesi üzrə xidmətlərin nümayiş etdirilməsi baxımından etibarlı platforma olduğunu doğrultmaqla yanaşı, yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradır.

Ətraflı məlumat əlavə olunub

Əlavə məlumat əldə etmək üçün, xahiş edirik, Svetlana Hacıyevaya müraciət edəsiniz

Tel.: +994 12 404 1008

Faks: +99412 404 1001

E-mail: [email protected]

www.worldfood.az

www.ipack.iteca.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.