Şirkətlər > Xidmətlər > Sərgil xidmətləri
 

Iteca Caspian

az | ru
 
 
 
 

15-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi

11-13 may 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi (TransCaspian 2016) sərgisi keçiriləcək. Bu il özünün 15 illik yubileyini qeyd edən TransCaspian sərgisi keçirildiyi illər ərzində regionda nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayişinə, yeni nümayəndəliklərin açılmasına və birgə müəssisələrin təsis olunmasına kömək edən mühüm nəqliyyat forumuna çevrilmişdir. Ənənəvi olaraq, bu sənaye sahəsi üçün TransCaspian sərgisi nəqliyyat bazarı haqqında düzgün təsəvvür yaradan ilin əsas hadisəsi sayılır. 15 il ərzində TransCaspian sərgisində təxminən 700 şirkət iştirak etmişdir.

Sərgi ilk gündən etibarən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. TransCaspian 2016 sərgisinin təşkilatçıları qismində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edilər.

Bu il sərgidə nəqliyyat sənayesinin nailiyyətləri, eləcə də yerli və xarici şirkətlərin ən yaxşı texnologiya və avadanlıqları təqdim olunacaq. Yubiley sərginin sektorları arasında Hərəkət heyəti və Dəmiryol infrastrukturu, Dənizçilik sənayesi, Aviasiya, Kommersiya nəqliyyatı və Nəqliyyat-loqistika xidmətləri kimi sektorları qeyd etmək olar. Ənənəvi olaraq, sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası kimi dövlət nəqliyyat strukturları da iştirak edəcək.

Hal-hazırda, Azərbaycanın Avropa ilə Asiya arasında əsas əlaqələndirici bölgəyə çevrilməsinə kömək edən “Şimal-Cənub”, “Transxəzər beynəlxalq nəqliyyat marşrutu”, multimodal “Vikinq” layihəsi və “Bakı-Tbilisi-Qars” kimi irimiqyaslı nəqliyyat layihələri yüksək templərlə həyata keçirilir. Bu cür perspektivlər sərginin aktuallığını artırmaqla yanaşı, istər xarici, istərsə də yerli nəqliyyat şirkətlərinin tədbirə daha yaxından maraq göstərmələrinə kömək edir. TransCaspian 2016 sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin dövlət nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüş, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli dövlət infrastruktur layihələri ilə yaxından tanışlıq, məhsulların satışı üçün yeni bazarların müəyyənləşdirilməsi və təcrübə mübadiləsi baxımından unikal imkan yaradır.

Bu il 6-cı Xəzər beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (Road & Traffic) və 3-cü Xəzər beynəlxalq “Kater və Yaxtalar” (CIBS 2016) sərgiləri TransCaspian 2016 15-ci Yubiley Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika”  sərgisi ilə eyni meydançada keçiriləcək.

Ətraflı məlumat əlavə olunub

Əlavə məlumat əldə etmək üçün, xahiş edirik, Svetlana Hacıyevaya müraciət edəsiniz

Tel.: +994 12 404 10 08

Faks: +99412 404 1001

E-mail: [email protected]

www.transcaspian.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.