Biznes kataloqu > Xidmətlər > Sərgil xidmətləri
 

Iteca Caspian

az | ru
 
 
 
 

15-ci Yubiley Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi

Bu il regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri - Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF” 2016) sərgisi öz 15 illik yubileyini qeyd edir. Keçirildiyi illər ərzində “AITF” sərgisi bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilərək, bu sənaye sahəsinin qovşağı (“hab”) statusunu qazanmışdır.

Turizm sahəsi ölkənin qeyri-neft sektorunun perspektivli sahələrindən biridir. Respublika rəhbərliyi tərəfindən AITF sərgisinə hər zaman hərtərəfli dəstək verilir. Son bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev bu sərgini ziyarət edir, sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur. Respublika rəhbərliyi tərəfindən həm turizmə həm də AITF sərgisinə göstərilən xüsusi diqqət turizm sahəsinin biznes əlaqələrinin inkişafına əlavə təkan verir.

Yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (“AZTA”) tərəfindən dəstəklənir. Ümumdünya Turizm Təşkilatı (“UNWTO”) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (“PATA”) “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Sərginin müsbət dinamik inkişafı, eləcə də onun ölkənin turizm sektorunda oynadığı xüsusi rol son illər ərzində sərginin həm iştırakçılarının həm də ekspozisiyaların sayının artmasını bir daha təsdiq edir. “AITF-2016” sərgisində fərqli turizm istiqamətlərini təqdim edən dünyanın 40 ölkəsindən 200-dən artıq şirkətin iştirakı planlaşdırılır. Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro (Çernoqoriya), Çexiya və Ukrayna öz ölkələrinin turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədi ilə sərgidə milli pavilyonlar ilə çıxış edəcəklər. Həmçinin, sərgidə Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaqlar. Bundan başqa, sərgidə ABŞ, İordaniya, İsveçrə, Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, Yunanıstan və digər ölkələrin turizm şirkətləri və otellərinin iştirakı gözlənilir. Builki sərgi iştirakçıları arasında Azərbaycanda akkreditasiyadan keçmiş bir sıra xarici səfirliklər, o cümlədən ticarət palataları da yer alır. Ənənəvi olaraq, Azərbaycan Turizm Assosiasiyasının (“AZTA”) stendində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkün olacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq.

Yaz sərgi mövsümünün ilk tədbiri olan “AITF” sərgisi turizm sahəsi üzrə danışıq və görüşlər, eləcə də fikir mübadilələri və təkliflər üçün mərkəzi platformaya çevriləcək. Burada sərgi iştirakçıları turizm sektorunun müxtəlif istiqamətləri üzrə eksklüziv təkliflərlə çıxış edəcəklər. Tədbirin iştirakçıları arasında turizm şirkətləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, otel şəbəkələri, xaricdə daşınmaz əmlak agentlikləri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və spa mərkəzləri, o cümlədən idman və ekoloji turizm obyektləri yer alacaqdır. Bu il yerli və xarici tibb mərkəzləri, sağlamlıq ocaqları və sanatoriyalar tərəfindən təqdim olunacaq “Tibbi və sağlamlıq turizmi” sektoruna olan diqqət də artmaqdadır. Həmçinin, son illər ərzində “AITF” sərgisi Azərbaycan vətəndaşları arasında populyar kurort zonalarında daşınmaz əmlaka artan tələbatı əks etdirən “Xaricdə daşınmaz əmlak” sektorunu fəal şəkildə inkişaf etdirir.

İlk dəfə olaraq Baki Ekspo Mərkəzində AITF 2016 sərgisi çərçivəsində eksponentlərə sərginin işgüzar və yaradıcı ab-havasından maksimum faydalanmağa imkan yaradan “workshop” təşkil olunacaq. Eksponentlər “workshop” çərçivəsində vasitəçilər olmadan, birbaşa danışıqlar aparmaq; əvvəlcədən planlaşdırılan görüşlər zamanı aparıcı yerli turizm şirkətlərinin nümayəndələri ilə işgüzar əlaqələr qurmaq imkanlarından yararlana biləcəklər.

Beləliklə, sözügedən sərgilər danışıqlar üçün etibarlı platforma olmaqla yanaşı, dünya təcrübəsinin öyrənilməsinə və səmərəli əlaqələrin qurulmasına da kömək edəcək. “AITF” sərgisinin yubileyi ilə əlaqədar olaraq, təşkilatçılar tərəfindən eksponent və ziyarətçilərin də iştirak edəcəkləri əlavə tədbirlərdən ibarət maraqlı yubiley proqramı planlaşdırılıb. Bu yubiley proqramı iştirakçı və ziyarətçilərin yaddaşlarında Bakıda keçirilən sərgilər xüsusunda xoş və parlaq iz buraxacaqdır. 

“AITF” sərgisi 7-9 aprel tarixində yalnız turizm peşəkarları, aprel ayının 9-da isə bütün ziyarətçilər üçün açıq olacaq.

Ətraflı məlumat əlavə olunub

Əlavə məlumat əldə etmək üçün, xahiş edirik, Svetlana Hacıyevaya müraciət edəsiniz

Tel.: +994 12 404 10 08

Faks: +99412 404 1001

E-mail: [email protected]

www.aitf.az


 
 
 
 
 
Reklam   |  Xidmətlər  |  Əlaqə  |  Biznes-portallar  |   Kabinetə giriş   |  Şirkəti əlavə etmək  |  Kataloq  
 
Müəllif hüququ © 2011-2011 biznesinfo.az. Bütün hüquqlar qorunur. Məlumatları təqdim etmiş şəxslər həmin məlumatların dəqiqliyinə görə lisenziya müqaviləsinə əsasən məsuliyyət daşıyır. Redaksiya reklam materiallarının məzmununa görə məsuliyyət daşımır.