az / ru
 
     
 
Ana səhifə > Praktikum > Texnologiyalar

Virtual texnologiyalar: şirkətlər üçün üstünlüklər və mümkün risklər

21.08.2013 | Naila Kerimli

Son illər İnformasiya texnologiyaları sahəsində bulud texnologiyaları adlanan texnologiyalar daha da populyarlaşır. Bu tendensiya Azərbaycan da kənar keçməyib. Gündən-günə daha çox yerli və xarici şirkətlər «virtual ofislərə» üstünlük verirlər. Əsas üstünlük – vəsaitlərə qənaət, əsas çatışmazlıq isə mümkün risklərdir.

Virtual texnologiyalar – məlumatların işlənməsi texnologiyasıdır. Bu texnologiyalar kompüter resurslarının istifadəçiyə onlayn-servis kimi istifadəyə verilməsi deməkdir. Bu zaman məlumatlar istifadəçinin kompüterində deyil, «virtual» xidmətləri göstərən şirkətin serverlərində saxlanır.

Bu sahədə pionerlər sırasında Amazon, Google, Microsoft və IBM kimi nəhənglər var. 2000-ci illərdə Picasa, Google Drive, Dropbox, Skydrive kimi, foto-şəkilləri, faylları, cədvəlləri, musiqi parçalarını onlayn şəkildə saxlamağa imkan verən proqramlar meydana gəlib.

Nəhənglərin nümunəsi

Müxtəlif sahələrdə virtual texnologiyaların uğurlu istifadəsi son illər ona gətirib çıxarıb ki, bir çox firma və müəssisələr öz fəaliyyətlərində virtual texnologiya şirkətlərinin xidmətlərindən istifadə etməyə qərar veriblər. Hazırda T–mobile, General Electric, Philips kimi beynəlxalq korporasiyalar və digər nəhəng strukturlar virtual texnologiyalardan istifadə etməyə başlayıblar.

Azərbaycanda bu aparıcı texnologiyalar bir neçə il əvvəl sürətlə və ilk növbədə xarici şirkətlərdə inkişaf etməyə başlayıb. Məsələn, Almaniyanın bütün dünyada filialları olan və bu yaxınlarda Bakıda da nümayəndəliyini açmış iri hüquq şirkətlərindən biri «virtual ofislər» texnologiyasını uğurla tətbiq edir. Şirkətin əməkdaşları bütün vacib faylları xüsusi «virtual» diskdə saxlayırlar ki, həmin diskdən dünyanın istənilən nöqtəsindən onlayn şəkildə istifadə oluna bilər.

Lakin virtual xidmətlərdən təkcə xarici şirkətlər istifadə etmirlər. Seabak LLC şirkətinin texniki əməliyyatlar və inkişaf üzrə direktoru Səfər Səfərovun məsələni belə şərh edir: «Hazırda virtual xidmətlər sahəsində bizim müştərilərimiz tikinti və neft-qaz sahəsində çalışan şirkətlər, tibb müəssisələri, bir neçə qeyri-hökumət təşkilatı, habelə kommersiya firmalarıdır».

Əlbəttə, Azərbaycanda virtual xidmətlərin geniş yayılmasından danışmaq hələ ki, tezdir. AZQTEL şirkətinin texniki direktoru David Məmmədov hesab edir ki, Azərbaycanda özəl sektor hələ virtual texnologiyalara keçməyə hazır deyil. «Lakin məhz indi, İnformasiya Texnologiyaları ilində dövlət sektorundan başlayaraq virtual texnologiyalara keçidə başlamaq olar», deyə direktor bildirir.

Bu zaman nazirliklərin məsrəflərinin optimallaşdırılması üçün hostinq və ya elektron poçt kimi sadə xidmətlərdən başlamaq olar.

Bütün xeyir və ziyanları qiymətləndirmək

Virtual texnologiyalardan istifadənin həm üstünlükləri, həm də çatışmazlıqları var. Üstünlüklər arasında «virtual»ofisə keçməyə qərar vermiş şirkətin vaxt və vəsaitlərinə qənaət etmək imkanının qeyd etmək olar. Belə ki, şirkət server və proqram təminatlarının alınmasına xərc çəkmir, xidmətedici heyətə, habelə serverlərin dəstəklənməsi və onlara xidmətə çəkilən məsrəflər  azalır (məsələn, proqram təminatının yeni versiyasının yüklənməsi, texniki tələblərə daim uyğunluq).

Virtual xidmətlər göstərən şirkətlər ayda müəyyən olunmuş pul əvəzində informasiyanın saxlanması və qorunmasına dair məsrəfləri üzərinə götürür.

Xidmətlər əsasən «utility pricing» formatında göstərilir. Yəni, müştəri yalnız istifadə etdiyinə və yalnız istifadə etdiyi vaxt ödəyir. Konkret virtual xidmət modelindən asılı olaraq, qiymətlər xeyli fərqlənə bilər. Məsələn, populyar elektron poçt proqram olan Microsoft Exchange paketin həcmindən və funksiyalardan asılı olaraq, 4-20 AZN-ə təklif olunur.

Məlumatların virtual serverlərdə saxlanmasının növbəti üstünlüyü ondan ibarətdir ki, kompüter (mobil qurğu, planşet) itirildikdə və ya sıradan çıxdıqda məlumatlar itirilmir və İnternetə çıxışın olması şərti ilə həmin məlumatlardan digər qurğular vasitəsilə də onlardan yararlanmaq olar.

Çatışmazlıqlara misal olaraq isə İnternet şəbəkəsindən asılılığı misal göstərmək olar.

Ağıllı risk

Bir çox virtual xidmətlərin potensial müştəriləri onlardan istifadənin təhlükəsizliyinə şübhə ilə yanaşırlar və şirkətin məlumatlarının məxfiliyindən narahat olurlar. Məsələ ondadır ki, şirkətin məlumatları Məlumatların Saxlanması və İşlənməsi mərkəzində (MSİM) saxlanılır. Bu zaman xidmət göstərən şirkət məlumatların qorunmasına və yayılmamasına zəmanət verir.

Seabak LLC şirkətinin texniki əməliyyatlar və inkişaf üzrə direktoru Səfər Səfərov: «Müştəriyə onun məlumatlarının nədən və necə qorunduğu başa salmaq çox vacibdir (icazəsiz müdaxilə, təbii kataklizmlər, xidmət göstərən  şirkətin öz əməkdaşlarının müdaxiləsi). Burada banklardakı depozit qutuları ilə analogiya aparmaq olar – sizin məlumatlar maksimum etibarlı şəkildə və məxfi şəkildə qorunur».

Məlumatların İnternet şəbəkəsində yerləşdirilməsi hələ o demək deyil ki, həmin məlumatlardan hamı və hər kəs istifadə edə bilər. «Virtual» ofis həm ümumi istifadə üçün, həm də fərdi, yəni yalnız müəyyən istifadəçi qrupunun yararlana biləcəyi şəkildə ola bilər.

O ki qaldı virtual ofisdən məlumatların tam və ya qismən itirilməsinə, sözsüz ki, bu cür risk var. Lakin, bu risk məgər ayrılıqda götürülmüş kompüterin itirilməsi, oğurlanması və ya sadəcə olaraq sıradan çıxması riski ilə müqayisə edilə bilərmi?

Növbəti məqalələrdə biz sizi kiçik və orta biznes üçün virtual texnologiyaların real alətləri ilə tanış edəcəyik. 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (341)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (163)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (528)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (327)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (265)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.