az / ru
 
     
 
Ana səhifə > Praktikum > Texnologiyalar

Azərbaycan sahibkarları suvarma sistemləri bazarının inkişafı

06.06.2013 | Sergey Osin

Hər il Azərbaycanın kənd təsərrüfatı milyonlarla vəsait itirir. Bu pullar, sözün əsil mənasında insanların əlindən sürüşüb qaçır. Hər bir suvarma zamanı orta hesabla suyun 20%-i boşuna sərf olunur. Bu vəziyyətdən yeganə çıxış yolu  intellektual suvarma sistemlərinin istifadəsi yeganə çıxış yoluna çevrilir.

Bu cür sistemləri yaradan Intellectual Garderner şirkətinin banisi Kamran Səmədli ilə söhbətimiz elə bu barədə oldu. Kamranın 21 yaşı var. O Milli Aviasiya Akademiyasında təhsil alır və Google Developers Group Baku-da menecer işləyir. Bu onun həyatında ilk innovativ layihə deyil, lakin ən əhəmiyyətlisidir.

İntellektual suvarma sistemləri nədir? Onların təyinatı nədir, quruluşu, iş prinsipi necədir?

İntellektual irriqasiya sistemi torpağın effektiv və səliqəli şəkildə suvarılmasına imkan verir. Qurğu torpaqdan lazımi məlumatları götürür (temperatur və rütubət) və torpağın növündən asılı olaraq nə vaxt və hansı həcmdə suvarma azım olduğunu müəyyənləşdirir. Bundan əlavə, prosesi İnternet və mobil yardımçı proqramlar vasitəsilə idarə etmək imkanı da var.

Bizim qurğumuz beş əsas hissədən ibarətdir:

  1. Sensorlar: onlar məlumat toplanması üçün torpağa basdırılır.
  2. Sensor Switch: toplanmış məlumatı Garden Inspector-a ötürən detal.
  3. Garden Inspector: toplanmış məlumatı işləyir, qiymətləndirir və torpağın hansı hissəsini, hansı miqdarda və hansı müddət ərzində suvarmaq lazım olduğu barədə qərar verir.
  4. Cloud Connector: Statistik məlumatları istifadəçinin İnternetdəki ünvanına göndərən qurğudur. İstehlakçı bunun vasitəsilə suvarma prosesini müşahidə edə və onu idarə edə bilər.
  5. Kran: xüsusi kran simsiz rabitə hesabına Garden Inspector-dan məlumatı alır və torpağın lazımi sahəsini lazımi miqdarda sulayır. Krana yerləşdirilmiş sayğac su axınını qeydə alır və istifadəçilərə istifadə olunmuş su və ona çəkilən məsrəflər barədə istifadəçilərə məlumat ötürür.

Bu cür sistemlərə investisiyalar kənd təsərrüfatına nə üçün fayda verməlidir?

Tədqiqatların nəticələrinə əsasən, Azərbaycanda 150.000-ə qədər subyekt (fermerlər, müəssisələr və dövlət orqanları da daxil olmaqla) suvarılan torpaq sahəsinə malikdir. Hər bir suvarma prosesində təqribən suyun 20%-i itkiyə gedir. Bildiyiniz kimi, Azərbaycanda 1 m3 suyun qiyməti orta hesabla $0.47-dır. Bu o deməkdir ki, hər il torpaq sahibləri köhnəlmiş, dövrü keçmiş suvarma metodları üzündən milyonlarla vəsait itirirlər.

İntellektual irriqasiya sistemləri düzgün və dəqiq suvarma hesabına artıq pul, enerji və su itkisinin qarşısını alır. Bu cür sistemə çəkilmiş xərc 5 il ərzində ödənir.

Hansı bitkilər becərilərkən suvarma sisteminin alınması barədə düşünmək lazımdır?

Bizim irriqasiya sistemi ilkin satış mərhələlərində qazonların suvarılması üçün nəzərdə tutulacaq. Gələcəkdə isə biz onu kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və digər bitkilərin suvarılması üçün təkmilləşdirəcəyik.

Sizin sistemin bazarda analoqu varmı, onun analoqlarından prinsipial fərqi nədədir?

Dünya bazarında bizim qurğu ilə Toro, Rain Bird, Hunter şirkətlərinin məhsulları rəqabət apara bilər. Lakin onların məhsulları bizim qurğunun analoqu deyil. Lokal bazarda isə bizim sistemin analoqu ümumiyyətlə yoxdur. Ancaq müxtəlif şirkətlərin avtomatik suvarma sistemlərini təklif edən distribütorlar var.

Öz layihəniz haqqında danışın. Onun üzərində neçə nəfər çalışır?

Layihənin icrasına 2012-ci ilin iyununda, CRDF Global, Azercell Telecom və Barama  innovasiya mərkəzinin təşkilatı ilə həyata keçirilən STEP (Science and Technology Entrepreneurship Program) proqramının tərkibində başlanıb. Mən layihəyə rəhbərlik edirəm və proqram təminatını işləyib hazırlayıram. Məndən əlavə, layihədə daha dörd nəfər çalışır.

  • Rəşid Əliyev – elektronika mühəndisi, bizim qurğunun aparat vasitələrini işləyib hazırlayır.
  • Aytən Hüseynova – biznesi işləyib hazırlayan, məhsulun istehsalının biznes strategiyası və bazarın tədqiqi ilə məşğul olur.
  • Aleks Kosik – mentor və biznes-ekspert, bizə layihənin inkişaf etdirilməsi və biznesin idarə olunmasına dair məsləhətlər verir.

Layihənin inkişaf etdirilməsi üçün hansı investisiyalar cəlb olunub? Bunu etmək nə dərəcədə çətin idi?

Amerikalı mentorlar və investorlarla altı ay davam edən layihə STEP proqramının qalibi oldu və ABŞ dövlət departamentinin $20,000 həcmində qrantını aldı. Biz 90-dan artıq startap-layihə ilə yarışırdıq. Yarışma kifayət qədər çətin idi, lakin son nəticədə, orijinal ideya və su itkisi və ətraf mühitin çirklənməsi kimi qlobal problemin həlli hesabına bizim layihə ən yaxşı layihə oldu.

Layihə hazırda hansı mərhələdədir?

Layihə hazırda işlənib hazırlanma mərhələsindədir. Biz torpaq sahibləri arasında sorğu keçiririk ki, onların bizim məhsul barədə fikirlərini öyrənək. Keçirdiyimiz sorğuların nəticələri göstərir ki, çoxları bizim irriqasiya sistemini almağa hazırdırlar.

Siz təklif etdiyiniz həllərin Azərbaycanın kənd təsərrüfatının inkişafı proqramına inteqrasiyasına ümid edirsiniz?

Hazırda biz potensial investorlarla danışıqlar aparırıq. Danışıqlar başa çatdıqdan sonra məhsulumuzu yaşıllaşdırma, meliorasiya və torpağın suvarılması ilə məşğul olan dövlət orqanlarına təqdim etmək fikrindəyik.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.