az / ru
 
     
 
Ana səhifə > Praktikum > Texnologiyalar

Vaxtın uçotu servisləri

24.05.2013 | Sergey Osin

Zaman insan üçün ən qiymətli resursdur. Məşhur «Vaxt puldur» aforizmi getdikcə nəinki öz aktuallığını itirmir, əksinə daha çox populyarlıq əldə edir. Biznesdə yalnız o şəxs uğur qazanır ki, öz vaxtını və əməkdaşlarının vaxtını nəyə sərf etdiyini bilir, ondan səmərəli istifadə edir və nəticə etibarilə, bu cür qiymətli resursu pula çevirir.

Şəxsi effektivlik və vaxtın planlaşdırılmasına dair kifayət qədər tövsiyələr var. Lakin çevirmə prosesini avtomatlaşdıran və rahatlaşdıran xüsusi proqramlar olmadan zamanı pula çevirmək praktiki cəhətdən mümkün deyil.

Bu kimlər üçün zəruridir?

Təbii ki, iş vaxtının uçotu üzrə proqramlar heç də bütün problemlərdən xilas edəcək vasitə deyil, lakin onların əksəriyyətinin qarşısının alınması üçün effektiv profilaktikadır.

Statistikaya görə, işin özünə işçilər iş vaxtının 30-50%-ni sərf edir. Effektivliyin bu cür itirilməsinə səbəb həm öz işini dəqiq planlaşdıra bilmək bacarığının olmamasından, həm də işəgötürən tərəfindən işçilərə nəzarətin zəif olmasından irəli gəlir.

Öz şirkətinizdə iş vaxtının uçotu üzrə proqramları tətbiq etməklə siz həm özünüzü, həm də əməkdaşlarınızı daha intizamlı edə bilərsiniz. Bundan əlavə, nəhayət ki, vaxtın boşuna keçdiyini və vəziyyəti necə düzəltməyin mümkün olduğunu aydınlaşdıra bilərsiniz.

İş vaxtının uçotu üzrə proqramların köməyi ilə aşağıdakı məsələləri həll etmək olar:

  • İşçilərin işə gəlmə və getmə vaxtının qeydə alınması;
  • Hər bir əməkdaş üzrə və verilmiş parametrlər üzrə hesabatların hazırlanması;
  • İşçi kollektivin intizamlılığı;
  • Hesabatlılığın sadələşdirilməsi;
  • İş gününün effektiv planlaşdırılması;
  • Əməkhaqqının ədalətli hesablanması.

Şərti olaraq iş vaxtının uçotu üzrə proqramları iki növə ayırmaq olar:

  • Bütün müəssisədə quraşdırılan bütöv uçot sistemləri, əksər hallarda internet vasitəsilə işləmək üçün əlçatandır;
  • Vaxta fərdi nəzarət üçün proqram və servislər.

Şirkətlər üçün iş vaxtının uçotu sistemləri

Bir qayda olaraq, bunlar şirkət işçilərinin faktiki olaraq işlədikləri vaxtın uçotunun sadələşdirilməsi üçün nəzərdə tutulan kommersiya məhsullardır. İşçilərinizin sayı nə qədər çox olarsa, bu cür sistemlərə çəkilən xərclər də bir o qədər tez xərcini çıxarar.

Yaware – iş vaxtının onlayn uçotu servisidir. İki versiyası var: pulu və pulsuz. Xidmətin pulsuz versiyası bir nəfər üçün nəzərdə tutulub və bəzi funksiyalara məhdudiyyət qoyulub. Pull versiya isə uçotu bütün şirkət üzrə aparmağa imkan verir, belə ki, bu versiyada bütün funksiyalar işləkdir.

İşçilərin sayından asılı olaraq, aylıq məsrəfləriniz hər 10 iş yeri üçün 47 AZN, 500 iş yeri üçün isə 1 883 AZN təşkil edir. Adı çəkilən servis kiçik və orta sahibkarlar üçün faydalı bir alətə çevrilə bilər.

Yaware istifadəçilərə aşağıdakı funksiyaları təklif edir:

  • Gündəlik hesabatların hazırlanması və e-mail vasitəsilə göndərilməsi;  
  • Verilmiş vaxt parametrləri üzrə hesabatlar;
  • İşçinin işə gəlmə və işdən getmə vaxtının qeydə alınması;
  • İş vaxtı kompüterin ekranının şəklinin çəkilməsi;
  • Veb-kamera vasitəsilə iş yerinin şəkillərinin çəkilməsi;
  • Onlayn aktivliyin monitorinqi (proqramların açılması/bağlanması, veb-səhifələrin baxılması);
  • Offlayn aktivliyin monitorinqi (kateqoriyaların əlavə olunması: görüş, telefon zəngi, müşavirə və i.a.);
  • Bütün məlumatlara mobil telefon vasitəsilə müşahidə aparmaq imkanı;
  • Məlumatların eksportu (cədvəllər, sənədlər);
  • İstifadəçi qruplarının yaradılması (məsələn, şöbələr üzrə) və qrup üzrə hesabatın əldə olunması.

Bütün statistika əyani qrafiklər və diaqramlar şəklində təsvir olunur ki, bu da işçinin fəaliyyətini tez təhlil etməyə imkan yaradır.

Tahometer – iş vaxtının onlayn uçotu servisi. Bir nəfərlik pulsuz versiyası var. Kiçik və orta sahibkarlıqda istifadə üçün rahatdır. Sistemə maksimum 60 istifadəçi qoşula bilər. Hər iki iş yeri üçün aylıq xidmət haqqı 4 AZN-dən başlanır, 60 yeri üçün isə aylıq xidmət haqqı 62 AZN təşkil edir.

Tahometer istifadəçilərə aşağıdakı funksiyaları təklif edir:

  • Sərf olunmuş vaxt üzrə hesabatlar və onların avtomatik olaraq e-mail vasitəsilə göndərilməsi;
  • Statistikanın istifadəçilər, qərarlar və layihələr üzrə paylaşdırılması;
  • Statistikadan istifadə hüququnun sazlanması üçün çevik sistem;
  • İstifadəçinin onlayn və offlayn aktivliyinin qeydə alınması;
  • Kompüter ekranından skrinşotların çəkilməsi;
  • Verilmiş parametrlər və istifadəçi qrupları üzrə hesabatların hazırlanması;
  • Layihələrin siyahısının tərtibi rejimi (müxtəlif əlçatarlılıq səviyyələri).

Vaxta fərdi nəzarət

Ofis işçisi orta hesabla kompüter arxasında vaxtının 80%-ni keçirir. Lakin bu vaxtın nəyə sərf olunduğunu heç də həmişə başa düşmək olmur. İşçi iş vaxtından sonra da iş yerində qala və ya işə vaxtından bir saat əvvəl də gələ bilər, lakin bu eyni zamanda işinin öhdəsindən gəlməyə də bilər.

Vaxtınızın nəyə sərf olunduğundan baş açmaq və ondan istifadəni optimallaşdırmaq üçün, yuxarıda haqqında danışdığımız vaxtın uçotu proqramlarının pulsuz versiyalarından istifadə etmək və ya aşağıdakı proqramların birindən istifadə etmək olar.

RescueTime – ingilis dilli proqramdır və onun kompüterə yüklənən proqram-müştərisi var. Proqram-müştəri fon rejimində sizin kompüter arxasında etdiklərinizi toplayır və servisin saytına göndərir. Siz istənilən vaxt onlayn rejimdə öz statistikanızı görə bilərsiniz. Qrafiklər intuisiyaya hesablanıb və başa düşülməsi üçün ingilis dilində dərin biliklərin olmasını tələb etmir.

RescueTime istifadəçilər aşağıdakı funksiyalardan istifadə edə bilərlər:

  • Onlayn aktivliyin monitorinqi;
  • İşə salınan proqramların monitorinqi;
  • Müəyyən sayt və proqramlara damğaların vurulması;
  • Verilmiş parametrlər üzrə əyani hesabatlar (damğalar, zaman, proqramlar).

Proqramın sözsüz üstünlüklərinə onun fonda işləməsini misal göstərmək olar. Siz kompüterdə nə iş görməyinizdən asılı olmayaraq –bu qeydə alınacaq.

Timty – vaxtın uçotuna dair onlayn servis. Bu rus dilli servis yalnız onlayn rejimdə işləyir. Proqramın minimalizmi və istifadə sadəliyi cəlb edir. Bu servis daim eyni zamanda bir neçə istiqamətdə iş aparanlar üçün münasibdir. İstənilən tapşırığın yerinə yetirilməsini zərurət olduqda dayandırmaq və yenidən bərpa etmək olar.

Timty istifadəçiləri aşağıdakı funksiyalardan yararlana bilərlər:

  • Əsas layihələrin və alt tapşırıqların əlavə olunması. Məsələn, layihənin adı «İş» – tapşırıqlar «Müştərilərə zəng» və «İşgüzar görüşlər»;
  • Hesabatların PDF formatına çevrilməsi;
  • Tapşırıq və ya layihə üzrə sərf olunmuş vaxtın statistikası;
  • Müəyyən dövr ərzində işə sərf olunmuş vaxtın ümumi statistikası.

Servisdən həm onlayn, həm də offlayn rejimdə istənilən məqsəd üçün vaxt sərfiyyatının hesablanması məqsədi ilə istifadə etmək olar. Əsas odur ki, proqrammı işə salıb dayandırmağı unutmayasınız.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.