az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Texnologiyalar

YouTube videokanalının kommersiya məqsədləri üçün optimallaşdırılması

08.05.2013 | Sergey Osin

Əgər YouTube ölkə olsaydı, o zaman Çin və Hindistandan sonra

Əgər YouTube ölkə olsaydı, o zaman Çin və Hindistandan sonra dünyada fəxri üçüncü yeri tutardı. Videohostinqin əsas yaxşı cəhətlərinə aşağıdakıları aid etmək olar:

  • Televiziyada reklama yatırımlarla müqayisədə saytda reklam qiymətlərinin aşağı olması;
  • Sayt və sosial şəbəkələrlə inteqrasiyanın rahatlığı;
  • Videogörüntülərin mətnlə müşayiət olunması;
  • Auditoriyadan ölçülə bilən hay gəlməsi.

Təəccüblü deyil ki, şirkət və brendlər tez və ya gec YouTube-un loyal auditoriyanın cəlb olunması və saxlanmasına dair imkanlarına maraq göstərməyə başlayırlar.

Nədən başlamalı?

Boş yerə demirlər ki, insanları paltarına görə qarşılayırlar. Alimlər sübut ediblər ki, ilk təəssürat bir neçə saniyə ərzində formalaşır. Öz videokanalına elə tərtibat vermək lazımdır ki, hətta təsadüfi istifadəçi də saytda qalmaq və heç olmazsa 1 videoya baxmaq istəsin.

  • Öz hədəf qrupunuzu və onun üçün maraqlı olacaq materialın məzmununu dəqiq müəyyən edin;
  • Kanalı savadlı şəkildə tərtib edin, tərtibatın və təsvirin aktuallığına fikir verin;
  • Videokanalın məqsədlərini müəyyənləşdirin: satış, tanınma, auditoriyanın cəlb olunması və i.a.;
  • Videokanalla öz marketinq və SMM strategiyanızdan ayrılıqda məşğul olmayın.

Bir neçə ay əvvəl kanalların tərtibatında bir neçə dəyişiklik olunub. Yeni dizayn hazırda Facebook və ya Google+ sosial şəbəkəsindən üz qabığını xatırladır. Artıq sizin öz kanalınız barədə, onun hansı hədəf qrupu üçün nəzərdə tutulduğu və nə üçün maraqlı olduğu barədə məlumat verə biləcəyiniz treylerlər əlavə etmək imkanınız yaranıb. Tezliklə bütün istifadəçilər və şirkətlər yeni dizayna keçəcəklər, köhnə şablonlar isə qüvvədən düşəcək.

Kanalın adı

Kanalın adı birbaşa qaydada hər yerdə peyda olur. Onun axtarışın nəticələrində necə görünəcəyi barədə düşünün. İstifadəçilər üçün sizi tapmaq asan olacaqmı? Yaxşı olar ki, şirkətinizin adı olsun. Lakin, əgər latın əlifbasına keçirilərkən 10-14 işarədən çox alınırsa, şirkətin tam adını istifadə etmək lazım deyil. Bir qədər lakonik olun.
Ən yaxşısı, kanalın adı ilə URL ünvanın üst-üstə düşməsidir.
 



Kanalın təsviri

Kanalımızın əsas səhifəsinə «İnformasiya» əlavəsini, orada isə «Kanalın təsviri» bölməsini tapırıq.
 


Təsvirin bəzi məhdudiyyətləri var. Məsələn, o 1 000 işarədən ibarət olmalıdır və onların da 250-si daim görünür, qalanlarını isə «Əlavə» düyməsini basarkən peyda olur. Ona görə də, ilk abzası yaxşı düşünün. Belə ki, axtarış sistemləri məhz bu abzasla işləyəcəklər.

Kanalın təsvirini relevant açar sözlərlə birlikdə dəqiq vermək tövsiyə olunur.

Titul şəkli

Yeni tərtibat 2120 x 1192 pxl ölçülü, 2Mb-dan böyük olmayan titul şəklinin (şapka) olmasını nəzərdə tutur. Bu ölçü YouTube-a sizin şəklinizi bütün mümkün qurğulara uyğunlaşdırmağa: mobil platformalardan tutmuş, «ağıllı» televizorlara qədər. Şəkil hazır olanda, kanala daxil olun, «Kanalın tərtibatını əlavə edin» düyməsini sıxın və göstərişləri yerinə yetirin.

Əgər siz titul şəklini tez-tez dəyişmək istəyirsinizsə, biz sizə bunun üçün firma üslubu və rəmzlərini istifadə etməyi tövsiyə edirik. «Şapka»nı bir növ şirkətinizin lövhəsi kimi dəyərləndirin. Burada sizin saytınıza və sosial şəbəkələrdəki səhifələrinə keçidlər vermək yerinə düşər.

«Şapka»ya keçidin əlavə olunması üçün siçanın kursorunu titul şəklə tuşlayırıq – orada karandaş əmələ gəlir, onun üzərinə sıxır və «Keçidləri dəyişmək» bəndini seçirik.



Kanalın şapkasının tərtibatından sonra təfərrüatlarla məşğul olmaq olar.

Sazlama

http://www.youtube.com/account keçidindən keçməklə siz sazlamalar bölməsinə daxil olursunuz. Burada ümumi məlumatı dəyişmək olar. Avatarı dəyişmək – ən yaxşısı bunun üçün şirkətin loqotipini və ya kanalın ünvan keçidini dəyişməkdir (əgər qeydiyyat zamanı «Google profili seçmək» rejimindən istifadə olunubsa). Bundan əlavə, sizin videonuzun yanında reklamın göstərilməsinə icazə vermək və ya qadağan etmək də olar.

«Əlaqədar akkauntlar» bölməsində sosial şəbəkələr - Facebook və Twitter qoşulur. Aktiv keçidlər kanalın «şapka»sında peyda olacaq.

«Məxfilik», «Elektron xəbərdarlıq» və «Başlanma» bölmələrində kanalın tərtibatına ciddi təsir etməyən parametrlər sazlanır.

Bölmələr

Əgər siz mütəmadi olaraq orijinal videoroliklər yerləşdirmək, istər «Rəhbərliklə müsahibələr», ya da «İstehlakçıların rəyləri», «Yeni məhsulların promo-çarxlarını» yerləşdirmək istəyirsinizsə, bölmələr – sizin kanalınızın məzmununun təşkilinin əsas üsuludur. İstifadəçilərin rahatlığı üçün ən yaxşısı onları müəyyən bölmələrə yerləşdirməkdir.

Kanala abunə olmayanlar üçün treyler

Yenilənmiş YouTube-un əsas yeniliyi: sizin kanala hələ abunə olmamış tamaşaçılar, ora düşə bilməyənlər üçün dərhal sizin reklam treylerinizin nümayişi başlayır.  Burada siz potensial abunəçilərə öz kanalınız/və ya məhsulunuz  barədə danışa bilərsiniz. Çalışın ki, məlumatınız qısa olsun (çalışın ki, məlumatınız 1 dəqiqəni yarım və ya ondan da az olsun). Tamaşaçını maraqlandırmaq lazımdır, onları hərəkət etməyə (abunə olmaq və ya almaq) çağırın. Əgər treyler yoxdursa, adi ziyarətçilər yalnız sizin kanalınızın bölmələrini görəcəklər.

Videonun əlavə olunması

2012-ci ildə YouTube-da ən populyar videoların uzunluğu orta hesabla 4 dəqiqədir. Bu qızıl standarta riayət edin. Yüksək sürətlər əsrində insanlar uzun videodansa daha qısa videoya üstünlük verəcəklər. Amma, bu eksklüziv müsahibədirsə, o zaman bir saatlıq söhbəti 4-5 dəqiqəyə qədər sıxmaq lazım deyil.

Video yüklənən kimi, onun haqqında məlumatı da daxil etmək zəruridir. Məlumatın başlığı 70 işarədən çox olmalı deyil və bura çarxın məzmunu ilə əlaqədar olan relevant açar sözləri daxil etmək lazımdır. Başlıq istifadəçini videoya baxmağa başlamağa inandırmalıdır, ona görə də bunu necə etmək lazım olduğunu təsir vermək daha yaxşı olar: «Necə etməli…», «Biznes-məsləhət…» və i.a.

Videonun təsviri 160 işarədən çox ola bilməz. Lakin bu hissə dərhal, əlavə əməliyyatlar yerinə yetirmədən görünür. Axtarış da məhz bu təsvir üzrə həyata keçiriləcək.

Teqləri relevant açar sözlərdən tərtib etmək lazımdır. Onlar videonun məğzini əks etdirir, axtarış sistemlərinə daha dəqiq nəticəni əks etdirməyə kömək edir.

Kateqoriya çarxın süjetinə uyğun olmalıdır. Məsələn, yeni qablaşdırmanın video-təqdimatını «Musiqi» bölməsinə əlavə etmək və bununla da axtarışı çətinləşdirmək lazım deyil.

Tərtibatda olan bütün bu ideyalardan pulsuz olaraq istifadə etmək olar. Brendləşmə üzrə qalan funksionalı isə bilavasitə YouTube-un özündə sifariş etmək olar. Lakin onun qiyməti nə az, nə çox, $40 mindən başlayır.
 

 
Açar sözlər: YouTube Facebook
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (330)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (219)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (278)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (542)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (343)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.