az / ru
 
     
 
Ana səhifə > Praktikum > Texnologiyalar

İnternetdə bizim haqqımızda informasiyanı kim toplayır?

29.03.2013 | Sergey Osin

Hələ 2011-ci ildə İnternetə çıxış Birləşmiş Millətlər Təşkilatı tərəfindən insanın əsas hüquqlarından biri kimi qəbul edilib. Bunun üçün əsas arqumentlərdən biri XXI əsrdə veb-texnologiya və servislər olmadan tamqiymətli yaşamağın mümkünsüzlüyü kimi təkzibedilməz fakt oldu. Buna baxmayaraq, BMT-nin üzvləri olan bir çox dövlətlər bu hüquq barədə tam və ya qismən unudurlar.

İnternetə çıxış hüququ dedikdə sadəcə olaraq qlobal şəbəkəyə qoşulma deyil, ondan tamqiymətli istifadə imkanını nəzərdə tutur. Bu o deməkdir ki, hər hansı bir sayta çıxışın istənilən şəkildə məhdudlaşdırılmasını insan hüquqlarının pozulması kimi dəyərləndirmək olar: şəxsiyyətin toxunulmazlığı və mənzil hüququ hüquqları kimi.

İnternetə nəzarət etmək mümkündürmü və bunu kim edə bilər?

Qlobal şəbəkəyə çıxış hüququnu təkcə hökumətin fikrincə «ziyanlı» resurslara çıxışı məhdudlaşdıran «İnternet düşmənləri» - Çin, İran və Şimali Koreya deyil, tamamilə demokratik və texnoloji cəhətdən inkişaf etmiş ölkələr də pozurlar.

Bu sahədə öz vətəndaşlarına həm Böyük Britaniya, həm Fransa, həm İsveç, həm Cənubi Koreya və bir çox digər ölkələr də maneələr yaradır. Belə ki, İnternetin və müasir «demokratiya» anlayışının Vətəni olan ABŞ-da 2001-ci ildən Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqat Bürosuna qanunvericiliklə, əgər Amerika seqmentindən qanunsuz informasiya yüklənibsə, istənilən xakeri təqib etmək hüququ verilib. 11 sentyabr terror aksiyasından sonra milli təhlükəsizliyin təmin olunması məqsədi ilə bəzi qanunlar paketi qəbul olunub ki, bu sənədlər də xüsusi xidmət orqanlarına vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmağa icazə verir.

2006-cı ildə kiber-məkan haqqında qanunun qəbul olunması ABŞ-da internet azadlığı barədə təsəvvürləri tamamilə məhv etdi. Bu gün xüsusi xidmət orqanlarının istifadəçinin elektron yazışmasını oxumaq, sosial şəbəkələrdəki davranışını təhlil etmək və hansı saytları ziyarət etdiyini yoxlamaq üçün bütün səlahiyyətləri var.

Həm də bu ABŞ rəqəmli məhsullarından, məsələn Google və Facebook xidmətlərindən istifadə edən bütün istifadəçilərə aiddir.

Hələ ki, ümumdünya şəbəkəsi üzərində ümumi nəzarəti həyata keçirmək mümkün deyil. Çünki, bunun üçün həddən artıq böyük resurslar lazım olardı. Amma artıq indi trafikin çox hissəsi analizator-proqramlardan keçirilir. Bura primitiv, sizin yazışmanızda şübhəli söz birləşmələrini axtaran proqramlardan tutmuş, kifayət qədər yüksək texnologiyalara əsaslanan, axtarış sorğuları nəticələrində məhz sizin üçün və ya sizin region üçün nəzərdə tutulmuş reklam və linkləri aşkarlayan proqramlara qədər sistemlər aiddir. Bütün bu məlumatlar müəyyən vaxta qədər toplanır və saxlanılır.

Hələ ki, bu cür «ümumi yoxlamalardan» Tor və Freenet kimi anonim şəbəkələrdən və ya proksi-serverlərdən istifadə etməklə yayınmaq olar. Ancaq xüsusi xidmət orqanları konkret sizinlə maraqlansalar, anonimliyiniz tezliklə aradan qalxacaq.

Provayder bizim haqqımızda nələri bilir?

Xidmətlərindən istifadə etdiyiniz provayderdə sizin hansı saytlara, hansı səhifələrə, nə vaxt və hansı müddət ərzində müraciət etdiyiniz barədə məlumatlar toplanır. Qısası, provayder sizin barənizdə hər şeyi bilir, lakin bu onun vecinə də deyil. Bu texniki məlumatlar ölkələrin əksəriyyətində nəzarət orqanlarının elə ilk sorğusu əsasında təhlil üçün onlara təqdim olunur. Bundan əlavə, sizin İnternet-trafik əməliyyat-axtarış tədbirləri çərçivəsində nəzarətə götürülə bilər və provayder bu barədə sizi xəbərdar etməyə borclu deyil.

Texniki cəhətdən provayder tərəfindən nəzarət kifayət qədər sadə bir proseduradır. Axı, sizin bütün trafikiniz əvvəlcə ondan keçir və yalnız bundan sonra şəbəkəyə çıxır. Elə bu səbəbdən də, sizin şəxsi yazışmanızı da ələ keçirmək mümkündür. Əgər bunu etmək mümkün deyilsə, o zaman nəinki lokal resurslar, hətta Google-un da sizin elektron poçtunuza dair bütün məlumatları xüsusi xidmət orqanlarına təqdim etmək hüququ var.

Rusiyada Əməliyyat-Axtarış Tədbirləri funksiyalarının təmin olunması üçün texniki vasitələr Sistemi (ƏATS) çoxdan var və fəaliyyət göstərir. Belə ki, bütün provayderlər öz şəbəkələrində bu sistemin tətbiqini təmin etməlidirlər. Əks halda, fəaliyyət üçün lisenziya ləğv olunur. ƏATS trafiki birbaşa nəzarət orqanlarına ötürür və bu ölkənin qanunlarına görə, bu məlumatları məhkəmənin qərarı ilə, yəni istənilən an əldə edə bilərlər.

«Bəyəndim»lər sizin haqqınızda çox şeyi danışa bilər

Cari ildə Kembric Universitetinin psixometriya laboratoriyası və Microsoft Research Cambridge şirkətinin mütəxəssisləri sizin Facebook şəbəkəsindəki «bəyəndim»lərinizi təhlil edərək, hər şeydən əlavə, sizin yaşınızı, milliyyətinizi, IQ səviyyənizi, siyasi baxışlarınızı və hətta seksual oriyentasiyanızı da müəyyən etməyə qadir olan bir proqram hazırlayıblar.

Xatırlatmaq lazımdır ki, «bəyəndim»lərinizi şəbəkənin bütün istifadəçiləri, o cümlədən sizin dostluq etmədiyiniz şəxslər də görə bilirlər. Təbii ki, proqram qarşıya qoyulmuş vəzifənin öhdəsindən 100% gələ bilməyib. Buna baxmayaraq, nəticələr ciddi təsir bağışlayır.

İstifadəçi tənhadır, yoxsa münasibətdə olduğu şəxs var – 67%

İstifadəçinin 21 yaşı tamam olana qədər valideynləri onunla birgə yaşayıblar – 60%

İstifadəçi siqaret çəkir, yoxsa yox – 73%

Alkoqollu içki qəbul edir, yoxsa yox – 70%

Narkotik istifadəçisidir, yoxsa yox – 65%

İstifadəçi ağ dərilidir, yoxsa afroamerikalıdır – 95%

Xristiandır, yoxsa müsəlman – 82%

Demokratdır, yoxsa respublikaçı – 85%

Geydir, yoxsa yox – 88%

Lesbiandır, yoxsa yox – 75%

İstifadəçinin cinsi – 93%

Bütün bu qeyd olunan rəqəmlər açıq-aşkar olan məlumatlar əsasında müəyyən olunub. Təhlil olunan istifadəçinin portretinin dəqiqliyi «bəyəndim»lərin sayından birbaşa asılıdır. İstifadəçinin «bəyəndiyi» səhifələrin sayı 150 və 300-ə çatdıqda yekun nəticələrin dəqiqliyi xeyli atır.

Siz hələ də düşünürsünüz ki, sizin haqqında heç kim, heç nə bilmir?

 
Açar sözlər: texnologiyalar internet təhlükəsizlik
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (317)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (207)
+ Mebel və interyer (268)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (277)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (326)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (260)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (147)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.