az / ru
 
     
 
Ana səhifə > Praktikum > Texnologiyalar

Ultrabuklar klassik noutbuklar bazarına ciddi təsir edə bilər

15.02.2013 | Sergey Osin

Ultrabuk - qiyməti 1000 dollara qədər olan, uzun müddət səyyar şəkildə, məhsuldar işləyə bilən. 2011-ci ildə yeni mobil qurğunun yaradılmasını elan edərkən Intel korporasiyası məhz bu əlamətləri qabartmışdı.

Ultrabukların klassik dizaynı 2008-ci ildə buraxılmış «Apple MacBook Air» subnoutbukunun dizaynına əsaslanır.

Lakin Intel-in mütəxəssisləri Apple-in dizaynerləri  ilə birlikdə portativ qurğular konsepsiyasına başqa tərəfdən nəzər yetirdilər və nəticədə yeni nəsil noutbukların yaranmasına gətirdi.

Ultra-portativ noutbuklar səyyar məhsuldarlığa aparan yolda nazik, gözəl dizayna malik qablaşdırmada növbəti təkamül addımıdır.

«…bu cür standarta malik ultra-nazik və yüngül ultrabuk «MacBook Air» və «iPad» konsepsiyalarının bir qədər dəyişdirilmiş formasıdır», – deyə Intel-in ultrabukların bazarda yeridilməsinə cavabdeh olan bölməsinin rəhbəri Qreq Uelş (Greg Welch) bildirir. («The Wall Street Journal»-a müsahibəsində).

Modellərin bazarda mövqe düzülüşü

Artıq 2011-ci ildə çoxları gələcəyin məhz sensor idarəetmə sisteminə malik planşetlərə məxsus olduğunu bildirirlər. Lakin, mühafizəkar kompüter istifadəçisini heç vaxt və heç nə klaviaturadan imtina etməyə vadar edə bilməz. Deməli, bazarda yeni, adi noutbuk adlandırıla bilinməyəcək aralıq qurğular peyda olacaq. Ultrabuku sensor ekranla təchiz edərək, onu daha da nazikləşdirmək ultrabukların təkamülün müəyyən mərhələsində mütəxəssislərə planşet kompüterlərə rəqib ola biləcəyini düşünməyə imkan verir.

Lakin, düşünsək, ultrabuklar klassik noutbuklar bazarına ciddi təsir edə bilər. Bu təsir xüsusilə «premium» sinfinə aid noutbuk modellərində özünü göstərə bilər. Belə ki, məhz bu kompüterlərin üstünlüklərində yüksək məhsuldarlıq və səyyar şəkildə uzun müddət işləmək qabiliyyəti göstərilir. Lakin bu kompüterlər ultrabuklar qədər nazik deyil.

Intel şirkətinin proqnozlarına görə, 2013-cü ilin sonunda mobil kompüterlər bazarında ultra-portativ noutbukların payı 40%-ə çatacaq.

«Microsoft» şirkəti də dolayısı ilə buna ümid edir. Belə ki, şirkətin Windows 8 əməliyyat sistemi sensor idarəetmə sisteminə uyğunlaşdırılıb.

«Microsoft» üçün ultrabuklar çox vacibdir. Çünki yeni əməliyyat sistemi hələ ki, mobil qurğular bazarında digər malları əhəmiyyətli dərəcə irəlilədə bilməyib. Analitiklər isə hesab edirlər ki, fərdi kompüterlər bazarında durğunluq davam edəcək.

Ultrabukların xüsusiyyətləri

İlk noutbuklar satışda peyda olan kimi, istifadəçilər artıq bu qurğulardan istifadə etməklə nə üstünlük qazanacağını bilirdi.

  • Məhsuldarlıq.
  • Yüngüllük.
  • Uzun müddət ərzində səyyar çalışma.
  • Qiymətin münasibliyi.

Ultrabuk – bu tələblərin məntiqi inkişafıdır. Intel müəyyən qrup mallar üçün müəyyən qaydalar müəyyən edib. Məsələn, hər hansı bir malın ultrabuk hesab olunması üçün onun qalınlığı 18 mm-dən çox olmamalı, diaqonalı isə 13,3”, o cümlədən böyük diaqonallı displeylər üçün 21 mm-dən çox olmamalıdır.

Həm də iri qurğularda bu 3 mm-lik fərq istifadəçinin ultrabuka optik ötürücü qoşa bilməsi üçün vacibdir. Hal bu ki, internet texnologiyalarının bugünkü inkişaf səviyyəsində, bütün məlumatları səyyar disklərdə saxlamaq mümkün olduğu üçün bundan imtina da etmək olar.

Qeyd etmək lazımdır ki, Intel diaqonalın maksimal və minimal ölçülərini müəyyən etməyib və deməli yaxın gələcəkdə 15 düymdən böyük və ya 11 düymdən kiçik ölçülü məhsulların da hazırlanacağını gözləmək olar. Hal bu ki, klaviatura ilə təchiz olunmuş məhsulların 9 və ya 7 düym ölçüsünə yerləşdirilməsi artıq məntiqi görünmür.

Ultrabukların artıq ötən il təqdim olunmuş  ikinci nəslində bir sıra dəyişikliklər edilmişdi. Bu, konsepsiyaya transformerlərin (fırlanan ekran və slayderlər) əlavə olunması ilə bağlı idi.

Beləliklə, ultrabukların mümkün qalınlığı 23 mm-ə qədər artdı. Bundan əlavə, ultrabuk sertifikatını almaq üçün qurğunun ən azı USB 3.0 və ya Thunderbolt qurğusuna malik olmasıdır.

İndi ultrabuk artıq fasiləsiz olaraq 5 saat işləməlidir. Lakin bu zaman yüklənmənin miqyası dəqiqləşdirilmir. Gələcəkdə bu göstəricini 9 saata qədər artırmaq nəzərdə tutulur. Ultrbukların hazırlanacağı materiallar də müəyyən olunmayıb. Bu məsələni istehsalçılar özləri həll edəcəklər.

Lakin Intel yeni qurğuların klaviatura, ekran və akkumulyator batareyaları hissələrini xeyli işləyib. Düzdür buna müstəqil şəkildə deyil, autsorsinq yolu ilə nail olunub. Yəqin ki, buna $300 milyonluq xüsusi investisiya fondu da kömək edib. Bu fond ultrabukların komponentlərinin və korpuslarının işlənib hazırlanması və tətbiqinə ayrılıb.

Prossesorun quruluşunda da xeyli irəliləyiş əldə olunub. Dinamik sürətvermə (Turbo texnologiyası) bir çox hallarda, məsələn ofis əlavələrində aşağı tezlikdə işləməyə, ciddi tapşırıqların yerinə yetirilməsində isə sürəti artırmağa imkan verir.

Qurğuların qiymətinə gəldikdə isə, CES 2013 texnoloji sərgisində Intel şirkətinin nümayəndələri bildiriblər ki, 2013-cü ilin sonunda yeni, dördüncü nəsil ultrabukların qiymətinin aşağı həddi $599 təşkil edəcək. Bu ümumilikdə bu sevindirməyə bilməz. Əgər Intel-in vədlərinə inansaq, ultrabuklar təkcə ucuzlaşmayacaq, həmçinin daha güclü, yüngül və enerji istehlakı cəhətdən daha səmərəli olacaqlar.

Bazarda rəqabət

Ultrabukların tarixinin mahiyyət etibarilə «MacBook Air»-dən başlandığını nəzərə alsaq və məsələyə daha geniş baxsaq, o zaman bütün iri istehsalçıların bazarın bu seqmentinə öz yeniliklərini təqdim etdiyini görərik.

Biznesinfo.az saytının müstəqil tərtib etdiyi reytinqə əsasən, 2012-ci ildə ən yaxşı ultrabuklar aşağıdakılar olukb:

5-ci yer: Lenovo X1 Carbon

4-cü yer: HP Folio 13

3-cü yer: Samsung Series 9

2-ci yer: Acer Aspire S7-391

1-ci yer: ASUS ZenBook UX32VD

İstənilən halda, kompüterdə üsluba, məhsuldarlığa və səyyar işləmə qabiliyyətin üstünlük verənlər üçün ultrabuk almaq tövsiyə olunur. Əlbəttə, bu tip qurğular stasionar kompüterləri tam əvəz edə bilməz. Lakin artıq indi korporativ seqment üçün ultrabuk daha ağıllı seçim kimi görünür.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.