az / ru
 
     
 
Ana səhifə > Praktikum > Texnologiyalar

Biznesin inkişaf etdirilməsi üçün QR-kodlardan necə istifadə etməli

11.01.2013 | İnna QRİŞUK

Qeyri-adi ac-qara kvadratlara İnternet şəbəkəsi və parıltılı jurnalların səhifələrində getdikcə daha tez-tez rast gəlmək mümkündür. Onlar hətta vizit kartlarında, reklam elanlarında və ya ərzaq və oyuncaqların qablaşdırmalarında da yer ala bilərlər.

Haqqında danışdığımız bu işarələr QR-koddan və ya ikiölçülü ştrix-koddan başqa bir şey deyil. Bu kodlar özündə praktik olaraq istənilən məlumatı – sayt və ya elektron poçt ünvanı, mətn və ya “Facebook” şəbəkəsində dostluğa dəvət kimi məlumatları ehtiva edə bilər.

Biz QR-kodların nəyə lazım olduğunu və onların biznesə necə yardımçı ola biləcəyini araşdırmaq qərarına gəldik.

QR-kod nədir?

QR-kodu (ingiliscə. quickresponse (QR) – cəld cavab) zolaqlı ştrix-kodun «nəvəsi» də adlandırmaq olar. Amma əgər ştrix kodu yalnız xüsusi qurğuların köməyi ilə oxumaq mümkündürsə, QR-kodları bütün smartfon və planşet fərdi kompüter sahibləri oxuya bilərlər.

QR-kodun oxunması üçün xüsusi proqrammı işə salmaq (müasir modellərin əksəriyyətində bu proqram artıq yüklənmiş olur) və həmin ac-qara kvadratın fotoşəkilini çəkmək kifayətdir.

YK-kodlar əsasən adi malların eyniləşdirilməsi üçün ştrix-kodların (məsələn, Yaponiyada), URL-ünvanların, sərbəst mətnlərin, telefon nömrələrinin və hətta vizit kartlarının da kodlaşdırılması üçün istifadə olunur.

Kodun özünün yaradılması prosesi heç də çox vaxt tələb etmir. Bu cür ştrix-kodu hətta o qədər təcrübəli olmayan istifadəçi də yarada bilər. Bunun üçün avtomatik olaraq bu cür kodu avtomatik olaraq generasiya etməyə imkan verən çoxsaylı internet saytlarından birinə daxil olmaq lazımdır. Məsələn, biznesinfo.az saytına aparan link aşağıdakı kimidir:

Generasiya edilmiş kod

http://qrcoder.ru/?t=l&l=http%3A%2F%2Fwww.biznesinfo.az&s=6

Biznes üçün QR

İlk dəfə informasiyanın kodlaşdırılaraq istehlakçıya çatdırılmasından yaponlar istifadə ediblər. Daha sonra yeni texnologiyanın üstünlüklərini ABŞ, Avropa, Rusiya və digər ölkələrin biznesmenləri də qiymətləndiriblər.

QR-kodu effektiv reklam və marketinq aləti də hesab etmək olar. Bu kodlardan məhz göstərilən sahələrdə daha tez-tez istifadə olunur.

QK-kodların populyar istifadə üsullarına bir neçə misal göstərək:

Vizit kartlarında: Standart informasiyanın yanında kiçik ac-qara kvadrat yerləşdirmək mümkündür. Bu işarəni qurğu vasitəsilə «oxuduqdan» sonra müştəri və ya biznes-tərəfdaş şirkət və onun məhsulları haqqında daha geniş məlumat əldə edə bilər. Qeyd etmək lazımdır ki, kodu universal adlandırmaq olar. Belə ki, şəklin özünü dəyişmədən onda şifrlənmiş məlumatları dəyişmək də olar: məsələn, İnternet səhifəsində.

 

Bayır reklamlarında: QR-kodu bilbordda və ya qəzet və ya jurnaldakı informasiyanın yanında yerləşdirməklə reklam aksiyasının imkanlarını xeyli genişləndirmək olar. Bunun üçün alıcını öz saytınızın mobil versiyasına istiqamətləndirmək, reklam aksiyasının təfərrüatlarını və ya mağazaların yerləşməsinin virtual xəritəsini kodlaşdırmaq kifayətdir.

Yeni texnologiyadan «Sərhədsiz reportyorlar» təşkilatı orijinal istifadə edib. Belə ki, QK-kod vasitəsilə təşkilatın reklamı sözün əsl mənasında danışmağa başlayıb. QR-kodu oxumaqla, hər bir kəs danışan dodaq şəklini görə bilərdi. Smartfonu plakatın üzərində göstərilmiş işarənin üzərinə qoyduqda elə təəssürat yaranır ki, plakatda təsvir olunmuş siyasətçi danışır.

Video-fayla aparan link: http://www.youtube.com/watch?v=2dwoznIh2o8

Yeri gəlmişkən, QR-kodları istənilən digər əşyanın üzərində – futbolka, kepka, mağazaların vitrinləri üzərində də yerləşdirmək olar. Bu ideyadan bukmeker firmalarından biri orijinal şəkildə istifadə edib.

Belə ki, həmin firma öz saytının şifrləndiyi QR-kodu boksçuların tumanları və ya qadınlardan ibarət çimərlik voleybolu komandası üzvlərinin geyimləri üzərində yerləşdirib. Beləliklə, tamaşaçılar oyun getdiyi zaman birbaşa ortaya pul qoya bilirdilər. QR-kodun qiymətdə güzəşt üçün kupon qismində istifadəsinin effektivliyi də sübut olunub. Bəzi dünya ticarət şəbəkələri müəyyən ikiölçülü kodu oxumuş hər bir kəsə qiymətdə güzəştə getməklə öz satış həcmini xeyli artırmağa nail olublar.

Qablaşdırma və ya qiymət kağızı üzərində: Kiçik şəkil vasitəsilə alıcıya mal haqqında qablaşdırmanın üzərində yolduğundan daha çox informasiya çatdırmaq mümkündür. Belə ki, QR-kodda mal və onun funksiyaları barədə geniş məlumat, digər alıcıların rəyləri, mağazada-anbarda analoji modelin digər rənglərinin və ölçülərinin olub-olmaması barədə məlumat əks oluna bilər.

Oyun və lotereyalar: QR-kod vasitəsilə asanlıqla lotereya da təşkil etmək mümkündür. Məsələn, restoranın pəncərəsində monitor yerləşdirilir və onda ixtiyari şəkildə QR-kodlar əks olunur. Uduşlu kodu kim birinci oxusa, həmin şəxs restorana daxil olaraq çəkdiyi şəkli təqdim edir və ona pulsuz şam yeməyi təqdim olunur.

QR-kodun səhv istifadəyə dair tipik səhvlər

Öz biznesinin inkişaf etdirilməsi üçün ac-qara kvadratdan istifadə etmək qərarına gəlmiş şəxslər yaddan çıxarmamalıdırlar ki, generasiya edilmiş kodun kütləvi istehsala buraxılmamışdan əvvəl onun oxunub oxunmayacağını yoxlamaq lazımdır. Bunun üçün QR-kodda əks olunmuş internet səhifəsi mobil telefonlardan istifadə üçün sazlanmalıdır. Bu bir qaydadır.  QR-kodu onun oxuna bilinməyəcəyi yerlərdə və ya potensial müştərilərin mobil internet və ya WiFi-dan istifadə edə bilməyəcəyi yerlərdə yerləşdirilməsi məqsədəuyğun deyil.

Və əlbəttə ki, kodlaşdırılmış linkdə müştəri və ya şirkət üçün yararlı ola biləcək və aktual informasiya yerləşdirilməlidir.

QR kodlar – orijinal və hələ ki, insanları təngə gətirməmiş texnologiyadır. Onların köməyi ilə qeyri-adi, ən əsası isə, diqqət cəlb edən reklam aksiyası təşkil etmək olar. Lakin bu halda yadda saxlamaq lazımdır ki QR texnologiyasından digər marketinq fəaliyyəti ilə əlaqədar şəkildə istifadə etmək lazımdır. Bu halda QR-kod ənənəvi «off-layn» vasitələrinin imkanlarını internet texnologiyaları ilə əlaqələndirməyə imkan verər.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (317)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (207)
+ Mebel və interyer (268)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (277)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (326)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (260)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (147)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.