az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Texnologiyalar

LinkedIn – biznes üçün alət kimi

05.11.2012 | Sergey OSİN

LinkedIn – bu işgüzar adamların Facebook-udur

LinkedIn populyar şəbəkəsi bu gün 150 biznes sahəsinin 175 mln.-dan çox istifadəçini əhatə edir. 2 milyondan artıq şirkət burada öz korporativ səhifəsinə malikdir. Gün ərzində orta hesabla LinkedIn-də 50 mindən artıq yeni istifadəçi qeydiyyatdan keçir. Bu dünyanın nəhəng peşəkarlar icmasıdır.

2003-cü ilin mayında işə salınan sosial şəbəkə işçi, iş, əmtəə, xidmət axtarışı və ya işgüzar əlaqələrin genişləndirilməsi ilə məşğul olanlara fayda gətirir. LinkedIn-in əsasına o qədər də kiçik olmayan vəsait qoyan əsas sərmayədarlar – Greylock və Sequoia Capital (bir vaxtlar onlar Google və Yahoo! yaradılmasının arxasında dururdular) idi. Startapda iştirak edən sərmayə agentləri rolunda Netscape, Excite, PayPal və Half.com qeydə alınmışdı.

2012-ci ilin martında LinkedIn 3, 645 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilib, dünyada qiymətinə görə yeddinci sosial şəbəkə olub və yalnız Facebook, YouTube, Twitter, Qzone (Çin), Sina Weibo (Çin) və Badoo (Böyük Britaniya) kimi nəhənglərdən geri qaldı.

Fərqləndirici xüsusiyyətləri

Bu sosial şəbəkə işgüzar ünsiyyət üçün yaradıldığından, adi profilin əvəzinə sizə tam xülasə doldurmaq təklif olunacaq. Razılaşın, əgər siz işgüzar əlaqə qurmaq istəyirsinizsə, həmsöhbətin ixtisaslaşmasını bilmək faydalıdır.

Əlaqələrin fərdi şəbəkəsinə istifadəçilərin əlavə edilməsi sistemi də standartdan kənar görünür. Siz insanla birbaşa tanış deyilsinizsə, ona başqa əlaqə vasitəsilə təqdim edilə bilərsiniz. LinkedIn “altı əlsıxma nəzəriyyəsi”ni təcrübədə qiymətləndirmək imkanı verir, yəni istənilən iki nəfər orta hesabla ümumi tanışların yalnız beş səviyyəsi ilə ayrılıblar. Əsas, pulsuz xidmətlər paketində əlaqələrin axtarışı yalnız sizin 1, 2 və ya 3 ümumi tanış vasitəsilə çıxışınız olduqda həyata keçiriləcək. Bu məhdudiyyətlər spamın qarşısını almaq məqsədilə qoyulub.

LinkedIn-də siz təqdim edə və təqdim oluna bilərsiniz. Sizə işə potensial namizəd və ya işgüzar tərəfdaş haqqında əlavə məlumat lazım olduqda, əldə edə biləcəyiniz zəmanətlərin köməyi ilə bu və ya digər insanın peşəkar keyfiyyətləri haqqında məlumat almaq və ya fikir mübadiləsi aparmaq olar.

Əsas üstünlüklər

Sosial biznes şəbəkənin əsas funksiyası – şəxsi karyera və peşəkar imkanların həyata keçirilməsidir. İştirakçıların motivasiyası digər sosial şəbəkələrlə müqayisədə böyük üstünlük verir. Linkedİn-də təsadüfi adamlar, demək olar ki, yoxdur. Nəhəng beynəlxalq şirkətlərin top menecmenti (600 mindən nəfərdən çox) və çoxsaylı peşəkarlar burada toplanıb. 

Bu sosial şəbəkə biznesin müxtəlif sahələrində yeni əməkdaşların və işgüzar tərəfdaşların mükəmməl axtarışı üzrə xidmətlər təklif edir. Linkedİn-in servislərinin əksəriyyəti insanların axtarışı və onlarla gələcək iş məqsədi daşıyır. Linkedİn-də hesab onun sahibinin özü, öz peşəkarlığı və onlara bərabər olduğu haqqında bəyan etmək imkanından xəbər verir. Siz qrupların birində gələcəkdə müştərək biznes aparmaq qərarına gələcəyiniz insanla, yəqin ki, qarşılaşa biləcəksiniz. 

Katibləri, PR və mətbuat xidmətlərini ötərək iri şirkət və ya bölmə rəhbərlərinə (əgər onlar sizin əlaqə şəbəkəsinə daxildirlərsə) müraciət etmək əhəmiyyətli üstünlükdür. Razılaşın ki, bu baha başa gəlir.

Korporativ imkanlar

LinkedIn-də şirkətlər öz aralarında dostluq edə, bir-birinə tövsiyə verə, adi istifadəçilərlə “dost” ola bilərlər. Sizi maraqlandıran şirkətlərin fəaliyyətini də izləmək mümkündür.

Əlavə plagin və servislər funksionalı əməli surətdə genişləndirir. Məsələn, LinkedIn – Signal-ın köməyi ilə dar istiqamətli axtarış sorğularını izləmək mümkündür. Bir şirkətin əməkdaşlarının rəqibləri, məsələn, “The New York Times” qəzetinin Rupert Merdokun “The Daily” haqqında dediklərini aydınlaşdırmaq imkanını əyaniləşdirir.

Bir qədər əvvəl LinkedIn-də mövcud mətn və qrafik elanlardan başqa, videoreklamın köməyi ilə brendin irəlilədilməsi imkanı da yaranıb. Onu auditoriyanın ayrı-ayrı seqmentlərinə də tətbiq etmək mümkündür.

LinkedIn-də qruplar necə işləyirlər

Saytda milyondan artıq peşəkar icma yaradılıb. Onlar müəyyən dərəcədə təlim və bilik mübadiləsi meydançasına çevriliblər. Burada olan külli miqdarda peşəkarlar təcrübəyə malikdirlər və onunla bölüşməyə həqiqətən hazırdırlar. Fəal qrupda olarkən bazardakı təmayülləri və rəqabətdə vəziyyəti rahatlıqla izləmək olar.

Qruplara qoşularkən, siz dünyanın bir çox ölkələrində külli miqdarda peşəkarlara çıxış və onlara sual vermək, məsələnin həllini tapmaq imkanı əldə edirsiniz. Sizin suallara şəxsi cavablarınız həmçinin öz fəaliyyət sahənizdə mütəxəssis kimi nüfuzunuzun artırılmasında əlverişli olacaq.

Qruplar açıq və qapalı olur – belə icmalara çıxış verilməsi haqqında qərarı moderator verir, o həmçinin sizin qrupun mövzusuna uyğunluğunuzu qiymətləndirir. Qrupa münasibətdə səliqəlilik nümayiş etdirmək vacibdir, axı onlar tam şəkildə profildə əks olunur və sizin imicinizə təsir göstərir. Qrupun həyatında fəal iştirak sizə seçdiyiniz icmanın lideri olmağa və burada işlənmiş əlaqə bazasından və məlumatdan istifadəyə imkan verəcək.

Natalya Korobko, biznesinfo.az-ın həmtəsisçisi

- Mən LinkedIn-dən peşəkar əlaqələrin həcmini genişləndirmək üçün istifadə edirəm. Burada tək ümumi tanışlıq prinsipi ilə deyil, həm də kəsişən fəaliyyət sahəsi üzrə insanları tapmaq asandır.

Faydanı pul ifadəsi ilə ölçməyin hələ mənası yoxdur. Amma biz LinkedIn vasitəsilə portala baxışı və onun nüfuzunu yüksəldirik. LinkedIn bizim jurnalistlərə və satış üzrə menecerlərə lazımi insanlarla əlaqə qurmaqda kömək edir.

Synergy Group Holdinq Şirkətinin Müşahidə Şurası sədrinin müavini Fəxriyar Cabbarov.

- Mən bu sosial şəbəkədən işgüzar dairəni və biznes üzrə potensial tərəfdaşları genişləndirmək üçün istifadə edirəm.

LinkedIn hələ mənim işimə o qədər də çox kömək etməyib. Güman ki, mən sadəcə orada kifayət qədər fəal deyiləm.

Maxmedia Reklam Agentliyinin direktoru, Red PR Agentliyinin təsisçisi Tatyana Mikayılova.

- LinkedIn – peşəkar şəbəkədir və öz növbəsində kifayət qədər dar istiqamətli sosial mediadır. Peşəkarların şəbəkələşməsinə (gələcəkdə müəyyən faydalar əldə etmək məqsədilə işgüzar əlaqələrin qurulması – red. qeydi) istiqamətlənib. Rekruterlərə, həmçinin insanları muzda tutan və ya potensial tərəfdaşlar axtaran top menecerlərə kifayət qədər rahatdır.

Əlaqələr bizim biznesə kömək ediblərmi? Yəqin ki, peşəkarlar arasında brand awareness (“brendin” tanınması) aləti kimi – bəli!

 
Açar sözlər: texnologiyalar sosial şəbəkələr LinkedIn
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (330)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (219)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (279)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (543)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (345)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.