az / ru
 
     
 
Ana səhifə > Praktikum > Texnologiyalar

Biznes üçün mobil əlavələr

21.09.2012 | Sergey Osin

Son illər smartfon satışı bir neçə dəfə artıb.

Həyatı asanlaşdıran və istənilən işlərlə hər yerdə məşğul olmağa imkan verən yüzlərlə əlavələr meydana gəlib.

Təəccüblü deyil ki, zamanla biznes yenilikləri ehtiyaclarına uyğunlaşdıra bilir.

Biz bu icmalda hər gün istifadə etdiyimiz və öz işlərini “əla” yerinə yetirdiyini hesab etdiyimiz əlavələrdən danışmaq istəyirik.   

Klaviatura

Swype – istifadəçiyə sözü barmağı hərfin birindən digərinə sürüşdürməklə və yalnız sözarası qaldırmaqla, mətn yığmaq üsuludur. İş adamına sürət çox vaxt həqiqi üstünlüyü verir. Həmkara və ya tərəfdaşa qısa SMS yazmaq, demək olar ki, ani baş verir.

Hazırda bu ən sürətli mətnyığma üsulu olduğundan, Ginnesin Rekordlar Kitabına daxil edilib. “Android”, “iOS” platformaları üçün proqram, analoji tvik mövcuddur (yalnız ingilis dili üçün).

 

Video

Ofis əlavələri

Quickoffice Pro. Siz bu əlavənin köməyi ilə Microsoft Office fayllarını yarada, redaktə edə və dəyişə bilərsiniz. Tam ofislə müqayisədə funksiyaların həcmi bir neçə dəfə azaldılıb, əsasları isə toxunulmaz qalıb. PDF formatlı dəstək, Google sənədləri ilə sinxronlaşdırma və məlumatların saxlanılması servisi həyata keçirilir.

ZİP arxivlərin tam dəstəyi mövcuddur, multitouch, nitq sintezi funksiyası və blok-sxemlərin, hazır fiqurların əlavə edilməsinə yol verən təqdimatlar redaktoru dəstəklənir.

 

Video

Dropbox. Məlumatın saxlanılması üçün nəzərdə tutulan bulud onlayn-servislərin ən məşhurlarından biridir.

Daim yaddaş kartına və ya kompakt diskə ümid bəsləməyə ehtiyac yoxdur. Lazımi faylları xidmət saytına yükləyin – onlar istənilən an İnternetdən qoşulmuş, istənilən qurğudan sizə açıq olacaq.

Video

 

Evernote. İstifadədə sadə, saxlanılması vacib olan məlumatı yaddaşa yerləşdirməyə kömək edən pulsuz əlavədir (mətn, audio, foto, video).

Dekabr ayı üçün “Evernote Business” ödənişli versiyasını buraxmağa söz veriblər, bu kiçik və orta biznesə məlumata müştərək çıxışın təşkili üçün şirkətin bütün əməkdaşlarını bir lokal qrupda birləşdirib, kömək edə bilər.

Video

Trello. İş və vəzifə siyahılarının idarəetmə alətidir. Masaüstü gündəliyin tam əvəzlənməsi. Xidmət saytda mövzular – “lövhələr” (Board) üzrə qruplaşdırılmış məsələlərin saxlanılmasına imkan verir.

Hər məsələ lövhəsində, öz növbəsində, siyahılar qruplaşdırılır. Rənglərdən belə siyahıları işarələmək üçün istifadə etmək mümkündür. Siyahıya qoşma-fayllar birləşdirmək, qoşma siyahılar (çek-listlər), hiperistinadlar əlavə etmək mümkündür.



Video

ES Bələdçi. Bulud servislərə (“Dropbox”, “Google Drive”, “SkyDrive”, “Yandex.Disk”, “Box”, “SugarSync”, “Amazon S3” və “Ubuntu One”), ftb və samba serverlərə çıxışı olan çoxfunksiyalı fayl meneceri. Bələdçinin köməyi ilə idarə etmək, nəzərdən keçirmək, media faylları dinləmək (təsvirlər, musiqi, video), qurulmuş vasitələrin köməyi ilə mətn fayllarını redaktə etmək olar. Məlumatların ehtiyat nüsxələrini yaratmaq.  
“Android” platforması üzrə işləyir. “iOS” platforması funksiyaların müxtəlifliyinə malik Folder Plus əlavəsini məsləhət görmək olar.



Video

Mobil təhlükəsizlik

Son vaxtlar smartfon üçün antivirus nə isə qeyri-adi bir şey hesab edilə bilməz. Bu gün zərərli proqramı endirmək ehtimalı artır, məxfi məlumat saxlanılan smartfonda virusu tapmaq isə irmiqyaslı fəsadlara gətirib çıxara bilər.

“iOS” üçün antiviruslar “Sophos” və “Panda”nın korporativ məhsullarının tərkibində buraxılıb, platformaya ayrıca həllər yoxdur, çünki o bunsuz da yaxşı qorunur.

Kaspersky Mobile Security – gerçək zamanda antivirus sistemi ilə müdafiə. Əsas funksiyalara zərərli proqramlardan müdafiə, brauzerdə arzuolunmaz məzmunun bloklaşdırılması, zənglərin və SMS-lərin filtri daxildir.

Əlavə funksiyalar arasında özündə oğurlanmış və ya itirilmiş qurğuları təcrid etmək, məxfi məlumatı pozmaq, yeri, Sim-kart dəyişdirildikdən sonra belə telefonla əlaqıni müəyyənləşdirmək imkanı daxil olan anti-oğru sistemi maraq doğurur.



Video

Kompyuterə uzaqlaşdırılmış çıxış  

Təqdimata getmisiniz və mühüm sənədi kompyuterinizdə unutmusunuz? Ofisə zəng vurmaq və katibədən onu tapıb, göndərməti xahiş etmək heç də hər zaman mümkün olmur və vaxt aparır.

Team Viewer For Remote Control – smartfon ekranından İnternet vasitəsilə kompyuterə uzaqlaşdırılmış çıxış əldə etməyə imkan verən qeyri-kommersita istifadəsi üçün pulsuz proqramdır.

Bu proqramın köməyi ilə kompyuterdən uzaqlaşmış halda işləmək mümkündür, elə bil ki, siz bilavasitə onun qarşısındasınız. Bütün əməliyyatlar sizə açıq olacaq. “Team Viewer”in köməyi ilə təqdimatlar və öz həmkarları, işgüzar tərəfdaşları və ya müştəriləri ilə konfranslar təşkil etmək mümkündür.



Video

Alınmış PT-nı necə qaytarmalı?

APPLE
“iTunes Store”a daxil oluruq, “Alış tarixi”ni seçirik, lazımsız əlavələri tapırıq və “Problem haqqında hesabat” keçidini tıqlayırıq. Qaytarma səbəbini qısaca təsvir edirik. Bir qayda olaraq, “Apple” Şirkəti müştərinin qarşısına çıxır və pulları qaytarır.

GOOGLE
15 dəqiqə ərzində əmtəəni yalnız öz qurğusundan geri qaytarmaq olar.. “Yükləmə” bölməsinə daxil olun, lazımsız əlavəni seçin. “Ləğv etmək və pulu qeyri qaytarmaq” düyməsi görünəcək.

MİCROSOFT
Şirkət 24 saat ərzində pulları qaytara bilər, lakin ayda bir əlavəyə görə. Qaytarma sxemi “Apple”lə analojidir.

 
Açar sözlər: Texnologiyalar mobil əlavələr smartfon
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (317)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (207)
+ Mebel və interyer (268)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (277)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (326)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (260)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (147)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.