az / ru
 
     
 
Ana səhifə > Praktikum > Texnologiyalar

Tapşırıq və layihələrin idarəetmə sistemləri

08.08.2012 | Alan Tuqanov

Fikirləri təhrif olunmadan necə çatdırmalı, qarşılıqlı anlaşmanı necə təmin etməli və ən əsası komandanı ahəngdar işləməyə necə öyrətməli? Bu işdə tapşırıq və layihələrin idarəetmə sistemləri kömək edə bilər.

Sistemin məğzi

Keçmişdə biznes proseslərinin avtomatlaşdırılması üçün əlavələr böyük və mürəkkəb sistemlərdə yerləşdirilirdi, onlara giriş isə baha olduğundan, icarə prinsipi ilə həyata keçirilirdi. Bu gün icarə modeli ucuzlu və ya hətta pulsuz SaaS-servislər şəklində yeni həyat qazanıb.

SaaS – xidmət kimi proqram təminatının təqdim edilməsidir (ingilis dilində Software as a service) Lisenziya almaqdansa, müştəri tərtibçi-təchizatçının serverlərində yerləşdirilən əlavələrə giriş əldə edir. Əksər hallarda əlavəyə giriş İnternetə qoşulmuş istənilən kompyuterdən standart veb-brauzer vasitəsilə həyata keçirilir.

SaaS-dan istifadə edən tərtibçilər geniş xidmətlər paketi satmaq və məhsulunu qeyri-rəsmi nüsxələməkdən müdafiə etmək imkanı qazanırlar. Mükəmməl funksiya əldə edən müştərilər sistemin idarə olunmasında və məlumatın müdafiəsi sahəsində bahalı həllərin alınmasında qənaət edirlər. SaaS-həllər konkret iş yerinə bağlı olmayan frilanserlər üçün də əlverişlidir.

“Tapşırıqların meneceri və müştəri ilə qarşılıqlı əlaqə vasitəsi kimi biz “Teamlab”dan istifadə edirik, - “Minimax” Şirkətinin İT üzrə meneceri Teymur Məhəmmədxanov deyir. – Bu tapşırıqların qoyulması, onların yerinə yetirilməsinə nəzarət, əməkdaşlar arasında ünsiyyət üçün yaxşı veb-əlavədir. Layihə üzrə iş aşağıdakı kimi baş verir: layihəni yaradırıq, meneceri təyin edirik, menecer komandanı yığır, tapşırıqları və müddətləri müəyyənləşdirir, yerinə yetirilməsini izləyir. İşlərin xətti və ya paralel izlənilməsi isə “GoogleDocs”dakı cədvəllər əsasında baş verir, burada hər əməkdaşın müvafiq rəngi və hər tip işçiinin öz çaları var”.

Təcrübi yanaşma

Eyni tapşırıq üzərində işləyən insanlarla ünsiyyət ənənəvi olaraq necə baş verir? Biz müşavirədə toplanır, vaxtı razılaşdırır, ən yaxşı halda, təxmini texniki tapşırığı tərtib edirik. Sonra bir qalaq hesabat, e-mail, Skype və ya İCQ ilə məsləhətlər yaranır, mühüm incəliklər itir. Yekun kimi, məhsul vaxtında hazır olmur, ya da hazır olan istənilən deyil.

“Bütün dünyada iş proseslərinin avtomatlaşdırılması şirkətin fəaliyyətinin məcburi şərti hesab edilir, eyni zamanda Azərbaycanda bu proses hazırda sürət almağa başlayır”, - “Smart Systems Technology” Şirkətinin İdarəetmə üzrə Departament rəhbəri Sübhan Qaragözov belə hesab edir.

Hər hansı qərargah, bütün məlumat axınlarının toplandığı bir məkan sahibi olmaq daha asandır. Bu məkanda siz erkən mərhələlərdə maneələri tapıb, onları operativ surətdə ləğv etməyi bacaracaqsınız. Əgər siz aşağıdakı problemlərlə bir dəfə də olsa qarşılaşmışsınızsa, deməli belə bir sistem sizə dəqiqliklə faydalı olacaq:

  • Komandada cari tapşırıqların başa düşülməməsi;
  • Hansı tapşırıqların artıq həyata keçirildiyi haqqında aydınlıq yoxdur;
  • Əks əlaqəni yaratmaq mümkün deyil;
  • Əgər kimsə xəstələnir və ya işdən çıxırsa, işin gedişatının, hansı mərhələdə olduğunun, nəyin görüldüyünün aydınlaşdırılmasına vaxt sərf etməli olursan.
  • Razılaşdırma prosesi uzadılır;
  • Xırda tapşırıqlar sonraya saxlanılır və unudulur;
  • Yerinə yetirilmiş tapşırıq haqqında məlumatlılığın operativliyi aşağıdır;
  • Bütün dəyişikliklərin gedişatını izləmək imkanı yoxdur.

Həllərin icmalı. Müsbət və mənfi cəhətlər.

Meqaplan


 
Müsbət cəhətlər:

  • Adi tapşırıqlar menecerındən başlamış, biznesin idarə olunmasının tam funksional sisteminə qədər lisenziyaların çoxvariantlılığı.
  • Layihəni Gant diaqramı üzrə izləmək imkanı var.
  • Sənədlərin təqdimat, cədvəllər, pdf və s. kateqoriyalar üzrə sinifləşdirilməsi.
  • Müddətləri göstərmək və iş prosesini qrafikdə əyaniləşdirmək imkanı ilə layihə üzərində qrup şəklində iş.
  • Rus dilində tam sənədləşdirmənin və kömək funksiyalarının mövcudluğu.

Mənfi cəhətlər:

  • Faylların onlayn rejimində redaktəsi imkanının olmaması.
  • Ödənişli həll (8-47 ABŞ dolları). Ödənişsiz lisenziyada 30 günlük sınaq dövrü, iştirakçıların və tapşırıqların miqdarı məhduddur.
  • Mobil versiyası yoxdur.
     

http://www.youtube.com/watch?v=T9QGnVH--bs&feature=channel&list=UL

Teamlab

Biznesinfo.az portalının seçimi.

Müsbət cəhətlər:

  • Ödənişsiz, vaxt, istifadəçilərin və layihələrin sayı üzrə məhdudiyyətsiz. 1 Gb-lıq məkan və tam funksiya təqdim olunur. Ayda 49 ABŞ dollarına 50Gb və faylların yaxşılaşdırılmış yüklənməsini əldə etmək olar.
  • Layihələr üzərində qrup şəklində iş. Hər layihə üçün ayrı-ayrı komandaların yaradılması imkanı var. Müzakirələr zamanı Vikipediya funksiyasından istifadə etmək, ayrı-ayrı əməkdaşa zaman çərçivəsi göstərməklə, tapşırıqlar qoymaq mümkündür. Xatırlatma sistemi və daxili çat mövcuddur.
  • Tam funksiyalı təqvim-gündəlik.
  • Müştəri ilə işləmək üçün CRM sistemi.
  • Mobil versiya.
  • Sənədin birbaşa proqramda yaradılması imkanı.

Mənfi cəhətlər:

  • Funksiya zəngindir, lakin həmişə lazım olduğu kimi işləmir. Modulların əksəriyyəti hələlik beta-versiyada işləyir.
  • Bütün sənədlər və konkret layihənin sənədləri arasında əlaqə yoxdur. Bəzən yükləmə ilə problemlər yaranır.
  • Portalı özünə uyğun tərtib etmək imkanı yoxdur. http://www.youtube.com/watch?feature=player_embedded&v=CU5qm_xiNck

Basecamp:

Biznesinfo-az portalının seçimi.

Müsbət cəhətlər:

  • İntuitiv interfeys. Çoxlu istifadəçilər icmasının mövcudluğu (əsasən veb-işləmələr sahəsində) sistemdə baqların yoxluğuna zəmanət verir.
  • Layihənin FacebookTimeline üslubunda görünüşü və layihədə böhranlı pillələrin izlənilməsi üçün təqvimin mövcudluğu.
  • Sürətlə işləmə. Sistem tez yüklənir və serverdən interfeysi yükləmədən, yazışmanı birbaşa poçt qutunuzdan aparmaq imkanı yaradır.
  • Avtoyaddaş tapşırığı yazmağa və ya komandanın digər üzvlərinə cavab verməyə başlamağa və brauzer təsadüfən bağlı olduqda belə, ona qayıtmağa imkan verir.

Mənfi cəhətlər:

  • Funksiyanın kasadlığı. Sadə məqamlar, məsələn, tapşırığın müşayiət edən faylla birlikdə yüklənməsi, bir neçə hərəkətə bölünür.
  • Ödənişsiz versiya 45 günlük sınaq müddəti ilə məhdudlaşır. Ödənişli versiya layihələrin sayından və yaddaşın həcmindən asılı olaraq 20-150 ABŞ dolları dəyərindədir.
  • Tapşırıq və görüşlərin tam planlaşdırılması və onların vaxtında yerinə yetirilməsinin izlənilməsi mövcud deyil.
  • Bir neçə icraçını qoşmaq mümkün olan tapşırıqlar yoxdur.
     

http://www.youtube.com/watch?feature=player_embedded&v=Fcw0JGFvYUM
 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.