Simsiz texnologiyalar bütün qurğulardan İnternetə çıxış qiymətlərini aşağı salır |
31.07.2012 | Alan Tuqanov |
Bütün provayderlər istənilən mobil qurğudan İnternetə çıxışı təmin edən GPRS/3G modemləri və ya “Wi-Fi” dəstəkli routerlər şəklində həllər təklif edirlər.
Belə qoşulma üsulunın əsas üstünlükləri yüksək mobillik və mobil rabitə şəbəkələrinin əhatə zonalarının hamısından qoşulma imkanıdır. Əlverişli şəraitlərdə, müasir 3G modemlərindən istifadə etdikdə, mobil İnternetin sürəti 7Mbit/san çata bilər, “Wi-Fi” texnologiyasının dəstəyi isə eyni vaxtda bir neçə qurğudan qlobal şəbəkəyə simsiz qoşulmanı təmin edə bilər. Bundan başqa, 3G operatorlara mobil televiziya, videozəng və s. əlaqəli xidmətlər göstərmək imkanı verir.
Məlumatların ötürülmə keyfiyyəti
Sürətlə qoşulma mobil rabitə operatorundan çox asılıdır və yalnız 3G şəbəkələrində işləyir, Azərbaycanda onların əhatə sıxlığı isə o qədər də yüksək deyil. Təəssüf ki, bir çox hallarda (3G şəbəkələrinin yoxluğu, siqnalın aşağı səviyyəsi), mobil İnternet sürəti daha yaxşı ola bilərdi və Dial-Up qoşulması xüsusiyyətlərindən o qədər də üstün deyil. Bu isə, öz növbəsində, onun funksional imkanlarına müəyyən məhdudiyyətlər yaradır.
Mobil İnterneti maksimal sürətlərlə istifadə etməyə imkan verən limitli tariflərdə belə, qoşulmada trafikin qiyməti əksər istifadəçilər üçün çox yüksək olacaq. Limitsiz tariflərdə, bir qayda olaraq, birləşmə sürətində ciddi məhdudiyyət mövcuddur, bu isə onların şəbəkəsində məlumatları endirmə həcminə qoyulmuş qeyri-rəsmi limiti ötdükdə baş verir.
Dördüncü sürətlə ötmə
3G-yə hələ tam alışmamışdıq ki, “Azercell” mobil rabitə operatoru LTE texnologiyalarına (Long Term Evolution) əsaslanan 4G qoşulmasının kommersiya buraxılışını həyata keçirdi. Bu mobil şəbəkələrin dördüncü nəsli (4G) üçün qlobal standartdır, stasionar şəraitdə 1 Qbit/san-yə qədər məlumatların ötürülmə sürətinə və mobil qurğularda məlumat mübadiləsi şəraitində 100 Mbit/san.-yə qədər çatmağa imkan verir.
“Azercell”in Korporativ Əlaqələr və Sosial Məsuliyyət üzrə şöbə rəhbəri Ülviyyə Həsənzadənin sözlərinə görə, 4G şəbəkəsi ilkin mərhələdə yalnız Bakının mərkəzində və Dənizkənarı Bulvarda işləyir, lakin gələcəkdə onun ölkənin bütün zonalarına yayılması planlaşdırılır.
Bu xidmətə qoşulmaq üçün 4G modemi almaq (149 manat) və Mobil İnternetin (Mİ) limitsiz paketinə - 45 manat/ay sahib olmaq lazımdır. 4G modem alanlara birinci ay limitsiz İnternet pulsuz verilir.
“Mİ 4G” paketi “Azercell 2G/3G” şəbəkələrində də istifadə edilə bilər. Lakin 2G/3G şəbəkələrinin Mİ paketlərini 4G şəbəkəsində istifadə etmək mümkün deyil. Əgər “Azercell” Şirkətinin abonenti Mİ 2G/3G paketinin idtifadəçisidirsə, onda o yuxarıda göstərilən 4G limitsiz paketini imzalaya bilməz. Bundan başqa, 4G şəbəkəsində səsli, həmçinin SMS və MMS xidmətləri göstərilmir.
“Bakcell” mobil əlaqə operatoru da həmçinin 4G texnologiyası əsasında xidmət göstərməyə hazır olduğunu bəyan edir. Şirkətin texniki direktoru İgit Bektaşın sözlərinə görə, “Bakcell”də bütün lazımi texnologiyalar var, indi 4G-nin buraxılmasına hazırlıq prosesi davam etməkdədir.
WiMAX
Bu texnologiya İnternetə geniş xəttli simsiz girişin təmin olunması üçün istifadə edir. “WiMAX” texnologiyası mobil və stasionar arasında aralıq mövqe tutur və Qərb təcrübəsində ingilis sözü olan “nomadic” – “köçəri” kimi səslənir, - “AzQtel LLC” Provayder Şirkətinin Marketinq və Satış üzrə Departamentinin direktoru Gündüz Babayev deyir.
Abonent “WiMAX” şəbəkəsi daxilində yerdəyişmə edərkən, abonent dəsti daha yaxşı birləşmə keyfiyyətini təmin etmək üçün müstəqil surətdə, avtomatik rejimdə istənilən mümkün baza stansiyasına köklənə bilir. Beləliklə, simsiz qoşulmanın təmin etdiyi mobillik, stasionar qoşulmanın verə bildiyi stabilliklə ahəng yaradır.
Azərbaycanda “Sazz” brendi altında ən birinci və iri mobil “WiMAX” şəbəkəsi “AzQtel LLC” Şirkəti tərəfindən açılıb. Belə şəbəkələrdə məlumat mübadiləsinin maksimum sürəti 10 Mbit/san.-dir, bu da böyük ölçülü faylları rahat yükləməyə, videoçarxlara baxmağa və ya online oyunlarda iştirak etməyə imkan yaradır. Xidmətə qoşulma, xüsusi modemin (USB brelok və ya stasionar şəklində - qiyməti 50 manatdan başlayır) köməyi ilə sayılan dəqiqələrdə həyata keçirilir.
Belə qoşulmanın başlıca mənfi cəhəti, onun Azərbaycan ərazisində çox məhdud yayılmasındadır. Hazırda “Sazz” Şirkəti şəbəkəsi Bakı, Sumqayıt, Mingəçevir və Abşeron yarımadasının şəhərkənarı qəsəbələrinin əsas hissəsini əhatə edir. 2012-ci ilin sonuna qədər digər şəhərlər də şirkətin şəbəkəsinin əhatə dairəsinə daxil olacaqlar.
İnternetdən limitsiz istifadəyə görə abonent haqqı ayda 25 manat təşkil edir. Ofisdə lokal və ya simsiz şəbəkə yaratmaq istəyən korporativ müştərilər üçün sürəti 10 Mb/san-a qədər limitsiz İnternetin qiyməti ayda 69 manata başa gələcək.
İnternetə qoşulma xidmətləri ildən-ilə daha da təkmilləşir, Azərbaycanda onların qiymətləri isə aşağı düşür. Bu başqa cür ola da bilməz – müasir dünyada İnternet yüksək tələbata malikdir, tələb, məlum olduğu kimi, təklifi doğurduğundan, onun çoxluğu isə provayderlərin qiymət siyasətində əlverişli şəkildə əks olunur.
|