az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Texnologiyalar

Azər Qərib: "Bizim Azərbaycanda rəqibimiz yoxdur"

16.04.2012 | İlkin Əhmədov

AzRu TV internet-televiziyasının həmtəsisçisi, jurnalist Azər Qəriblə müsahibə.

- Sizin fikrinizcə, Azərbaycanda internet-televiziyanın perspektivləri necədir?

- Perspektivlər bütün dünyada olduğu kimi bizdə də ümidvericidir. Azərbaycan dünyada gedən tərəqqidən, həmçinin informasiya-kommunikasiya texnologiyalarının inkişafından kənarda qalmır. Ola bilər ki, internet-TV qabaqcıl ölkələrdə olduğu kimi yüksək templə inkişaf etməyəcək, amma sözsüz ki, İnternet daha geniş yayıldıqca və onun qiymətləri düşdükcə bu sahə irəliyə gedəcək.

Sürətlə intellektual tamaşaçılarını itirən efir televiziyasının indiki vəziyyətini nəzərə aldıqda hazırda bu məsələ daha da aktuallaşır. Gec-tez reklamvericilər internet-TV-yə də diqqət yetirəcəklər, çünki onları maraqlandıran auditoriya İnternetə keçməyə başlayıb.

- Yerli telekanallarla müqayisədə internet-TV-nin müsbət və mənfi cəhətləri nədədir?

- İnternet-televiziyanı yerli telekanallarla müqayisə etmək istəməzdim, sadəcə öz fikrimi deyə bilərəm. İnternet-TV-nin mənfi cəhəti ondadır ki, İnternet hələlik televiziya kimi geniş əhatə dairəsinə malik deyil və hamı üçün əlçatan olmur. Amma hətta ucqar Afrika kəndində belə insan televizoru yandıraraq dünyada baş verənləri izləyə bilər. Bunun üçün kompyuter almaq, İnternetə qoşulmaq lazım deyil. Həm də internet-TV-yə qoşulmaq insandan televizoru şəbəkəyə qoşmaqla müqayisədə daha çox hazırlıq tələb edir.

Bundan əlavə, planetin yaşlı əhalisi əsasən İnternetsiz keçinir. Belə insanlar konservativ olmaqla vərdişlərini dəyişməkdə lüzum görmürlər.
Eyni zamanda efir televiziyası da bir yerdə durmur, tamaşaçıları cəlb edən yeniliklər təklif edir.

Amma internet-TV-nin də üstünlükləri var. Siz maraqlı verilişə televiziyada göstəriləcəyi vaxt deyil, sizin istədiyiniz vaxt baxa bilərsiniz. Siz istənilən an yayımı dayandırıb mətbəxə çay dalınca qaça, geriyə çevirərək istədiyiniz məqama diqqətlə qulaq asa, elə oradaca digər istifadəçilərlə verilişi müzakirə edə bilərsiniz.

Bundan əlavə verilişi iPad, iPhone və ya digər elektron daşıyıcıya yükləməklə ona yolda, təyyarədə, aeroportda, bilet növbəsində baxmaq mümkündür.

Düşünürəm ki, televizor istehsalçıları məhsullarını yaxşılaşdırdıqca və Şəbəkəyə çıxış imkanı olan televizorların istehsalını artırdıqca internet-TV daha sürətlə inkişaf etməyə başlayacaq.

- Siz ölkədə ilk rusdilli AzRu TV internet-televiziyasının yaradıcılarından birisiniz. Kanalın fəaliyyəti Sizi qane edirmi, rəqabət varmı?

- AzRu TV, belə demək mümkünsə, darprofilli telekanal olduğu üçün, yəni rus dilində yayımlandığı üçün bizim Azərbaycanda rəqibimiz yoxdur. Bu sahəni tutmaqla biz cəmiyyətin rusdilli hissəsini əhatə etdik.

Amma deyə bilmərik ki, kanalın fəaliyyətindən məmnunuq, inkişaf üçün bizim vəsaitə ehtiyacımız var. Studiya qismində evimin bir hissəsini istifadə edirik, verilişlərisə kiçik ofisimdə montaj edirik. Biz qardaşımla bu layihəyə öz şəxsi vəsaitlərimizi yatırmışıq, kredit almamışıq, hələlik yalnız təmənna güdməyən müəlliflərimiz hesabına işləyirik, amma gələcəyə nikbin baxırıq.

Ən yaxın vaxtlarda biz AzRu TV-nin yeni dizaynının təqdimatını keçirəcəyik. Bundan sonra bizim TV-yə həm baxmaq, həm də onu oxumaq olacaq. Bizim öz bloqlarını yazan maraqlı müəlliflərimiz olacaq.

Bunlar yaxşı qələmi olan insanlardır. Onlar kamera qarşısında danışmaq istəmirlər, amma onların deməyə sözü var.

- Əgər yerli internet-TV-ni beynəlxalq kanallarla müqayisə etsək, onların tutduğu mövqeni necə ifadə etmək olar?

- Hətta Rusiya ilə müqayisədə biz çox geridəyik. Amma inkişaf var. Yurd TV çox yaxşı irəli gedir, Azərbaycan dilində olan kanallar seqmentində ona bərabərini görmürəm. Bəzi bir neçə kanal da var, amma onlar sırf siyasi müxalifət mövzusundan istifadə edir.

Bu, həmişə sərfəlidir, amma AzRu TV bununla məşğul olmur. Müxtəlif siyasi qüvvələrin diqqətini cəlb etməmək üçün biz ümumiyyətlə siyasətə qarışmırıq. Biz qarşımızda əlçatmaz məqsədlər qoymuruq. Beynəlxalq internet-kanallara analoji maliyyə olanda çatmaq mümkün olacaq ki, bu da bizim şəraitdə utopik səslənir. Biz realistik.

- Sizin fikrinizcə, Azərbaycanda internet-TV-nin inkişafına nə mane olur?

- Vəsaitin olmaması, İnternetin baha olması, kadr çatışmazlığı.

- İnternet-TV-nin  qeydiyyatı ilə bağlı bir neçə versiya mövcuddur: ya KİV, ya da televiziya kimi qeydiyyat. Bu barədə nə deyə bilərsiniz?

- İstədiyin kimi qeydiyyatdan keçirə bilərsən, bu sadəcə söz oyunudur, çünki TV elə KİV deməkdir.

Başqa bir məsələ isə internet-kanalların lisenziyalaşdırılması haqda fikirlərin dolaşmasıdır. Bax bu fikirləri mən qəbul edə bilmirəm və bunu texniki baxımdan necə həyata keçiriləcəyini təsəvvür edə bilmirəm. Beynəlxalq strukturların tənqid obyekti olmaqla ölkənin siyasi cəhətdən isə uduzacağını hələ bir kənara qoyuram.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.