az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Texnologiyalar

Mühafizə sistemləri: etibarlı müdafiə

21.12.2011 | Alan Tuqanov

Bu gün qarət halları, bütün mülkiyyət növləri üçün ən aktual problemlərdən biri kimi, həm kiçik, həm də iri biznesin nümayəndələrini narahat edir. Müasir qarətçilər üçün kilidlər, itlər, mühafizə xidməti heç bir maneə yaratmır. Buna görə də müasir mühafizə sistemləri son dərəcə zəruridir. Onlar qarət hadisəsini qeydə alaraq məlumatı şəbəkəyə ötürməklə bərabər, hələ cinayət baş verməmişdən əvvəl “çağırılmamış qonaqları” aşkar etməyə imkan verir, çünki əksər qarət halları qabaqcadan hazırlanır.

Universal mühafizə sistemləri mövcud deyil, hər bir hadisə üçün onlar fərdi şəkildə, sahənin xüsusiyyətləri nəzərə alınmaqla təyin olunur.  Yadda saxlamaq lazımdır ki, təhlükəsizlik sistemi – mürəkkəb qərardır və burada bütün tərkib hissələri – peşəkar avadanlıq, səriştəli nəzarət və mərkəzləşdirilmiş idarəetmə tələb olunur.

Əraziyə, daxili sahələrə, ətraf məkana və perimetrə məsafədən əyani nəzarət etməyə imkan verən sistemlərin əsas funksiyalarına videoçəkiliş, videosiqnalın emalı və əldə olunmuş məlumatların arxivləşdirilməsi aiddir. Bazarda Çin istehsalı olan, çoxsaylı saxta vasitələr olsa da, ciddi biznesmenlər peşəkar təhlükəsizlik sistemləri quraşdırmağa üstünlük verirlər.  

Texnoloji təmayül

Təhlükəsizliyin təminatı sahəsində ən ilk ixtira, ötən əsrin 90-cı illərindən etibarən geniş yayılmış və indiyədək tətbiq edilən videomüşahidə sistemləridir.

Bununla belə, zamanın tələbindən asılı olaraq, texnologiyalar da yenilənir. KC&SS şirkətinin mütəxəssisi Georgi Rusadze deyir: «Bugünkü günün təmayülləri, Qlobal şəbəkə vasitəsi ilə istənilən vaxt və dünyanın istənilən nöqtəsində kameraları izləməyə imkan verən online-videomüşahidələrdir. İnternetə çıxış inkişaf edərək ucuzlaşdıqca onlar da ölkədə, xüsusilə regionlarda daha geniş yayılmış olacaq».

3G-kameralarının istifadə olunduğu müşahidə sistemləri də geniş yayılmağa başlayıb – bu sistemlər, istənilən telefondan kameraya zəng etməklə obyetkə nəzarətin aktivləşdirilməsinə imkan yaradır. Hələlik, bu xidməti yalnız bir mobil rabitə operatoru – Azerfon-Vodafone şirkəti təmin edir.

Obyektdə quraşdırılmış mühafizə avadanlığı həm naqilli, həm də naqilsiz ola bilər. Naqilsiz avadanlıq sistemi, sahəyə (məsələn, mənzilə və ya şəxsi evə) kabel çəkilmədən quraşdırıla bilər – bu, sahənin tərtibatının artıq başa çatdırıldığı təqdirdə, interyeri pozmadan obyekti təchiz etməyə şərait yaradır.  

Adətən, sahələrin mühafizə olunması üçün ötürücü qurğuların aşağıdakı növlərindən istifadə olunur:

  • hərəkət ötürücüləri – sahənin daxili ərazisini mühafizə edir və özünün əhatə dairəsində baş verən hərəkətlərə reaksiya verir;
  • maqnit əlaqəsi ötürücüləri – qapıların və ya pəncərələrinin açılması barədə xəbərdarlıq etmək üçün tətbiq olunur;
  • akustik ötürücülər – şüşənin sındırılması səsinə reaksiya verir;
  • tüstü ötürücüləri, həmçinin su və ya qaz sızması ötürücüləri.

Açıq məkanların mühafizə olunması üçün aşağıdakı ötürücü qurğulardan istifadə olunur:

  • şüa ötürücüləri – perimetrin mühafizəsi üçün tətbiq olunur və infraqırmızı şüanın (yaxud, çoxşüalı sistemlərdə bir neçə şüanın) kəsildiyi hallarda işə düşür;
  • məhdud istiqamətli hərəkət ötürücüləri – perimetrin mühafizəsi üçün tətbiq olunur, mühafizə olunan perimetrin yaxınlığında tətbiq olunur;
  • geniş istiqamətli hərəkət ötürücüləri – ərazisi böyük olmayan binaya giriş yollarının mühafizəsi üçün tətbiq olunur.  

Kompleks həllər

Bir neçə təhlükəsizlik sisteminin bir sistemdə birləşdirilməsi, onların ayrı-ayrılıqda istifadə olunmasından qat-qat baha başa gəlsə də, hal-hazırda mühafizə vasitələri, əksər hallarda, ayrı-ayrılıqda yox, kompleks şəklində tətbiq olunur.

Bu cür həllər, ilk növbədə, müəssisə rəhbərlərini, eləcə də böyük ərazilərdə yerləşən villaların sahiblərini maraqlandırır. Bu sistemlər texniki parametrlərinə və müvafiq olaraq, dəyərinə görə fərqlənir. Bu, işıq qurğularına, radioötürücülərə, infraqırmızı və lazer texnologiyalarına əsaslanan avadanlıq ola bilər. Onların ən etibarlısı, lazer texnologiyaları əsasında quraşdırılmış sistemlər hesab olunur. Bu cür sistemlərinin quraşdırılmasının dəyəri 1 milyon manata çata bilər.  Bu sistemlər ərazinin maksimal səviyyədə mühafizə olunmasını və sifarişçilərin arxayınlığını təmin edir.

Geniş yayılmış sistemlər arasında, təşkilatın ərazisində insanların və avtomobil nəqliyyatının hərəkətinin izlənməsi funksiyasını təmin edən girişə nəzarət sistemləridir. Obyektin girişə nəzarət məntəqələrindən keçməsi haqqında məlumat, məlumatlar bazasına yazılır və gələcəkdə təhlil oluna bilər. Girişə nəzarət sistemlərində, həmçinin, məlumatların barmaq izlərindən və gözün torlu qişasından oxunması texnologiyası da tətbiq oluna bilər.   

Avtoparkın monitorinqi

Bəzi şirkətlər (məsələn, Yollar.az, Matrix) maraqlı bir seçim təklif edirlər: bu, böyük avtoparkın sahibləri üçün maraqlı ola biləcək avtotrekinqdir. Çoxfunksiyalı intellektual izləmə sistemi olan bu sistem, GPS peyk naviqasiyası sisteminin köməyi ilə real vaxt rejimində avtomobilin yerləşdiyi yeri, onun əsas qovşaqlarının və aqreqatlarının vəziyyətini müşahidə etməyə, baş verən hadisələrə avtomatik şəkildə reaksiya verməyə, GSM modemin köməyi ilə əmr almağa və məlumat göndərməyə imkan yaradır.

Matrix şirkətinin layihə direktoru Denis Kutukovun sözlərinə görə, sistemin fəaliyyəti belə bir prinsipə əsaslanır: avtomobildə yerləşən və avtomatik rejimdə işləyən bort bloku  avtomobilin koordinatlarını, eləcə də avtomobilin sistem və aqreqatlarının vəziyyətini müəyyən edir. Bu məlumatlar dövri surətdə, yaxud tələb əsasında GSM kanalı vasitəsi ilə izləmə mərkəzinə ötürülərək məlumatlar bazasında qeyd olunur. Müşahidəçinin sorğusu əsasında, marşrut haqqımda toplanmış bütün məlumatlar və ya onların bir hissəsi GPS naviqatorun xəritəsində əks oluna, yaxud mətn hesabatı şəklində ötürülə bilər. Bundan əlavə, müşahidəçi, marşrutun obyektlərində izlənilən avtomobillərin məcburi və ya qadağan olunmuş hərəkətlərinə nəzarət edə bilər.    

Sistem həm orta, həm də iri biznesdə tətbiq oluna bilər. Ondan istifadə olunması təşkilatın avtoparkından istifadə effektivliyini yüksəltməyə və istismar xərclərini optimallaşdırmağa imkan yaradacaq, daşınmalara nəzarəti genişləndirəcək və təhlükəsizliyini təmin edəcək.

Müasir mühafizə və təhlükəsizlik sistemləri, ofislərin və ya müəssisələrin daim müşahidə və mühafizə altında olmasına dair onların sahiblərində əminlik yaradır. Bu cür sistemlərə tələbat hər zaman olacaq, onların hansının bu və ya digər halda daha yararlı olduğunu dəqiqləşdirməkdə isə bu sahə üzrə ixtisaslaşan peşəkarlar kömək edəcək.
 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (323)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (321)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (236)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (267)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (349)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (216)
+ Kurslar və Təlimlər (183)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (169)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (232)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (584)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.