az / ru
 
     
 
Ana səhifə > Praktikum > Texnologiyalar

“Bakcell” Azərbaycanda mobil internet bazarında liderdir

24.11.2015

"Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer ilə müsahibə

- “Bakcell”in yeni tarixi “Dəyişək, inkişaf edək!” devizindən sonra başladı. Günümüzə qədər davam edən bu inkişaf tendensiyasını hansı mərhələlər üzrə qruplaşdırmaq olar?

- Yarandığı gündən, yeri gəlmişkən, bilirsiniz ki, “Bakcell” Azərbaycanın ilk mobil operatorudur, böyük bir şirkət kimi fəaliyyətə başlamışıq. İlk illərdə Bakı hüdudlarında çalışan Bakcell, 2009-2010-cu illərdən bütün ölkə ərazisində fəaliyyət göstərmək üçün öz inkişaf strategiyasını qurdu. Elə həmin vaxtdan şəbəkələrini genişləndirməyə başladı. 2009-2011-ci illər oturuşmuş “Bakcell”dən genişlənən,böyüyən “Bakcell”ə keçid başladı. 2012-2015-ci illəri isə yeni xidmətlərin yaradılması və təqdimatıdövrü kimi qiymətləndirmək olar. Hazırda mobil rabitə bazarında ən böyük bazar payına malik olmaqla, öz brendimizin nüfuzunu yüksəltməkdə davam edirik. Həmçinin, vurğulamaq istərdim ki, 2012-2014-cü illərdə səs xidmətləriilə data xidmətləri arasında balans yaradaraq,şəbəkəmizi müasirləşdirdik. 2014-2015-ci illərdə xüsusi olaraq, müştəri xidmətlərinin inkişafına, keyfiyyətinin yüksəlməsinə səy göstərdik və bu istiqaməti qarşıdakı illərdə də vacib amil kimi görürük. Bazar inkişaf edir, müştəri tələbləri, gözləntiləri artır, eləcə də müxtəlifləşir. Azərbaycan müştərisində sanki miras bir psixologiya var, daima inkişaf axtarır, yeniliklər istəyir. Biz də müştərilərimizin bu istəyinə fokuslanaraq öz fəaliyyətimizi qururuq.

- Bugün “Bakcell” mobil rabitə bazarında hansı paya malikdir və uğurlarınızdan danışsanız nələri önə çəkərdiniz?

- Bir sıra göstəricilər var ki, şirkətin mobil rabitə bazarında malik olduğu payı və ümumi uğurlarını əks etdirir. Bazarda mövcud abunəçi sayının 35-36 faizi məhz “Bakcell” şirkətinin xidmətlərindən istifadə edir. Mobil rabitə sektorundakı gəlirlər üzrə təxminən 35 faiz paya malikolan Bakcell, 3G xidmətini ilk istifadəyə verən mobil operator kimi,data xidmətləri, xüsusilə, mobil internet sahəsində də bazarda ən böyük –təxminən 45 faiz paya sahibdir. 3,5 milyon abunəçimiz var və onların 60 faizdən çoxu mobil internet istifadəçiləridir. “Bakcell” mobil internet sahəsində bazarın lideridir və mobil rabitə vasitələrinin yüksək inkişaf dinamikası ilə paralel addımlamağa çalışır, abbunəçilərinin gözlədiyi innovasiyalara və texnoloji imkanların təkmilləşməsinə uyğun servis strategiyası həyata keçirir. İstifadəetdikləri smartfonları data xidmətlərinəqoşulmuş abunəçilərin nisbətinə görə “Bakcell” üç mobil operator arasında birinci yerdə qərarlaşıb və təsadüfi deyil ki, mobil operatorlar arasında mobil-data xidmətlərindən ən çox gəlir əldə edən də məhz “Bakcell” şirkətidir. Abunəçilərimizin böyük hissəsifiziki şəxslərdir, korporativ müştərilər isə təxminən 6-7 faiziəhatə edir, lakin fiziki şəxs kimi nömrə alanabunəçilərimiz arasında nömrəsini biznes məqsədləri üçün istifadə edənlər dəaz deyil.

- Bu ilin 9 ayı üzrə investisiya yatırımlarının həcmi barədə nə deyə bilərsiniz?

- “Bakcell”MMC “Azerconnect” MMC və “Bakcell” olmaqla iki əsas strukturdan ibarətdir. Birlikdə götürsək,bu iki şirkətdə çalışan işçilərin ümumi sayı minə yaxındır. “AzerconnectMMC” bizə şəbəkəni təqdim edir və əsas investisiya yatırımları da elə onun vasitəsilə həyata keçirilir. 2015-ci ilin iyun ayındaavtomatlaşdırılmış hesablama (Billinq) sisteminin yenilənməsi üzrə şirkətin investisiya yatırımları bir neçə milyon AZN təşkil edib. İnvestisiyalar şəbəkə sisteminin təkmilləşdirilməsinə, brendin Azərbaycanda təbliğinə,həmçinin “Mançester Yunayted” Futbol Klubu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə, o cümlədən digər sosial yönümlü layihələrimizin dəstəklənməsinə yönəlib.

- Şəbəkənin genişlənməsi və daha da təkmilləşdirilməsi istiqamətində hansı addımları atırsınız?

- Mobil rabitə sektorunda ən böyük şəbəkə “Bakcell”ə məxsusdur. Hesab edirəm ki, əsas say deyil, keyfiyyət amilidir. Keyfiyyət isə daimi inkişaf tələb edir. Nazirlik tərəfindən təşkil olunanmüstəqil yoxlamanın nəticələrinə görə, Azərbaycanın mobil rabitə sektorunda “Bakcell” ən sürətli və ən etibarlı şəbəkəyə malikdir. Bu yaxınlarda mobil rabitə biznesiningələcəkinkişafı üçün geniş üfüqlər açan daha üstün 4G şəbəkəsini istifadəyə verdik. Zənnimcə, bununbizim daha müasir və keyfiyyətli rabitə xidməti təklifetməyimizdə müstəsna rolu olacaq.

- “Bakcell” öz abunəçilərinə və şəhərimizin qonaqlarına 4G rouminq xidmətlərini təklif edən ilk və yeganə mobil operatordur. Bu xidmət nə qədər populyardır, onun əhatə coğrafiyası nə qədər genişdir?

- 4G rouminq xidmətindəndepozit qoymadan istənilən abunəçi rahat şəkildə istifadə edə bilər. 20-dən çox ölkə məhz 4G şəbəkəsi üzrə “Bakcell”in tərəfdaşıdır. Gələn ilin birinci rübünə 4G rominq xidmətiAbşeron yarımadasını bütövlüklə əhatə edəcək və gələcəkdə daha böyük coğrafiyada fəaliyyət göstərəcək. 

- Məlumdur ki, “Bakcell” sosial yönümlü layihələri ilə müsbət mənada həmişə gündəmdədir. Bunlardan biri olan “Futbol Bakcell ilə” layihəsinin hədəfləri nədir?

- Futbol bizim brendimizin çox əhəmiyyətli bir hissəsini təşkil edir. “Mançester Yunayted” FK və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə tərəfdaşlıq müqaviləmiz mövcuddur və eləcədə biz futbol üzrə milli yığma komandaların dəstəklənməsi istiqamətində layihələr həyata keçiririk. Bu layihələrAzərbaycandagənc futbolçuların yetişdirilməsini təşviq etməkməramı daşıyır. Artıq üç ildir ki, “Mançester Yunayted” FK və AFFA ilə birlikdə yay futbol məktəbləri təşkil olunur və bu məktəblər gənclərimiz arasında olduqca çox populyardır. Demək olar ki, hər il 1500 uşaq ilkin mərhələdə müraciət edir və onlardan 32 nəfəri seçilir. Həmçinin “Bakcell”in təşəbbüsü və AFFA-nın iştirakı ilə dünyada sayca ikinci olan,Azərbaycanda yaradılan “Futbol məktəbi”böyük perspektivlər vəd edir. Hazırda Bakıdakı daimi məktəbdə 36 uşaq Mançester Yunayted Futbol Məktəbinin Azərbaycana ezam olunmuş məşqçisi Mick Bennettin köməyilə futbolun sirlərinə yiyələnirlər.

- Ötən ilin əvvəlində mobil nömrə daşınması xidməti (MND) tətbiq olunmağa başladı. Bu şirkətin abunəçibazasına hansı təsirləri göstərdi?

- Keçən ilin fevral ayına qədər nömrəni dəyişmək üçün operatoru dəyişməyə ehtiyac var idi. Bir çox abunəçi vardı ki, operatorun xidmətindən narazı olsa da, nömrəni dəyişmək, itirmək istəmirdi, beləliklə, dilemma arasında qalırdı. Bu amil həm də sağlam rəqabətin qarşısında bir maneə yaradırdı. Sirr deyilsə, hansı nömrədən istifadə edirsiniz?

- Bakcell abunəçisiyəm, 10-15 ildən çoxdur.

- Biz şadıq ki, Siz bizim şəbəkədən istifadə edirsiniz. İstəmisinizmi dəyişmək?

- Düzü, lüzum görməmişəm.

- Deməli, bizdən razısınız ki, “Bakcell” şəbəkəsində qalmısınız. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqladığı statistikaya görə, MND xidmətinin tətbiqindən etibarən ötən dövr ərzində daşınan nömrələrin sayı 23,5 mini ötüb, həmçinin ümumi nömrələrin 57,5 faizi “Bakcell” şəbəkəsinə daşınıb. Beləliklə, “Bakcell”şəbəkəsinə keçənlərin sayı “Bakcell”dən gedənlərin sayından dəfələrlə çoxdur. Bu da aydındır ki, şəbəkəmizin keyfiyyətindən və tariflərimizin səmərəli olmasından irəli gəlir.

- Müqayisəli yanaşsaq, mobil operatorlar üzrə tariflərdə “Bakcell” “qızıl orta”nı tutub. Bu siyasətinizi dəyişmək, tarifləri salmaq fikriniz varmı? 

- Deyə bilərəm ki, biz aldığımız tarif fonunda müştərimizə dəyər veririk. Keyfiyyətli servis, yüksək sürətli şəbəkə, innovasiyalar, yeniliklərlə dolu bir xidmət təklif edirik.

- Şirkətin strategiyasında “Bakcell”in bazarın liderləri sırasında qalmasını diktə edən rəqabət üstünlükləri hansılardır? 

- Hesab edirəm ki, bu, iki əsas sütundan - həm texnologiya, həm də proqram təminatı üzərində qurulan strategiyadan asılıdır. Maddi və qeyri-maddi yeni şəbəkələr, texnologiya, hiper sürətli şəbəkələrin istifadəyə verilməsi planlarımızın tərkib hissəsidir. İlin sonuna yaxın şəbəkəmizdə keçirəcəyimiz təkmilləşdirmə işi nəticəsində abunəçilərimizə 225 Mbit/s-dən artıq sürəti dəstəkləyəcək 4G şəbəkəsini təklif edəcəyik. Bu isə o deməkdir ki, “Bakcell” ən yüksək sürətli internet xidməti təqdim edən operatora çevrilir və bizim əsas rəqiblərimizinmövcud şəbəkələri həm texniki imkanlar, həm güc baxımından bizim hazırki sürət və keyfiyyəti təmin etmək iqtidarında deyil. Fikrimcə, bu bizim rəqabətdə əsas üstünlüyümüzdür. Müştəri xidmətlərinin çeşidi və müasirliyi çox yüksəkdir. Fərqləndirici xüsusiyyətimizəyenilikçi və innovativ olmağımızı da əlavə etmək istərdim. Həmçinin qarşımıza qoyduğumuz əsas prioritet istiqamətlərdən biri smartfonlarla bağlıdır, çünki bu məhsullar inkişaf etdikcə bizim abunəçilərin tələbinə uyğun xidmət və məhsul çeşidlərimiz də çoxalır. Beləliklə, bazara daha çox kontent, daha çox yeni xidmətlər daxil olur.

- Düşünürəm ki, jurnalımızın biznes elitası üçün maraqlı olar. Bakcell şirkətinin 40 milyon manatlıq istiqraz kağızları buraxacağı bildirilir. Bu addım yeni investisiya cəlb etmək məqsədilə atılırsa, qarşıda duran əsas hədəflər nədir?

- Hələ 2011-ci ilin dekabr ayında biz 40 milyon manatlıq istiqraz kağızları buraxmışdıq.Üç il sonra, 2014-cü ildə istiqraz kağızları yenidən buraxılmışdı. Beləliklə, bu, yeni bir istiqraz buraxılışı deyil və biznes fəaliyyətimizi maliyyələşdirmək məqsədi daşıyan bir vasitədir.İstiqrazlardan əldə olunan vəsait şəbəkənin inkişaf etdirilməsinə, billinq sisteminin yenilənməsinə, dövriyyə kapitalına və ümumiyyətlə, şirkətin fəaliyyətini dəstəkləmək üçün ehtiyac duyulan strateji istiqamətlərəxərclənmişdir.

- “Bakcell”in yaxın gələcək üçün planlarını bizimlə bölüşməyinizi xahiş edirik.

- Əsas hədəflərimiz davamlı inkişaf və bazarda öz müştərilərimizi xidmətlərimizlə məmnun etməkdir. “Bakcell” Azərbaycanda mobil internet sahəsinin inkişafında israrlıdır və fəaliyyətini bu istiqamətdə daha da artıracaq. Bu sahədə lider mövqeyimizi qoruyub saxlamaq əsas hədəfimizdir.

 
Açar sözlər: Bakcell Riçard Şirer
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.