az / ru
 
     
 
Ana səhifə > Praktikum > Marketinq

Azərbaycan reklamçıları “Best of Central Asia” festivalında fərqləniblər

30.01.2014

Bölgənin reklamçıları arasında yaxşı tanınan “AdAsia” portalı “Best of Central Asia-2013” illik müsabiqəsinə yekun vurub. Bir neçə nominasiyada gümüş və qızıl əldə edənlər arasında beş Azərbaycan şirkəti var.

Ötən ilin yekunlarına əsasən, “AdAsia” Azərbaycan, Qazaxstan və Mərkəzi Asiya reklamçılarının ən yaxşı işlərini seçərək, final mərhələdə nüfuzlu münsiflər heyətinin müzakirəsinə təqdim edib.

 

Münsiflər heyətinin tərkibində Daniil Qolovanov (Red Pepper), Andrey Tarakanov (Tomat Design), Yakob Mraz (TBWA/Central Asia&Caucasus), Artyom Spirin (Mccann Almaty), Kirill Altman (BrandBox) və başqa ekspertlər daxil olub. Onların etirafına görə, müsabiqədə qalib gələn ideyalar yalnız keçmiş sovet məkanında deyil, hətta beynəlxalq reklam festivallarında belə kölgədə qalmayan işlərdir. Bu reklam layihələrinin siyahısına Azərbaycan şirkətləri tərəfindən görülən işlər də düşüb.

“Çap və küçə reklamı” nominasiyasında bürüncü “Amnesty International” üçün yaratdığı vijuala görə Bakıdakı “Magnum” agentliyi qazanıb. “Dizayn” nominasiyasında başqa bir Azərbaycan agentliyi – Peachline Advertising`i bürünc yerə çıxaran Bank Technique’in rebrendinqidir. Onların McCann Baku’dakı həmkarları isə Bakcell’in gold və platinum xidmət paketləri üçün hazırladıqları dizayna görə bürüncə layiq görüldülər.

“Best of Central Asia-2013” müsabiqəsinin ən yaxşı reklam çarxları arasında Peachline Advertising’in iki işi - Naxçıvan avtomobil zavodunun reklamı və Ata Holding’in yubileyi münasibəti ilə Almaniyanın Die Mobiles kölgələr teatrının iştirakı ilə çəkilən çarxları bürünc qazanıb.

 

Həmin nominasiya üzrə “bürünc diqqətə” Azərbaycandan olan Kokon Agency’nin Hipster jurnalı üçün çəkdiyi çarx layiq görülüb. Hipster’lə əməkdaşlıq sayəsində Kokon Agency’nin reklamçıları “Dizayn” nominasiyasında da gümüş əldə ediblər. Həmin nominasiyada analoji uğuru “BEST OF CENTRAL ASİA-2013”-də yaddaqalan, Azərbaycan Milli Depozit Mərkəzi üçün hazırladığı bənzərsiz illik hesabat konsepti ilə Yello Advertising Lab komandası qazandı.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.