az / ru
 
     
 
Ana səhifə > Praktikum > Marketinq

Bizim brendlər Facebook-da! və ya marketinq müharibəsi davam edir

09.01.2014 | Aqil Paşayev

Yeni il bayramından sonra formalaşan gözəl bir ənənə var – ilin yekunlarını hazırlamaq, statistikanı analiz etmək, göstəricilərin müqayisəsini aparmaq, reytinqləri hesablamaq. Bazarın analizini və makroiqtisadi göstəricilərin analizini müvəqqəti olaraq sonraya saxlayıb sizin diqqətinizi Azərbaycan şirkətlərinin Facebook-dakı səhifələrinin izlənmə reytinqinə cəlb etmək istərdik.

Dünyanın ən böyük sosial şəbəkəsinin auditoriyası çoxdan milyardı ötüb, Socialbakers araşdırma şirkətinin qiymətləndirməsinə əsasən, Azərbaycandan olan istifadəçilərin sayı yaxın vaxtlarda 1,4 milyona çatacaq. İstifadəçilərin sayına görə biz səkkizinci onluqda belə ilk yerləri tutmasaq da Qazaxıstan kimi ölkələrdən öndəyik. Ancaq sosial şəbəkəyə təsir imkanları (yetkin yaşlı əhalinin sayı) indeksinə görə biz autsayderlər liqasındayıq. Facebook-da super-hökmüranlar haqlı olaraq Birləşmiş Ştatlar, Braziliya, Hindistan, İndoneziya, Meksika, Böyük Britaniya və Türkiyədir. Mark Zuckerbergin şəbəkəsində bu ölkələrdən olan istifadəçilərin cəmi 500 milyon göstərilib. Bu böyük yeddilikdə Türkiyənin yeddinci olmasının səbəbi isə odur ki, sosial şəbəkələrdə istifadəçilər daha çox yerli brendlərə əhəmiyyət verirlər. Socialbakers-in analitiklərinin gəldikləri nəticəyə görə, bu ölkə Facebook-da auditoriyasının yüksəlməsi baxımdam ən yüksək potensiala malikdir. Bu brendlərin özünün, xüsusən də mobil operatorlarların, avtodillerlərin, havadaşımalarının və  retyl-şəbəkələrin inkişafı sayəsində mümkün olub. Təsadüfi deyil ki, Turkcell, Volkswagen Turkiye, Avea, Nokia Turkiye kimi şirkətlər və dəb saytları arasında məşhur olan Bukombin saytı Facebook-dakı türk brendləri sırasında ilk beşliyi təşkil edir. 

Şəbəkədəki Azərbaycan brend-liderlərlərin ilk beşliyinə isə bir ildə 342 min istifadəçinin qəlbini ələ alan Azercell şirkəti başçılıq edir. 2013-cü ilin əvvəlindən bəri ölkənin ən iri simsiz rabitə operatoru  Facebook-da fanatlarının sayını 76% artıra bilib. Romantic brendini Facebook-da izləyənlərin sayı 332 mindir, il ərzində inkişaf tempində geriləmə nümayiş etdirən liderlərdən biri – Bakcell 293,5 min fanat göstəricisi ilə ikinci yerdən üçüncü yerə düşüb. “TOP-5”liyin sıralarında İDEAL farfümeriya mağazaları şəbəkəsi və İRSHAD Telekom diller şəbəkəsi də daxildir.

Facebook-dakı korporativ fəalların hər biri sosial şəbəkədən özünəməxsus şəkildə istifadə edir. Onlardan 200-ü müntəzəm olaraq Socialbakers tədqiqatçıları tərəfindən monitorinq olunur, bu isə həm auditoriyanın keyfiyyəti, həm də dinamikası haqqında fikir yürütməyə imkan verir. Şəbəkədə ən çox inkişaf edən brend– Fastest Growing Pages səhifəsi öz reytinqinə görə daha yaxşı göstəriciyə malikdir.

Bu reytinqə əsasən azərbaycan brendləri arasında gedənn marketinq müharibəsini dolayısı olsa da mühakimə etmək olar. Məsələn, dekabrda brendlərin inkişafına diqqət yetirsək, İT sahəsindəki şirkətlərin inkişaf tendensiyasından tam əminliklə danışmaq olar. Hesab.az portalının liderliyi sual da doğurmur, çünki vətəndaşların onlayn-ödəmə və məsafədən xidmətlərə üstünlük vermələri zamanın tələbidir. Bunun ardınca BakuElectronics MMC və Manads yerini tutur. Hər iki şirkət Facebook-da öz məhsul və xidmətlərini tanıtmaq üçün reklama xüsusi diqqət yetirir və istifadəçilərinə hədiyyə kampaniyalarında, aksiyalarda iştirak etməyi təklif edir. Unibank və Nar Mobile-ın marketoloqlarını xüsusilə qeyd etmək istərdim. Bu brendlərin səhifələri top-10-luqda 6-cı və 10-cu yerləri tutmaqla, gərgin müzakirələrə səbəb olan maraqlı postlarla həmişə diqqəti cəlb etməyə çalışırlar. Onları gün ərzində yüzlərlə insanın verdiyi cavab reaksiyası, o cümlədən şikayətləri belə digərlərindən uğurlu şəkildə fərqləndirir. Nəticədə ölkədəki ən iri özəl banklardan birinin tərəfdarları il ərzində 2.3 dəfədən çox artıb, ən gənc simsiz rabitə operatorunu Facebook-da ötənilkindən 3,6 dəfə daha çox istifadəçi dəstəkləyir.  

Sosial şəbəkədə azərbaycan brendlərinin reytinq rəqabəti haqqında mühakimə yürüdərkən əsas bir nüansı yadda saxlamaq vacibdir – sanballı reklam büdcəsinə sahib olmadan liderliyi qoruyub saxlamaq, xüsusən də auditoriyanın yüksək inkişaf tempini saxlamaq az hallarda mümkün olur. Reytinq dövriliyi müvafiq olaraq Facebook-da reklam kampaniyalarının maliyyələşdirilməsi imkanları ilə sıx bağlıdır. Buna baxmayaraq, güman etmək istərdik ki, qarşıdakı 2014-cü ildə sosial şəbəkələrdə bizi xidmətlərinin sosiallaşması üçün maliyyə asılılığı tələb etməyən yeni ticarət nişanları  təəccübləndirəcək.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.