az / ru
 
     
 
Ana səhifə > Praktikum > Marketinq

Azərbaycanda işgüzarlar nə oxuyurlar?... 2013-cü ilin nəticələri “TOP-10”da

08.01.2014 | Mik Blum

Bu gün biz oxucularımıza Azərbaycanda alıcı rəğbəti qazanaraq işgüzar insanlar arasında daha çox maraqla qarşılanan kitabların reytinqini təqdim edəcəyik. Reytinq paytaxtdakı biznes-ədəbiyyatı satışı üzrə şəbəkələrdə apardığımız sorğunun nəticəsində hazırlanıb. “TOP-10”luğa sadəcə olaraq qeyri-adi başlıqları və tənqidçilərin yüksək rəyini qazanmış kitabları deyil, başlıca olaraq alıcıların qiymətləndirdiyi ədəbi nəşrləri salmışıq. Başqa sözlə, bizim üçün ən yüksək  meyar tiraj deyil, hər bir manatın satış tərəfindən dəstəklənməsi olub.

1.Napoleon Hill, “Düşün və varlan”. Amerikalı jurnalist və psixoloqun qələmindən çıxan bu kitab ilk dəfə 1937-ci ildə dərc olunsa da, öz aktuallığını bu gün də itirmir. Onun fəlsəfəsi insanlara hər bir sahədə uğur qazanmağa yardımçı olmaqdır. Peşəkar boks üzrə mərhum eks-çempion Ken Nortonun etirafına görə, 1973-cü ildə əfsanəvi Məhəmməd Əli üzərində qələbə çalmaqda bu kitab ona mənəvi dayaq olub. 2013-cü ildə N.Hillanın əsəri Azərbaycanda biznes haqqında oxunan ən populyar kitabdır, bunu nəşrin dövlət dilinə tərcümə edilməsi də təsdiqləyir.

2. Robin S.Şarma, “Titulsuz lider”. Ola bilər ki, çox məşhur olmasa da, Kanada dahisinin bu yaratdığı diqqətə layiqdir. Müəyyən mənada  “Titulsuz lider” “Monax”ın davamı sayıla bilər. Kitabın başlıca ideyası hər bir şəxsin öz “Mən”ində liderlik xüsusiyyətlərini axtarıb tapmasına yönəlib. Kitab işgüzar insanlara özünüinkişaf  cığırıyla irəli getməyə kömək edərək, ətrafındakıları və tərəfdaşlarını bu yola necə istiqamətləndirməyi anladır.       

3. Uolter Ayzekson, “Stiv Jobs”. Ölüm, o necə gəldi, bu özü də “yaxşı PR”dı. Çətin ki, “Apple” şirkətinin yaradıcısı haqqında tərcümeyi-hal bu qədər yüksək populyarlıq qazanardı, əgər onun baş qəhrəmanının sonluğu belə ani olmasaydı. Əlbəttə, indi bu heç zaman öz ayaqları üzərində durmağa möhkəm zəmin tapmayacaq fikir kimi də səslənə bilər. Buna baxmayaraq, “Stiv Jobs” 2012-ci ildə əldə etdiyi reytinqi saxlayaraq biznes kitabları arasında 2013-cü ilin ən çox tələb olunan kitablarından biridir. 

4. Stiv Blank, Bob Dorf, “Startap. Təsisçinin stolüstü kitabı”. Adından məlum olduğu kimi, bu kitab başlanğıcdan öyrətməklə hər addımda “istifadə üçün təlimat”dır.  Müəllif tərəfindən irəli sürülən metodika istənilən şirkətə uğur qazanmağa kömək etmək qüdrətinə malikdir. Kitabda öz növbəsində biznesdə meydana çıxan çətinliklərin ətraflı qeyd olunması sahibkara itkiləri minimallaşdırmaq şansı verir.

5. Filipp Kotler, “Marketinqin əsasları”. Öz vərdişlərini dəyişməyən Kotler, həmişəki qaydada marketinqi oxucuya sanki dirçəliş əsrinin bir əsəri kimi təqdim edir. Onun adəti üzrə maraqlı manerası oxucuya eyni vaxtda həm nəzəriyyə, həm də praktika kursu keçmək şansı yaradır. F.Kotlerin işi tələbələr və müəllimlər, həmçinin kiçik-menecmentin təmsilçiləri olan oxucular üçün çox maraqlıdır.

6. Robin S.Şarma, “Öz Ferrasini satan Monax”. Kanadalı yazıçı və motivasiya sənətkarının yaradıcılıq mirvarisi. Onun nəqletmə üsulu işgüzar mühitdən uzaq oxucunun belə diqqətini çəkir, Culian Mentl adlı hüquqşünasın uğurlu həyat hekayəsi  ibrətamiz şəkildə təqdim edilir. Culianın dünyaya gəlişi də maraqlıdır, bundan sonra baş qəhrəman ruhi-krizis yaşamalı olur. Ancaq dönüş dövrünü dəf edən qəhrəman yenidən yaşamaq üçün özündə güc tapa bilir.

7. Filipp Kotler “Marketinq A-dan Z-dək”. Milyonlarla mütəxəssislər masaüstü kitablarının siyahısını açıqlayarkən, ilk növbədə Kotlerin bu əməyinin bəhrəsini xatırladırlar. Bu tam başa düşüləndir, çünki öz səhifələrində oxucunu müasir marketinqdə uğur üçün xüsusi əhəmiyyəti olan 80 əsas anlayışlarla tanış edir. Kotlerin bu əsərinin eyni qəbildən olan kitablarından başlıca fərqli cəhəti odur ki, marketinqə baxışının fəlsəfəsində ağır mühafizəkar bir proses deyil, müasir, gözəl yaradıclıq nümunəsinin dayanmasıdır.

8. Robert Kiyosaki “Varlı ata, kasıb ata”. Yapon əsilli, amerikalı biznesmen öz həyat təcrübəsinə əsaslanaraq, kitabında pul məsələsində tərbiyənin 2 prinsipindən bəhs edir. Bununla yanaşı, Kiyosaki “Ata” tez bir zamanda tənqidə məruz qaldı, çünki insanları fəaliyyətə çağırsa da, o, praktik yolu göstərmir. Məsələn, “varlı ol, kasıb olmaq pisdir”, əsas meyarı “necə varlanmaq olar” sualına cavab vermədiyi üçün sadəcə qara bir dəlik açmağa bənzəyir. Kitabın mənfi cəhəti, düşünürük ki, təhsil faktorunun əhəmiyyətsizləşdirilməsidir.    

9. Stiven R.Kovi, “Yüksək səmərəliyə malik insanlar üçün yeddi bacarıq”. Dünyada ən yaxşı satılan “25 ən nüfuzlu biznes-nəşr ” siyahısına daxildir. Qeyd etmək kifayətdir ki, Kovinin bu əsəri 20 milyondan yuxarı tirajla bütün dünyada satılıb və 40-dan çox dilə tərcümə olunub. Kitab oxucuya aşılamağa çalışır ki, o, kiminsə şahmat oyununda  piyada deyil. İnsan özü, başqa heç kim onun “Həyat” adlı kosmik gəmisinin qurucusu ola bilməz.

10. Brayan Treysi “Məqsədlərə çatmaq”. Treysinin bu çox, həddən artıq ruhlandırıcı kitabı öz qarşısında məqsəd qoyub ki, bir gəncin arzusu və möhtəşəm planlarının reallığa çevrildiyini oxucuya çatdırsın. Təşəbbüskar insanlara fəaliyyət strategiyası təklif edən müəllif uğurların sirrlərini də bölüşür.

Öz adımızdan kiçik, ancaq vacib bir təklifi əlavə edirik:ciddi işgüzar ədəbiyyatı oxumağa vaxt tapa bilmirsinizsə, darıxdırıcı iş günlərinə qərq olmağa tələsməyin. Həmişə bizim məsləhətlərimizə arxalana bilərsiz, bunun üçün Biznesinfo.az saytını daha müntəzəm izləyin.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.