az / ru
 
     
 
Ana səhifə > Praktikum > Marketinq

Azərbaycanda internet-reklam barədə 5 mif

28.08.2013 | Vladimir Luzhnev

Dünya internet reklamı bazarı tədricən böhrandan əvvəlki inkişaf templərini bərpa edir. Bu barədə ZenithOptimedia reklam agentlikləri şəbəkəsinin apardığı tədqiqatın nəticələrində əksini tapıb.

Ekspertlərin rəyinə görə, yaxın illər ərzində ən sürətlə inkişaf edən seqment məhz internet-reklam seqmenti olacaq. 2013-cü ildə onun həcmi $101,4 mlrd-a çatacaq.

Azərbaycanda internet reklamı ilə bağlı vəziyyəti orta sürətli artım kimi dəyərləndirmək olar. Təəssüf ki, hazırda reklam sahəsindəki vəziyyət barədə dəqiq statistik məlumatlar yoxdur və ona görə də müxtəlif ekspertlərin qiymətləndirmələrinə istinad etmək lazım gəlir. Onların fikrincə, yerli elektron reklam bazarının həcmi hazırda $6-9 mln. təşkil edir.

Bazar haqqında açıq mənbələrdə dəqiq məlumatların olmaması bir sıra miflər və yanlış fikirlər yaradır. Onlardan ən çox yayılmış beşini aşağıda nəzərdən keçirək.

1-ci mif: İnternet reklamı şirkətlərə həddən artıq baha başa gəlir

Bir çox Azərbaycan şirkətləri əmindirlər ki, internet reklamı heç də ucuz başa gələn şey deyil. Lakin bu sahənin peşəkarları əks mövqedən çıxış edirlər.

Universal Reklam agentliyinin direktoru Elxan Mahmudovun sözlərinə görə, internetdə reklam reklamın ən populyar beş növündən biridir: TV, radio, mətbuat, bayır və internet reklamı.

«Hazırda əhatə etdiyi auditoriyanın sayına və miqyasına görə, internetdə reklam yalnız TV və radiodan geri qalır. Azərbaycan üzrə orta CPM (min baxış üçün reklamın qiyməti) $1-2 təşkil edir. Hal bu ki, bayır və nəşr olunan reklam növləri dəfələrlə bahadır», - deyə Elxan Mahmudov bildirir.

Havas Media Azerbaijan şirkətinin media direktoru Fidan Həsənova də eynilə bu cür düşünür. «Təcrübə göstərir ki, orta hesabla internet reklamında CPM televiziyadan başqa, digər bütün reklam növlərində olduğundan ucuzdur», - deyə Fidan Həsənova bildirir.

Beləliklə, demək olar ki, internetdə reklam şirkətin özü və məhsullarını təqdim etməsi üçün ən ucuz və əlçatan üsullardan biridir.

2-ci mif: İnternetdə reklam effektiv deyil

İnternetdə reklamın səmərəliliyinə dair daha bir yanlış fikir var: İnternet istifadəçilərinin çoxu məktəblilər və tələbələrdir ki, onların da reklam olunan mal və xidmətləri almaq üçün pulları yoxdur.

«Bizim tərəfimizdən dəfələrlə uğurlu internet-kampaniyalar keçirilib ki, onlarda da iştirak üçün meyarlar yaş məhdudiyyəti (18+) və məhsulun qablaşdırmasının ştrix-kodunun olması olub. Müxtəlif məhsullar fərqli hədəf qrupu üçün nəzərdə tutulub və reklam kampaniyası üçün internet meydanını düzgün seçmək vacibdir», – deyə Fidan Həsənova bildirir.

«İnternetdə reklam – keçirilən reklam kampaniyasına dair dəqiq statistik məlumatları əldə etməyin mümkün olduğu yeganə reklam növüdür. Şəbəkənin əsas auditoriyası orta və daha yuxarı gəlir səviyyəsinə malik, 20-45 yaşlı insanlardır. Onlar əsasən top-menecerlər, biznesmenlər və ofis işçiləridir ki, onların da hər zaman əllərinin altında kompüter var», - deyə Elxan Mahmudov izah edir.

3-cü mif: Banner reklamı hamını qıcıqlandırır

Ekspertləri əksəriyyəti bu fikirdədirlər ki, reklam öz-özlüyündə, növündən asılı olmayaraq insanı qıcıqlandıran bir şeydir və onun şəklindən asılı olmayaraq, bunu işdə nəzərə aldmaq lazımdır. Eyni zamanda reklam üzərində kliklərin sayının azalması müşahidə olunmur, bu isə o deməkdir ki, istifadəçilər hələ də bannerlər üzərindən reklama tamaşa edirlər.

«Bannerlərin kreativliyi böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, heç də bütün reklamçılar bu faktı etiraf etməyə hazır deyillər və buna görə də, internetdə reklamı qara siyahıya salırlar », – deyə Fidan Həsənova bildirir.

Elxan Mahmudovun sözlərinə görə, bannerlərə kliklərinin çox olması əsasən bannerin özündən asılıdır. Bəzən reklam verən bannerə özü haqda bütün məlumatları daxil edir və istifadəçinin üçün həmin bannerə əlavə klik etməyə marağı olmur. Çünki, özü üçün lazım olan bütün məlumatları o artıq almış olur.

4-cü mif: Əgər sayt varsa, reklama ehtiyac yoxdur

Bir çox şirkətlər əmindirlər ki, internetdə saytın yaradılması kifayətdir və artıq səhəri gün alıcılar alış-veriş etmək üçün qapıda sıraya dayanacaqlar. Əslində isə şirkətin saytının yaradılması – öz mal və xidmətlərinin bazarda yeridilməsində ilk və ən sadə addımdır. Daha çox sayda potensial müştəriyə bu mallar barədə məlumat çatdırılmasını təmin etmək isə daha çətindir.

«Saytın yaradılması hələ şirkətin populyar olması və onun barəsində hər kəsin eşitməsinə zəmanət vermir. Saytın inkişaf etdirilməsi ilə də məşğul olmaq lazımdır. Belə ki, saytın məzmunu üzərində iş aparmaq lazımdır ki, axtarış robotları həmin saytın səhifələrini indeksləşdirsinlər», – deyə Elxan Mahmudov vurğulayır.

5-ci mif: İnternetdə real alış-veriş edənlər azdır

Statistik məlumatlara əsasən, hazırda ümumilikdə pərakəndə ticarətin 1%-dən az bir hissəsini internet vasitəsilə elektron ticarət təşkil edir və 2013-cü ilin yanvar-iyul aylarında onun həcmi 1,3 mln AZN təşkil edib. Eyni zamanda ötən ilə müqayisədə bu göstərici 60% artıb ki, bu da böyük perspektivlərdən xəbər verir.

«İndiki texnologiyalar dövründə insanlar öz vaxtlarının qədrini daha çox bilirlər. Burada bizim köməyimizə internet mağazalar gəlir. Bəli, Azərbaycanda insanlar internet mağazaların xidmətlərindən bir o qədər də istifadə etmirlər. Çoxları mənəvi olaraq buna hazır deyillər. Belə ki, əsasən malı əvvəlcədən öz gözləri ilə əyani şəkildə görməyi üstün tuturlar. Lakin ildən-ilə internet mağazaların sayı artır. Deməli vəziyyət yaxşılaşır», – deyə Elxan Mahmudov əminliklə bildirir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (318)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (329)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (261)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (148)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.