az / ru
 
     
 
Ana səhifə > Praktikum > Marketinq

Rebrendinq şirkətin nəyinə lazımdır?

09.04.2013 | İnna Qrişuk

Şirkətlərin 10 illərlə köhnə sxem üzrə, daimi məhsullarla işlədiyi və bu zaman inamla addımladığı dövrlər artıq tarixə çevrilib. Hazırda üslubda dəyişikliklərlə düzgün uyğunlaşdırılmış məhsul və xidmətlər xəttində dəyişikliklər, təkcə müsbət təcrübə deyil, həm də vacib iqtisadi addımdır.

Şirkət üçün ən tipik rebrendinq – brendin müasirləşdirilməsidir.

Rebrendinq nədir?

Maxmedia Creative Communications Agency-nin baş kreativ direktoru Zaur Məmmədovun sözlərinə görə, «Rebrendinq – brend haqqında mövcud təsəvvürləri köklü surətdə dəyişən plastik əməliyyatdır».

«Bir qədər kobud misalla ifadə etsək, düşünün ki, bir nəfər arıq, damarları  görünən, bığlı, lakin daim başı daz qırxılmış  bir kişi var idi. İndi isə o lətlənib, bığlarını qırxıb, saqqal saxlayır, başına parik qoyub və gözünə qap-qara bir eynək taxıb», - deyə ekspert izah edir.

Şirkətin rebrendinq həyata keçirməkdə əsas məqsədi münasibətlərin yeni mərhələsinə çıxmaq, əlavə müştərilərin diqqətini cəlb etmək, artıq olan müştərilərin loyallığını artırmaqdır.

Bunu başa düşmək lazımdır ki, rebrendinq – imicin birdən-birə dəyişməsi demək deyil. Onun həyata keçirilməsi üçün əsas təkan dəblə uyğunlaşmaq cəhdi deyil,  statistik və marketinq göstəriciləri olmalıdır.

İstehlakçı ilə əlaqə olmayanda…

«Rebrendinq adətən o vaxt zəruri olur ki, artıq istehlakçı ilə əlaqə olmur», – deyə Zaur Məmmədov bildirir.

Ekspertlər xəbərdarlıq edirlər: şirkətin nüfuzunun xeyli pisləşməsi rebrendinq haqqında düşünmək üçün səbəbdir. Buna baxmayaraq, digər səbəblər də ola bilər. Ən aşkar səbəblər malın, malın, xidmətin və ya şirkətin yeni keyfiyyət səviyyəsinə keçməsidir. Bundan əlavə, şirkətlərin birləşməsi, şirkətin miqyasının dəyişməsi, bir çox hallarda daha dayanıqlı bazarlara çıxmasını, fəaliyyət sahəsinin dəyişməsini, auditoriyanın dəyişməsini və sair səbəbləri də göstərmək olar.

Beləliklə, rebrendinq üçün səbəblər:

  • Malın və ya xidmətin, hədəf qrupunun keyfiyyətinin və ya statusunun dəyişməsi (bazarda mövqenin dəyişməsi);
  • İstehlakçıların ticarət markası, brend haqqında fikrinin, münasibətinin dəyişməsi zəruridir;
  • Biznesin inkişaf etdirilməsi, müəssisənin biznes əsasının dəyişdirilməsi;
  • İdarəetmə modelinin dəyişməsi zəruridir;
  • Mövcud brendin «yuyulması»;
  • Texnoloji innovasiyaların və dəyişən tələblərin yüksək sürətinə uyğunluq zərurəti;
  • Şirkətin, malın və ya xidmətin pikdə olmasının çox kəskin nəzərə çarpması.

Rebrendinq mərhələləri

Brendin yenilənməsi prosesinin özünü bir neçə mərhələyə bölmək olar:

  1. Brendin auditi

Brendin aktuallığını itirməsini, bazarda baş verən dəyişiklikləri  izləməyə və qiymətləndirməyə imkan verir. Əldə olunan məlumatlar əsasında brendin dəyişdirilməsinin konkret necə baş verəcəyi məsələsini hzəll etmək olar.

  1. Brendin platformasının korreksiya olunması

Bu mərhələdə brendin yeni ideologiyası, onun konsepsiyası yaranır ki, bunlar da gələcəkdə hədəf qrupuna dəyişmiş brend haqqında öz fikrini formalaşdırmağa imkan verəcək. Təşbehlə desək, bu mərhələdə brendin ruhu yaradılır ki, bu da nəticədə vizual (loqo, firma üslubu, veb-sayt) və verbal (ad, şüar, nitq modulları) atributların dəyişməsində, habelə kommunikasiya strategiyada hansı yeniliklərin baş verməsini diktə edəcək.

Şirkətin rebrendinqi o vaxt maksimum effektiv olacaq ki, yenilənmiş brendə təkcə bu gün üçün deyil, habelə sabah da aktual olacaq göstəriciləri əks etdirəcək.

  1. Verbal və vizual informasiyanın işlənib hazırlanması

Şirkətin adı dəyişdirilə də bilər, əvvəlki kimi qala da bilər. Köhnəlmiş dizayn isə demək olar ki, həmişə dəyişdirilir.

  1. Brendin şirkət daxilində tətbiqi

Burada həlledici kommunikasiya kanalı işçi heyət olacaq. Əməkdaşlara şirkətdə hansı dəyişikliklərin və nə üçün baş verdiyini izah etmək, habelə brendin yeni ideologiyasını təqdim etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, əgər yeni brend köhnə korporativ mədəniyyətə uğurla uyğunlaşsa, bu, onun daha geniş auditoriya tərəfindən qəbul olunmasının ilk əlaməti olacaq.

  1. Kommunikasiya strategiyası

Brendlə əlaqədar olan bütün auditoriyalara rebrendinqin mənasının, yeni xarakteristikaların və dəyişdirilmiş brendin nədə sərfəli olmasının  çatdırılması zəruridir.

Gözəl qablaşdırma arxasında nə gizlənir?

Şirkətlərin rebrendinq zamanı yol verdikləri tipik səhvləri yadda saxlamaq lazımdır.

Onlardan biri – bütün proseslərə lazım olacaq investisiyaların düzgün qiymətləndirilməməsi. Axı rebrendin layihəsinin yerinə yetirilməsi layihəsinin ardınca onun tətbiqi mərhələsi başlanır. Bu prosedura əksər hallarda uzanır, belə ki, şirkətlər üçün avadanlığın dəyişdirilməsinə, məsələn, mağazaların və xidmət məntəqələrinə kifayət qədər vəsaitin ayrılması çox çətindir.

Həmçinin məhsulun özünün inkişaf prosesini də nəzərə almamaq olmaz. Yeni xarici görünüş ardınca qaçarkən bəzi şirkətlər məhsulun keyfiyyət göstəricilərini yaxşılaşdırmağı yaddan çıxarırlar. Əgər alıcı yeni qablaşdırmanı açarkən elə əvvəlki məhsulu, bəzi hallarda isə funksional cəhətdən əvvəlkindən də geri qalan məhsul gördükdə çətin ki, məmnun olsun.

Prinsip etibarilə, uğursuzluğun səbəbi rebrendinq zamanı top-menecerlər tərəfindən dəstəyin zəif olması da ola bilər. Şirkətin imicini təkcə marketinq şöbəsinin gücü ilə dəyişmək mümkün deyil. İdeal halda bu prosesin təşəbbüskarı və ruhlandırıcısı şirkətin rəhbəri olmalıdır.

Ən çox yayılmış səhvlərdən biri yeni ideologiyaya uyğun gəlməyən köhnə ənənələrə sadiq qalmaq cəhdidir. Burada istehlakçılar tərəfindən üstünlük kimi qəbul olunan elementləri, rəqibləri ilə müqayisədə güclü tərəflərini qoruyub saxlamaq vacibdir. Və əksinə  - brendin «sönməsinə» səbəb olan xüsusiyyətlərdən imtina etmək lazımdır.

Zaur Məmmədovun fikrincə, Azərbaycan şirkətlərinin əksəriyyətinin yol verdikləri tipik səhv – anlayışların çaşdırılmasıdır. Çoxları hesab edirlər ki, rebrendinq zamanı ancaq «loqotip qəşəngləşir», yəni bu, sadəcə olaraq loqotipin redizayn və ya restalinqidir. Əlbəttə, bu cür yalançı rebrendinqdən hansısa müsbət dəyişiklikləri gözləmək artıqdır.

Savadlı şəkildə aparılmış rebrendinq bir qayda olaraq arzu olunan nəticələrə gətirir – şirkətə itirilmiş mövqelərini geri qaytarır və ya onu münasibətlərin yeni mərhələsinə çıxarır. Başqa sahələrdən fərqli olaraq, biznes sahəsində suda boğulan özü özünü xilas edir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.