az / ru
 
     
 
Ana səhifə > Praktikum > Marketinq

Facebook–dakı Azərbaycan brendlərinin TOP onluğu (fevral)

12.03.2013 | Sergey Osin

Əvvəlcə icazə verin, hamımızı Facebook-da Azərbaycandan olan milyonuncu istifadəçinin qeydiyyatdan keçməsi münasibəti ilə təbrik edək. Milyonuncu istifadəçi gözlənildiyindən də tez, yanvar ayının sonunda qeydiyyatdan keçib. Hazırda ölkəmizdən qeydiyyatdan keçmiş istifadəçilərin ümumi sayı 1 milyon 13 min 80 nəfərdir.

SocialBakers-in məlumatlarına görə, bir ay ərzində Azərbaycan Facebook-un qlobal reytinqində birdən-birə iki pilə yüksələrək 82-ci yerdə qərarlaşıb.

Ay ərzində sosial şəbəkənin auditoriyası demək olar ki, 17 min nəfər artıb ki, bu da yanvarda qeydə alınmış 67,5 minlik artımla müqayisədə xeyli azdır. Görəsən, baharda da bu tendensiya davam edəcəkmi?

Azərbaycan brendlərinin korporativ səhifələrinin populyarlığına gəldikdə isə, sizi təəccübləndirəcək məlumatlarımız var. Yox, yox, liderlər dəyişməyib, ən azından hələlik dəyişməyib. Həm Azercell, həm Bakcell, həm İdeal öz mövqelərini əldən vermirlər. Lakin TOP onluqda gözlənilməyən dəyişikliklər baş verib.

İstifadəçilərin sayına görə Azərbaycan brendlərinin TOP onluğu:

Azərbaycanda ən populyar brend səhifələri (min nəfərlə)

Romantic şirkətinin ən tez böyüyən brend səhifəsi demək olar ki, iki ay ərzində öz bir başa rəqibi İrşad Telecom-u ötüb.

Məhsulların yeridilməsinə pul yatırmaqla və hər ay 30 mindən artıq pərəstişkar toplamaqla Romantic şirkəti inamla ilk üçlüyə yaxınlaşır. Əgər belə davam edərsə, İdeal şirkəti bir-iki aydan sonra üçüncü yerlə vidalaşmalı olacaq.

Prosper rəqəmli xidmətlər agentliyinin rəhbəri Vüqar Səfərov: «Pərəstişkar sayının artmasında şirkətin əsas məqsədi ucdantutma hamını deyil, yalnız hədəf qrupuna daxil olan şəxsləri toplamaqdır. Paralel olaraq insanlarla qarşılıqlı əlaqələrin səviyyəsini yüksəltmək lazımdır. İctimaiyyətlə savadlı şəkildə qurulmuş ünsiyyət brendə qarşı loyallığı artırmağa, müştərilərin problemlərini operativ həll etməyə, onları məhsulların yeridilməsi məqsədilə keçirilən tədbirlərə cəlb etməyə, yeni məhsullar, xidmətlər və s. barədə məlumatlandırmağa şərait yaradır.

Bu cür qarşılıqlı əlaqə canlı satış kanalı yaratmağa və istehlakçıların əhvalındakı dəyişiklikləri, onların yeni məhsullara reaksiyasını  izləməyə imkan verir».

Azərbaycanda şirkətlər sosial şəbəkələrdə işə heç də həmişə ciddi yanaşmırlar. «Gəlin görək rəqiblərimiz nə edirsə, onu təkrar edək» prinsipi ilə çalışan marketoloqlar, təbii ki, öz hədəf qrupunu öyrənən, səhifəsindəki materialların relevantlığını təmin edən, səhifəsini inkişaf etdirənlərə ciddi rəqabət yarada bilməzlər. Sosial şəbəkələrdə işini düzgün quran şirkətdə satışın da həcmi artır, müştərilər də səhifə vasitəsilə ünsiyyət qurur, problemlərini həll edirlər, aduditoriyanın səhifəyə cəlb olunması da yüksək səviyyədə olur.

Azərbaycanda ən sürətlə inkişaf edən brend səhifələri (min nəfərlə)

Fevral ayının TOP-onluğunda Emporium Baku-nu sıxışdırıb çıxararaq Park Bulvar şirkəti, özü də birbaşa 6-cı pillədə yer qərarlaşıb.

Emporium şirkəti Sevgililər gününü əla göstəricilərlə başa vuraraq bir qədər arxayınlaşıb və nəticədə digər bayramlardan lazımınca faydalana bilməyib. Əgər qalan rəqiblərin səhifələrində 8 mart qadınlar bayramı ərəfəsində ziyarətçilərin sayı pik həddə çatıbsa, Emporium şirkətinin səhifəsində müzakirələrdə kəskin azalma müşahidə olunur. Deməli, bayram günlərində səhifədə yerləşdirilmiş məlumatlar istifadəçilər üçün maraqsız və deməli səmərəsiz olub.

Nəticədə, ay ərzində şirkətin səhifəsinin pərəstişkarlarının sayında artım iki mindən bir qədər artıq olub. Beləliklə, əlvida TOP-10.

Bəs, onda elə çıxır ki, istehlakçının diqqəti uğrunda mübarizə daim davam etdirilməlidir? Bəli. Bir neçə ay ərzində TOP onluğa daxil olmaq olarmı? Bəli. Sosial medialarda iş su burulğanı kimidir, əgər başlanıbsa, dayanmadan davam etdirilməlidir. Əks halda bütün əvvəlki səylər puç ola bilər.

«Əli və Nino» mağazalar şəbəkəsinin inzibatçısı Rəna Canıyeva: «Biz pulla irəlilədilmədən istifadə etmirik. Ona görə də, demək olar ki, istifadəçilərin sayının artımı bizdə təbii yolla baş verir. Yəqin ki, şirkətimizin gördüyü işlər insanların xoşuna gəlir və biz də öz növbəmizdə onları öz işimizlə, mütəmadi olaraq yeni məlumatlar yerləşdirməklə maraqlandırmağa çalışırıq. Bizdə tez-tez aksiyalar keçirilir, bayram günlərində mükafatlar oynanılır. Bu bizim səhifələrimizə ziyarətçi axınının təmin edir. Aksiya barədə məlumatı biz yalnız sosial şəbəkədə yayırıq və artıq reklam vermirik. Ümumiyyətlə, brendin səhifəsində hər hansı kitab barədə xəbərin yerləşdirilməsi ilə satış səviyyəsinin dəyişməsi arasında dəqiq əlaqəni görmək mümkündür. Bunun özü də bir reklamdır. İnformasiyadan çox şey asılıdır».

Yanvar ayı ilə müqayisədə istifadəçilərin müraciətlərinə operativ cavab verən Azərbaycan şirkətlərinin reytinqində kiçik dəyişikliklər qeydə alınıb.

Bu istiqamətdə Azercell şirkəti yenə də əvvəlki kimi rekord vurur. Nar Mobile şirkətinin yerini isə bu ay Nokia Azerbaijan/Mobitel şirkəti tutub. Bu düşünməyə əsas verir. Axı iki şirkət arasında pərəstişkar sayında fərq o qədər də böyük deyil: Nar Mobile-ın  41 658 pərəstişkarı Nokia Azerbaijan-ın 38 202 pərəstişkarına qarşı. Sonuncunun pərəstişkar sayının artım tempi isə demək olar ki, iki dəfə artıqdır.

Əvvəl də qeyd etdiyimiz kimi, sosial şəbəkələrdə iş davamlı olaraq aparılmalıdır. Auditoriya səhifələrdə yerləşdirilmiş materiallara tez reaksiya verir. Deməli, məhsulların bazarda yeridilməsi üzrə mütəxəssislər ildırım sürəti ilə reaksiya verməlidirlər. Əks halda istifadəçilərin səhifəyə marağı azalır. Dünənə qədər doğma və loyal təsir bağışlayan istifadəçilər isə daha maraqlı və daha çevik rəqiblərin səhifələrinə üz tuturlar.

 
Açar sözlər: marketing Facebook istifadəçilər texnologiyalar
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (341)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (163)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (226)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (528)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (327)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (265)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.