az / ru
 
     
 
Ana səhifə > Praktikum > Marketinq

Bir milyona qədər azərbaycanlı «Facebook» şəbəkəsindən istifadə edir (yanvar)

06.02.2013 | Sergey Osin

2013-cü ilin fevral ayına qədər «Facebook» sosial şəbəkəsində 996 140 nəfər azərbaycanlı qeydiyyatdan keçib. Web analitika platforması «SocialBakers» məlumatlarına görə təkcə yanvar ayı ərzində adı çəkilən populyar resursun istifadəçilərinin sayı 67,5 min nəfər artıb. Güman etmək olar ki, fevralda «Facebook»-da ümumilikdə 1 milyondan artıq Azərbaycan istifadəçisi olacaq.

Yerli şirkətlərin səhifələrindəki «bəyənmələrin» sayına görə demək olar ki, cari ilin yanvar ayında Azərbaycan istifadəçiləri arasında ən populyar brendlər «Azercell», «Bakcell», «IDEAL perfumery&cosmetics», «İrşad Telecom» və «Romantic» olub. Adı çəkilən şirkətlərin internet saytları «Facebook»-dakı pərəstişkarlarının sayına görə TOP-10-luğa daxildir.

 

 

Azərbaycanda ən populyar brend səhifələri (min)

Bu reytinq cədvəli azərbaycanlıların telekommunikasiya sahəsinə canlı marağından xəbər verir. Qeyd etmək lazımdır ki, bu sahə ilə istifadəçilər arasında münasibət qarşılıqlıdır, lakin bu barədə bir qədər sonra söhbət açacağıq. Gözəllik və moda sənayesi, habelə alış-veriş də Azərbaycan sakinlərinin diqqətindən kənarda qalmayıb. TOP-10-luğa 77394 Şərq pərəstişkarının qəlbini fəth etmiş «Mango» beynəlxalq brendi də daxildir.

Yanvar ayında «Romantic» və «Bakcell» kimi brendlərin səhifələri daha tez populyarlıq qazanıb. Onlar yaxın rəqibləri ilə müqayisədə əvvəldən xeyli irəliyə sıçramışdılar. Hiss olunur ki, irəliləyiş üçün vəsait yatırılması öz bəhrəsini verir. Əgər «Bakcell» üçün liderlik mövqeyi yeni bir şey deyilsə, pərəstişkarlarının sayı yanvarın ortalarından kəskin artmış «Romantic» brendinin bu «yüksəlişi» üçün son vaxtlar marketinq büdcəsi xeyli artırılıb.

Azərbaycanda populyarlığı ən sürətlə artan brendlər (min)

Aşağıdakı brendlər isə, öz pərəstişkarlarının sorğularına daha tez cavab verirlər.

Bu göstəricilər şirkətlərin istifadəçilərlə qarşılıqlı əlaqədə olmasından xəbər verir. Şirkətlər sorğulardan çəkinmir və bu yaxşı haldır. Belə ki, sosial şəbəkələr «canlı mühit» yaradır. Əgər hər hansı şirkətdən cavabı sutkadan artıq gözləmək lazım gəlirsə, həmin brendə sosial şəbəkədə səhifənin nəyə lazım olduğu ümumiyyətlə aydın deyil. Bu məsələdə daha çox maraqlı olduqlarını telekommunikasiya şirkətləri, gözəllik, moda və alış-veriş sahəsinin nümayəndələri, yəni TOP-10-luqda təmsil olunmuş sahələrin nümayəndələri nümayiş etdiriblər. Bu qanunauyğun bir haldır: pərəstişkarlarla nə qədər çox ünsiyyətdə olursansa, populyarlıq bir o qədər artır.

Təəssüf ki, bu reytinq cədvəli 2012-ci ilin dekabr ayı üçün rəqəmləri əks etdirir. Cari ilin yanvar ayı üçün rəqəmlər isə fevralın ortalarında təqdim olunacaq və biz bu məlumatları martda təhlil edə biləcəyik. Lakin düşünürük ki, vəziyyət bir o qədər də dəyişməyəcək.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.