az / ru
 
     
 
Ana səhifə > Praktikum > Marketinq

Namiq İdrisov: “Tələbkar müştərilərin etibarını qazanmışıq”

18.04.2017 | C&B

Özündə İtalyan və Avropa lüks interyer və dizayn brendlərini cəmləşdirmiş  “Collezione Italia”,  Azərbaycanda ilin şirkəti kimi “Uğur” mükafatına layiq görülüb. Şirkət Azərbaycanda ən böyük şou-ruma malikdir və miqyasına, çeşid bolluğuna görə Avropada ən unikal məkanlarından biri sayıır. Biznesinfo.az oxucularına  “Collezione Italia”nın təsisçisi Namiq İdrisov ilə müsahibəni təqdim edir.

“Uğur” milli mükafatı bizə yad deyil. Bizim digər mağazamız “Neoclass” bir necə il əvvəl öz sahəsində bu mükafata layiq görülüb. “Collezione İtalia” isə daha unikal bir layihədir. Avropa məkanında və MDB-də öz həcminə, fəaliyyət xüsusiyyətlərinə görə fərqlənən “Collezione İtalia” dünyanın ən məşhur brendlərinin özəl kolleksiyalarının geniş şəkildə sərgiləndiyi şou-rumdur. Layihə “ev” konsepsiyası əsasında hazırlanıb. Burada müştərilərimiz üçün evlərində görmək istədikləri rahatlığı həyata keçirməyə çalışmışıq. Bəzən müştəri şou-rumda gördüyü divar kağızını və mebeli evində də elə biz yerləşdirdiyimiz üslubda görmək istəyir. Bu artıq bizim uğurumuzdur. Çünki zövqlü seçimlərlə, keyfiyyətli xidmətlə və müştərinin arzularını reallığa çevirən tərəfdaşlığımızla qısa bir zamanda tanınmağa, tələbkar müştərilərin etibarını qazanmağa nail olmuşuq.

– Yəqin ki, brendi yaratmamışdan əvvəl bazarı təhlil etmisiniz?

– Bu layihə üzərində dörd il çalışandan sonra, beşinci il nəhayət ki reallaşdırmaq imkanına nail olduq. Məkanımızın böyük olmasına baxmayaraq, brendlərin seçiminə diqqətlə yanaşmışıq, hər bir istehsalçının fabrikinə baş çəkərək onlarla tanış olduq. Məhsulların istehsalından tutmuş qablaşdırılmasına qədər bütün mərhələlərdə şəxsən iştirak etdik. Seçimlərimiz əsasında təqdim etdiyimiz brendlərin ilk təklif paketini hazırladıq. Azərbaycanda bazar araşdırması etdik. Eyni zamanda, fabriklərin təklifləri arasında fərqləri araşdırdıq. Dünyada tanınan şirkətlərin ən gözəl kolleksiyalarının salonumuzda düzgün sərgilənməsini həyata keçirdik. Həmçinin, hesab edirəm ki, ən keyfiyyətli fabrikləri tərəfdaşımız olaraq seçməyə, düzgün qiymət strategiyası qurmağa, keyfiyyətli xidmət göstərməyə nail olduq. Müştərilər bir məkandan ev üçün nə varsa hamısını əldə edə bilərlər. Bura interyer üçün lazım olan hər bir şey, divar kağızı, parket, qapı-pəncərədən tutmuş bütün növdə, üslubda olan mebel və aksesuarlar da aiddir.

– Collezione Italia Azərbaycanda hansı brendləri təmsil edir?

– Biz 300-ə yaxın Avropa brendini təmsil edirik. Onlardan yüzü mebel şirkətidir. Mətbəx fabrikləri, santexnika, hamam mebelləri, aksesuarlar, keramika məhsulları, pərdə, divar kağızı, işıqlandırma, uşaq mebelləri, qab-qacaq, qapı, parket, pəncərə sektoru və s. Hər bir sadaladığım sektor üzrə onlarla brendi təqdim edirik.  Qeyd edim ki, brendlərin 80 faizi İtaliya istehsalıdır. Xüsusən də mebel sektorunda ən nüfuzlu İtaliya brendlərini Azərbaycana gətirmişik. Biz bir neçə alman şirkəti ilə də sıx əməkdaşlıq edirik. Bu ölkənin modern üslublu mebelləri azərbaycanlılar tərəfindən bəyənilir. Bu şirkətlər təbii materiallara və təbii mebel rənglərinə üstünlük verməklə azərbaycanlı alıcıların rəğbətini qazana bilib. Eyni zamanda hamam aksesuarları və divar kağızlarının istehsalında da alman məhsulları tələbolunan seqmentə daxildir. Keramika sahəsində xüsusi seçilən brendlər kimi isə İspan brendlərini qeyd etmək olar.

– Collezione Italia hazır mebellər də təklif edir, yoxsa, müştərilər özləri seçim edirlər?

– Biz dünyanın ən gözəl kolleksiyalarını burada sərgiləyirik. Seçimə gəldikdə, bu müştəriyə və onunla  işləyən dizaynerə aid olan bir məsələdir. Dizaynerin təqdim etdiyi dizayna uyğun olaraq müştərinin brendləri seçmək, xüsusi vurğulamaq istədiyi detalları qeyd etmək imkanı var. Əgər bizim məsləhətlərimizi də dinləmək istəsələr, çox böyük məmuniyyətlə dizayn təkliflərini təqdim edə bilərik. Müştərinin düzgün seçim etməsi üçün komanda olaraq ona hər cür yardım göstərməyə hazırıq. Düzdür, elə fabriklər var ki, onlar konkret ölçü daxilində öz məhsullarını təqdim edirlər.  Amma əksər şirkətlər müştərinin evinin ölçüsünə və dizayn istəklərinə uyğun olaraq özəl sifarişləri həyata keçirməyə razılıq verirlər.

– “Collezione Italia”nı rəqiblərindən fərqləndirən özəllikləri nədən ibarətdir?

– Bizim əsas özəlliyimiz bütün mebellərin bir məkanda təqdim olunmasıdır, müvafiq olaraq müştərilər istənilən mebelləri bir məkanda seçə bilirlər. İnteryerin bütün tərkibi üçün ən keyfiyyətli brendləri təmsil edirik. Başqa bir üstünlüyümüz odur ki, istehlakçı bir ünvan, bir cavabdeh tanıyır və bütün məsələləri də bir ünvanda həll edə bilir. Bilirsiniz ki, vaxt qızıldır və müştərilərin vaxt itirmədən bütün məhsulları məhz bir məkandan əldə edə bilməsi çox vacib məsələdir. Xüsusi vurğulamaq istərdim ki, “Collezione Italia” qiymət baxımından bütün əhali seqmentinə xidmət göstərir. Azərbaycanda türk mebeli almaq istəyən bir müştəriyə biz eyni məbləğ müqabilində İtaliyanın tanınmış bir brendinin məhsulunu təklif edə bilirik. Hətta qiymət baxımından ondan daha sərfəli variantları təqdim etmək də mümkündür. Həmçinin hamam aksesuarları, mətbəx mebelləri kateqoriyasında da müştərinin maddi imkanlarına uyğun olaraq daha keyfiyyətli təkliflərimiz var. Bizim lüks interyer məhsulları ilə tanınmağımız o demək deyil ki, biz yalnız ən bahalı mebellər təqdim edirik. Qeyd edim ki, orta  əmək haqqı kateqoriyasından olan müştərilərə də xidmət göstərməyə hazırıq.

– Hazırda şirkət müştərilərə hansı xidmətləri təklif edir?

– Bakıda ən böyük şourum hazırda məhz “Collezione Italia Bakı”dır və bu sahədə müştərilərə bütün növ xidmətləri təklif edirik. Burada dizayn, mebelin sifarişi, onun quraşdırılması, interyer üçün seçilən xalça, işıqlandırma sisteminin çatdırılması, servis və zəmanətlər üzrə xidmətlərin göstərilməsi kimi geniş xidmət çeşidi təqdim olunub.

– Müştəri mebel seçərkən hansı amillərə fikir verməlidir? Keyfiyyətli mebeli tanımaq üçün kriteriyalar varmı?

– İlk növbədə keyfiyyəti, sonra evin interyerinə uyğunluğunu nəzərə almalıdır. Hazırda ümumi iqtisadi vəziyyətlə bağlı müştərilər qiymətə çox üstünlük verirlər ki, bu da normal haldır. Biz də tam məsuliyyətilə deyə bilərik ki, müştəri ən yüksək keyfiyyəti burada tapa bilər,  bütün malların orijinallığı haqqında sənədi var və onlar alıcılara təqdim edilir. Biz müştəriyə ona məhsul satmaq xatirinə yanaşmırıq, əksinə biz müştərinin rəğbətini qazanmağa və onun tövsiyyəsi ilə bizə gələcək daha geniş müştəri kontingentinə xidmət göstərmək istəyirik. Əgər sifarişçi hər hansı seçimi bizim öhdəmizə buraxırsa, biz bahalı məhsulu deyil, məhz onun evinin interyerinə uyğun olanı məsləhət görürük. Çünki onun ətrafında olanlar, evinə gələn qonaqlar bu zaman bizim zövqümüzə düzgün məslətimizə qiymət verəcək. Bizim haqqımızda müştərinin fikri də məhz bu zaman formalaşır.

– Sizin əməkdaşlar arasında dizayn üzrə mütəxəssislər varmı? İşçiləri necə seçirsiniz?

– İşçilərimiz dizayn bilgiləri olanlar, bu işdə dünyagörüşü, zövqü ilə fərqlənən insanlardır. Biz komanda olaraq işimizlə yaşayan insanlarıq.  Əlbəttə, hər bir işçi işlədiyi sahəni mükəmməl bilməlidir. Bir evdə mebel necə yerləşdirilməlidir, bu zövqə bağlı olan bir məsələdir. İnanın ki, mebel də canlıdır, dili olsa deyər ki, mənim yerim bura yox, oradır. Ona görə də əməkdaşlarımıza deyirəm ki, stenddə mebelin yerini dəyişməkdən çəkinməsinlər, çünki dəyişikliklər daha yaxşısını seçməyə imkan verir.

– Yerli mebel istehsalında vəziyyət necədir, inkişaf varmı?

– Bu sahədə bir neçə yerli brendlər çalışır. Artıq bazara keyfiyyətli məhsullar çıxara bilirlər. Bunların arasında “Palitra”, “Embawood” kimi şirkətləri qeyd edə bilərəm. Təbii ki, bazar münasibətləri yerli istehsalçıları daha keyfiyyətli, yeni modellər üzərində işləməyə vadar edir. Düşünürəm ki, bu sahədə çalışan biznesmenlərimiz də inkişaf etmək üçün səy göstərirlər.

– İtalyanlar ilin sonunda köhnə mebellərini atırlar, bu başa düşüləndir, çünki İtalia mebel istehsalında dünya liderlərindən biridir. Bəs, azərbaycanlılar necə, mebeli tez-tez dəyişməyi sevirlər mi?

– Mebellərin üslubu, növləri, dizaynı, keyfiyyətli istehsalı sahəsində İtaliya dünyada nömrə 1-dir. Dünyada dəbi italyanlar diktə edirlər. Neft Azərbaycanın təbii sərvəti olduğu kimi, mebel də onların sərvətidir. Qədimdən onların ənənəvi istehsal sahələri var ki,  əsrlər keçsə də italyanlar bu sahədə liderliyi heç kimə vermək niyyətində deyillər. Müasir texnologiyaları bilən, dizaynda daim inkişaf edən, yeniliklər gətirən və nəhayət bir keyfiyyət rəmzinə çevrilən italyan üslubu dünyada diktəsini davam etdirir. Mən hər il beynəlxalq sərgilərdə iştirak edirəm. Bu yaxınlarda daha bir səfərdən qayıtmışam. Əminliklə deyə bilərəm ki, İtaliyada keçirilən sərgilərin analoqu yoxdur. Azərbaycanlıların mebel sevgisinə gəlincə, biz əmlak sahibi olmağı, zövqlə yaşamağı qiymətləndiririk.

– İnsanlarımızın zövqü necə, dəyişməyib ki? Yenə mi klassika dəbdədir?

– Bizim satışlarımız da onu göstərir ki, Azərbaycanda hələ də klassik modellərə üstünlük verilir. Lakin son vaxtlar avanqard üsluba da meyillər artıb. Ümumi nisbətdə modern mebelləri seçənlərin sayı azalır. Qeyd edim ki, klassik modellər həmişə qiymət baxımından daha baha olub. Təbii ki, insanların bir yaş kateqoriyası var ki, artıq bu zaman onlar daha çox qazanc əldə edirlər. Həmin vaxtda da onlar mebellərini dəyişmək və ya yeni evlərinə mebel seçimi etmək istəyirlər. Orta və yaşlı nəsil olan bu kateqoriya klassikaya qayıdır. Bir çox hallarda onların seçimi ilə gənclər də razılaşmalı olurlar. Sərbəst gənclər isə daha çox modern mebelləri seçirlər, bu, həm də qiymət baxımından daha sərfəlidir. Amma danılmaz bir fakt var ki, klassika heç vaxt dəbdən düşmür. Tendensiyaların tez-tez dəyişməsinə baxmayaraq, bazarda yeni dəb, üslublar meydana çıxır, ancaq klassika əbədidir.

– 2017-ci ildən gözləntiləriniz və planlarınız necədir?

– Böhran bizi qorxutmur, əksinə daha çox çalışırıq. İnanırıq ki, əməyimizin bəhrəsini görəcəyik. Bazarda ümumi problemlər var, lakin bu bizi ruhdan salmır. Düşünürəm ki, düzgün strategiya, marketinq, düzgün komanda işi qarşıya qoyulan məqsədlərə çatmağa imkan verəcək.

Maraqlı müsahibə üçün təşəkkür edirəm.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.