az / ru
 
     
 
Ana səhifə > Praktikum > Marketinq

Bakstone tikinti sektorunda bir qənaət markasıdır

26.10.2015

Tikinti sektorunda yenilik, keyfiyyət, qənaət parametrləri ilə bazara daxil olan Bakstone şirkətinin fəaliyyətinə, gələcək planlarına Bakstone MMC-nin baş direktoru Emin Məmmədovla müsahibəmizdə aydınlıq gətirdik.       

Cənab Məmmədov, başqa sahədə işləmisiniz, bəs inşaat sektorunda çalışmaq ideyası necə yarandı?

Azərbaycanda bu sahəyə təlabat yüksəkdi, həm də bir maraq yarandı, desəm daha düzgün olar. Bir qədər bazarı araşdırdıq və mərhələli şəkildə bu sahədə fəaliyyətə başladıq. Bazarda yerli, xarici şirkətlər çox olsa da, yenə də müəyyən sahələr var ki, orada yeni biznes üçün imkan və şərait mövcuddur. Biz ilk öncə daş karxanası açdıq, sonra inşaat sahəsinin başqa bölmələrində iş perseptivlərini müzakirə etdik. Düşünürəm ki, inkişafla bağlı qarşımıza qoyduğumuz məqsədlərə doğru irəliləyirik və düzgün marketinq bizi bu sahədə ön mövqelərə çıxara biləcəkdir.

Bakstone markası ilə hava boşluqlu hörgü daşları istehsal edirsiniz. Belə bir məhsulun bazara çıxarılması fikri kimə məxsusdu?

Bu ideya mənim xarici səfərlərimdən biri zamanı iştirak etdiyim tikinti sərgisində yarandı. Beləki, hava boşluqlu hörgü bloklarını istehsal edən alman texnologiyası ilə tanış oldum. İnternet vasitəsilə həmin avadanlığın parametrlərini, işləmə funksiyalarını öyrəndim. İstifadə etdiyimiz mişar daşı xammalını götürüb Almaniyaya getdim. Orada laboratoriyada xammalımızı sınaqdan keçirdilər və mənə bildirdilər ki, bu, hava boşluqlu hörgü daşlarının istehsalı üçün yararlıdır. Düzdür, istehsal prosesində xammala bəzi əlavələr olunur, amma əsas xammal mişar daşıdır. Bundan sonra hesablamalar apardıq və iqtisadi cəhətdən mənfəətliliyini yəqin edəndən sonra artıq ölkəmizdə istehsalına qərar verdik.

Yeni məhsulu bazar necə qarşıladı? Alıcılar ilk dəfə gördükləri materialı almağa tərəddüd etdilərmi?

Təbii ki, ilk vaxtlar çətinliklərlə üzləşdik, çünki alıcılar bu məhsulu tanımırdılar. Halbuki, hava boşluqlu hörgü daşları Avropada, Türkiyədə, Rusiyada çox populyardır.Təsəvvür edin ki, Avropanın 50 faizi bu daşlarla tikilib. Ona görə də məlumatlandırma sahəsində gərgin çalışmağa başladıq. Müştərilərlə apardığımız söhbətlər, təbliğatlar öz bəhrəsini verdi. Əminliklə deyə bilərəm ki, hazırda bizim məhsulumuz ölkəmizdə ən sərfəli hörgü materialıdır. 

Hava boşluqlu hörgü daşlarının ənənəvi hörgü daşlarından əsas fərqli xüsusiyyətləri hansılardır?

Dözümlülük parametrləri çox yüksəkdir və buna istehsalçı kimi tam zəmanət veririk. Standartlara görə, hörgü daşlarının sıxlığı 33-35-dən aşağı olmamalıdır. Bizim məhsullarımızda isə bu göstərici 3 dəfə daha yüksəkdir və 100 markadır. Hava boşluğunun olması isə ona əlavə üstünlüklər qazandırır. İlk növbədə bildiyimiz kimi, hava ən yaxşı izolyatordur. Hava boşluğu evdə istilik enerjisinə qənaət etməyə imkan verir. Qışda evin tez qızdırılmasına, soyumamasına, yayda sərin saxlamağa səbəb olur. Məsələn, siz mişar daşı ilə tikilən evi 5-6 saata qızdırdığınız halda, Bakstone ilə tikilən evlər 2-3 saata isinir. Həmçinin qızdırıcı sistemi söndürdükdən sonra 1 saat keçdikdə mişar daşı ilə tikilən ev soyuyur, hava boşluqlu hörgü daşları isə istiliyi 6-7 saat qoruyub saxlayır. Ortalama hesablasaq, 50 faiz enerjiyə qənaət etmiş oluruq. Daha bir üstünlüyü ondadır ki, üzü hamar olduğu üçün hörgü zamanı az sement istifadə edilir, həmçinin suvağa ehtiyac qalmır. Nəticədə divarın hər iki üzünə hər bir kvadrat metrdə 8 AZN qənaət etmiş olursunuz. Hesablasaq, 100 kvadrat metrlik evdə suvaqdan imtina nəticəsində 2500 manat qənaət deməkdir, nəzərə alın ki, bu məbləğ isə evin damının xərci deməkdir.   

Bu tikinti materialı əsasən hansı obyektlərin inşası üçün nəzərdə tutulur?

Çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin, ümumiyyətlə, harda hörgü varsa, orada Bakston məhsulunu istifadə etmək olar.

Bakstone ekoloji cəhətdən təmiz məhsul hesab olunur...

Bəli. Tərkibində heç bir kimyəvi qatqı yoxdur, əsas hissəsi mişar daşı və sementdən ibarətdir. Sıxma və vibrapres üsulu ilə hazırlanır. İstehsaldan sonra 28 gün ərzində qurumada olur. 6133-99  QOST standartı əsasında istehsal edilir.

Şirkətiniz həm də “Torpaq sizdən, tikmək bizdən” şüarı ilə hazır evlər təklif edir. Bu evlərin tikilməsi və qiyməti ilə bağlı məlumat verməyinizi xahiş edirik.

Bu gün fərdi evlərin tikintisi ilə məşğul olan şirkətlər çoxdur. Biz fərqli bir iş görmək istədik, sifarişçinin torpağını kreditləşdirdik və həmin sahədə ev tikintisini öz üzərimizə götürdük. Bu gün 45 kvadrat metrlik belə ev tikirik və bunun qiyməti 13 min AZN edir. Hesab edirəm ki, bu, hazırki şəraitdə qiymət baxımından çoxlarını razı salan bir məbləğdir.

Evlər təmirlidir, yoxsa...

Tam təmirsiz də demək olmaz. Çünki evlər döşəmə, elektrik naqilləri, santexnika, izolyasiya, dam, pəncərə, giriş qapısı ilə birlikdə istifadəyə verilir, müştəriyə isə yüngül kosmetik işlər qalır. İstənilən halda, təmir işlərini də kreditləşdirə bilərik. Şirkətimizdə bu istiqamət üzrə memarımız, layihəçimiz və tikinti komandamız fəaliyyət göstərir. Müqavilə imzalandıqdan sonra əməkdaşlarımız sifarişçi ilə birlikdə yerli icra orqanına yaxınlaşır, yalnız hökumət rüsumu ödənilməklə, heç bir problemsiz evin tikintisinə başlayırıq. Qeyd edim ki, qanunla evin hündürlüyü 11 metr 90 santimetri və  aşırımları 6 metri keçmirsə, həmin evin tikintisi üçün Fövqəladə Hallar Nazirliyindən, o cümlədən, heç bir icra orqanından icazə almağa ehtiyac yoxdur.

Perspektivdə məhsul və xidmət sferasında yeni layihələr gözlənilirmi?

İnşaat sekturuna aid yeni bir məhsul buraxmaq fikrimiz var. Bu istiqamətdə işlər gedir. Həmçinin ev tikintisi ilə bağlı müştərilərimizi yeni sərfəli təkliflər gözləyir. 

 
Açar sözlər: Bakstone
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (318)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (328)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (261)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (148)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.