az / ru
 
     
 
Ana səhifə > Praktikum > Menecment

Açıqlama: təchizat zəncirinin modelləşdirilməsi qaydaları

06.11.2013

Tədarükdən müştəriyə çatdırılmaya kimi təchizat zəncirini  (Supply Chain) görən bir çox şirkətlərin top-menecerlərində sual yaranır: “Belə bir təchizat zəncirini necə qurmaq olardı?!”

Bir çox tanınmış şirkətlərinin təchizat zəncirləri xüsusi şəkildə qurulmamış, təsadüfi inkişaf yolunu keçərək "tarixi" təşəkkül tapmışdır: “tarixən vaqonla daşıyırıq”, “tarixən daha çox alırıq”.

Bu faktı nəzərə alsaq, məsələn, təchizat zəncirini xəritə üzərində hazırlayıb baxmaq kimi sadə hərəkətlə çoxsaylı suallar yaranır:

“Nəyə görə A regionunda əldə edilən materialı B regionunda hazırlayırlar, son məhsulu isə hava nəqliyyatı vasitəsilə yenidən A regionuna göndərirlər?”

 “Canlı” təchizat modelləri yaratmaqla, şirkətlər müxtəlif bazar şərtləri daxilində təchizatlarla nə baş verəcəyini öyrənmək və bunun qiymət, xidmətin keyfiyyəti və risklərdə özünü necə büruzə verəcəyini təhlil etmək imkanlarını qazanırlar.

ERP sistemlərinin tətbiqinə, planlaşdırma proqramlarının təkmilləşdirilməsinə böyük miqdarda vəsait sərf edən bir çox şirkətlər, bununla bərabər, əsas problemə əhəmiyyət vermirlər. Şübhəsiz, bu cür tətbiqlər çox səmərəlidir. Lakin, bütün bunlar optimallaşdırmanın əsasında duran təchizat zəncirinin səmərəsizliyini və milyonlarla dolların itirilməsinə gətirib çıxara biləcəyini istisna etmir.

Məhz təchizat zəncirlərinin dizaynı və modelləşdirilməsi xərclər, xidmət keyfiyyəti, dövriyyə kapitalı, dayanıqlı inkişaf və risklər kimi göstəriciləri maksimal dərəcədə optimallaşdıra bilərlər.

Təchizat zəncirinin modelləşdirilməsinin vacibliyi

Müasir təchizat zənciri çox vaxt bir neçə qitəni kəsib keçən və çoxsaylı bazar seqmentlərinin tərkibinə daxil olan, daima mürəkkəbləşən şəbəkədən ibarətdir.

Belə mürəkkəblik səviyyəsini nəzərə alanda dəyişikliklərin nəticələrini öncədən ehtimal etmək daha da çətinləşir, risklərin təsirləri isə daha da təhlükəli olur. Dəyişkənlik (qeyri-stabillik) bu gün müasir biznes işinin standart iş mühitinə çevrilir. Tələbat dəyişiklikləri, məhsulların qiymətlərində kəskin dəyişmələr, təchizatda çatışmazlıqlar, nəqliyyatda dəyişkənlik, təbii fəlakətlər, geosiyasi dəyişikliklər və normativ problemlər – bütün yuxarıda sadalananlar məhsulların “Supply chain” (təchizat zənciri) daxilində hərəkətinə təsir edir.

Təchizat zəncirləri mümkün problemlər və risklər nəzərə alınmadan qurulmuş şirkətlər onlarla üzləşəndə ciddi zərbəyə məruz qalırlar. Təchizat zənciri dizaynının yaradılması şirkətlərə başlanğıcdan sona qədər prosesləri dəqiq modelləşdirmək, daha yaxşı plan yaratmaq və potensial dəyişikliklərin xidmət keyfiyyətində, xərclərdə, dayanıqlılıqda və risklərdə necə əks olunacağını analiz etmək imkanı verir.

Təchizat zəncirinin təkamülü

İri təchizat zəncirlərinin əksəriyyəti bazarın tələblərinə uyğun qəbul edilən, fərdi həll yollarının əsasında qurulur. Çox vaxt məlum olur ki, bu həll yolları verilən hala çox yaxşı uyğun gəlir. Amma əslində onların effekti necədir?

Bu qərarlar, güman ki, onların qəbul  edildiyi anda düzgün görünüblər, ziyandan xilas ediblər, şirkətin bölmələrinin gəlirlərini artırıblar, yaxud konkret müəssisədə satış həcmini maksimuma çatdırıblar. Lakin uzun müddət keçdikdən sonra onlar təchizat sistemində qeyri-effektiv proseslərə səbəb olublar.

Şirkətlərin əksəriyyəti hər il təchizat sisteminə təsir edən onlarla, hətta yüzlərlə qərar verirlər. Əgər bu qərarlar onların bütövlükdə biznesə deyil, onun yalnız konkret bir hissəsinə təsiri nəzərə alınaraq verilirsə, vaxt keçdikcə qeyri-effektiv proseslərin miqdarı artacaq və şirkətə ziyan vuracaq: tədricən təchizat zəncirlərinin qiymətli resursları tükənəcək, bu da gəlirlərə mənfi təsir göstərəcək.

Əgər belə qərarlar təchizat zəncirlərinin modelləşdirilməsi çərçivəsində qəbul edilirsə, o zaman onların şirkətin maddi-texniki təchizatına bütövlükdə təsiri başa düşüləcək və onlar ölçülüb-biçilmiş qərarlar olacaq. Beləliklə, qeyri-effektiv proseslərə düzəlişlər etmək, yaxud onların qarşısını almaq mümkün olacaq.

Dizayn və modelləşdirmə, yoxsa planlaşdırma

Planlaşdırma sistemləri biznesin aparılması üçün çox qiymətlidirlər. Planlaşdırma və icra sistemləri şirkətin müxtəlif bölmələrinin fasiləsiz işləməsini təmin etməklə, təşkilatın mövcud proseslərini avtomatlaşdırır, sadələşdirir və optimallaşdırır.

Bəs əgər cari proseslər düzgün modelləşdirilməyibsə, yaxud bir-biri ilə bir araya sığmırlarsa necə olacaq? Əgər təchizat zəncirinin lap başlanğıcdan təməli səhv qoyulubsa, o, nə dərəcədə yaxşı fəaliyyət göstərə bilər?

Təchizat zəncirlərinin modelləşdirilməsi və dizaynı rəqabət müharibəsində qələbə çalmağa kömək edir. Bu zaman o, menecmenti resursların bütün hissələrinin və güclərinin rasional, ölçülüb-biçilmiş və effektiv birləşdirilməsi üçün alətlərlə elə təmin edir ki, ERP, WMS, TMS və APO sistemləri kimi digər alətlər artıq öz səviyyələrində maksimal effektivlik şəraitində fəaliyyət göstərə bilsinlər.

Planlaşdırma alətləri nə qədər qiymətli olsalar da, onlar yalnız daxilində fəaliyyət göstərdikləri şəbəkənin yaxşı olduğu qədər yaxşıdırlar və bu şəbəkənin sxemləri düşünülərək hazırlanmalıdır, təsadüfən yığılmalı deyillər.

Təchizat zəncirləri sxemlərindən nə zaman istifadə etməli

Hər dəfə şirkətin biznes-proseslərinin dəyişməsi ehtimalı olanda təchizat zəncirinin modelləşdirilməsi və dizaynı üçün imkan açılır. Bəzi imkanlar qaçılmazdır (tələbat proqnozuna yenidən baxılması, alıcı qrupunda dəyişikliklər, birləşmə və udulma), digərləri müəyyən dövriliklə təkrar olunurlar (yeni bazara çıxış və ya əldə edilməyə reaksiya), üçüncülər isə nadir hallarda baş verirlər (Tailandda şirkətin təchizatçıları batıblar, yeni zavodun tikilməsinə ehtiyac var).

“Canlı” modellərin köməyi ilə qərarların verilməsi və belə qərarların effektinin praktiki analizi arzulanan nəticənin əldə edilməsi ehtimalını artırır.

Material Supplychains.ru tərəfindən təqdim edilib

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (317)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (207)
+ Mebel və interyer (268)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (277)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (326)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (260)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (147)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.