az / ru
 
     
 
Ana səhifə > Praktikum > Menecment

Yerli injinirinq şirkətlərinin inkişaf problemləri və perspektivləri

26.09.2013 | Michael Palmovski

Azərbaycan sənaye, mülki və yaşayış sektorlarında görünməmiş tikinti dalğası yaşayır. Yaxın keçmişdə belə işlərin böyük qismi beynəlxalq podratçılar tərəfindən həyata keçirilirdi. Bu şirkətlər son iyirmi ildə Azərbaycana təkcə öz işçilərini deyil, həm də biliklərini, ideyalarını və məhsullarını gətirdilər. 

Yerli personalın cəlbi 

Yerli texniki məhsullara tələbat artdıqca aydın oldu ki, qeyri-standart avadanlığı hazırlamağı, quraşdırmağı və istifadə etməyi bacaran öz mühəndis-texniki heyətini işə götürmək yerli injinirinq şirkətləri üçün daha sərfəlidir.

Təcrübəli mühəndislərin işə götürülməsi bütün dünyada çox rəqabətli biznes hesab edilir. Buna baxmayaraq, daha çox əlçatan, yüksək motivasiyalı və təcrübəli kadr mənbələri də mövcuddur. 

Yerli şirkətlər öz əməkdaşlarına nə təklif edə bilərlər? Birincisi, iri beynəlxalq şirkətlə müqayisədə yerli şirkətdə karyera qurmaq imkanı daha böyük ola bilər. İkincisi, perspektivli, uğurlu yerli şirkətlər uzunmüddətli məşğulluq imkanı təklif edirlər. Beynəlxalq şirkətlərin Azərbaycanda müvəqqəti iş planları olduğu halda, yerli şirkətlər uzunmüddətli perspektivdə iş qurmağa çalışırlar.  

Əcnəbi mütəxəssislər, adətən, iki-üç illik müqavilələrlə rotasiya prinsipi üzrə işləyirlər. Buna baxmayaraq, bir çox layihələr onların təşəbbüskarları ölkəni tərk etdikdən sonra hələ uzun müddət fəaliyyətlərinə davam edir. Yerli personalın stabilliyi belə uzunmüddətli layihələrin effektiv həyata keçirilməsi üçün faydalı ola bilər. 

Neft-kimya sənayesinin ikincili sahələrində əsas imkanlar

Yerli bazara yönəldilmiş injinirinq və tikinti şirkətləri beynəlxalq layihələri həyata keçirmək imkanı əldə edirlər. AzMeCo şirkətinin 360 milyon ABŞ dolları dəyərində metanol istehsalı üzrə zavodu (ildə 560 milyon ton gücə malikdir) maşınqayırma sahəsində uğur nümunəsi hesab edilir. Belə ki, şirkət bu yaxınlarda BP şirkətini metanolla təchiz etmək üçün müqavilə imzalamışdır.

AzMeCo bu mühəndislik layihələri ilə yanaşı, mühəndis-texniki təchizat üzrə xidmətlər göstərən yerli şirkətlərin inkişafı üçün da geniş imkanlar yaratmışdır. Yerli mühəndis-texniki potensialın inkişaf perspektivlərinə gəlincə, şirkətin uğurları yerli əmək resurslarının inkişaf dərəcəsini göstərir. Bu metanol zavodu həmçinin neft-kimya sahəsinə gələcək investisiyalar üçün də yol açır, çünki o, sirkə turşusu, formaldehid və melamin istehsalı üçün xammal istehsal edir və bu kimyəvi maddələrin tələb edildiyi müvafiq sahələri həmin maddələrlə təmin edir.

Bundan başqa, şirkət illik 255 ton ammonyak və 500 min ton karbamid gücünə malik gübrə istehsalı üzrə qurğunu işə salmağı planlaşdırır. Gündəlikdə həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vəsaiti hesabına gübrə istehsalı üçün iki yeni zavodun tikintisi məsələsi də durur. Bu işə bu il başlanılması planlaşdırılır. Bu zavodlar Azərbaycanda və Gürcüstanda işləyəcək və istismara verildikdən sonra ildə 700 min ton karbamid istehsal edəcək (tikintinin 2016-cı ildə sona çatması planlaşdırılıb).

Neft-qaz sferası çərçivəsindən kənarda imkanlar

Kəşfiyyat və hasilat sahəsindəki güclü inkişaf regionda neft-qaz sənayesi ilə yanaşı bir çox digər sahələrin inkişafını da stimullaşdırıb. Tikinti materialları sənayesi daha yüksək inkişaf səviyyəsinə keçir; yerli gəmiqayırma şirkətləri yüksəliş dövrünü yaşayır. 

13 milyard avro dəyərində neft emal edən kompleksin yaradılması planlaşdırılır. Bu il metallurgiya zavodu istismara verilib və çirkab sularının təmizlənməsi və tullantıların ikincili işlənilməsi üçün qurğuların tikintisi həyata keçirilir. 

Artıq Azərbaycanda inkişaf edən kənd təsərrüfatı sahələrini təchiz etmək üçün yerli müəssisələrin yaradılması üzrə “kağız üzərində layihələr” mövcuddur. Eləcə də, bu yaxınlarda Azərbaycan hökuməti öz üzərinə yenilənən enerji sahəsində layihələrə bir neçə milyard avro investisiya qoymaq öhdəliyini götürüb. Qarşıya qoyulan məqsəd 2020-ci ildə yenilənən enerji mənbələrinin istifadə payını 20%-ə qədər artırmaqdır. 

Bu planlar həyata keçərsə, bu həmin sahələrin təchizatını təmin edəcək sənaye istehsalı və maşınqayırma sahələrinin daha da inkişafına müsbət təsir göstərəcək. 

Beləliklə, şirkətlər ortamüddətli perspektivdə neft və qaz kəşfiyyatı və hasilatı çərçivəsindən kənara çıxan diversifikasiya və böyümə üçün imkanlar əldə edəcəklər. Sənayenin yeni sahələri ilə paralel şəkildə inkişaf yerli şirkətlərə öz mütəxəssis potensialını genişləndirməyə, eləcə də regionun mürəkkəb sənaye strukturunun ayrılmaz hissəsi olmağa imkan verəcək. 

Müvəffəqiyyətin düsturu

Hazırda Azərbaycanda inşa edilən neft-kimya sənayesi müəssisələrinin dünya bazarında rəqabətə davamlı olmaları nəzərdə tutulur. Bununla əlaqədar olaraq inkişaf edən sektora xidmət göstərməkdə uğur qazanmaq istəyən şirkətlər də keyfiyyət üzrə dünya standartlarına cavab verməlidirlər. 

Bu o deməkdir ki, istehsal edilən məhsulun yüksək keyfiyyətini təmin edən idarəetmə strukturunun və keyfiyyətli iş görməyə çalışan yüksək ixtisaslı işçilərin olması böyük əhəmiyyət kəsb edir. Digər qlobal şirkətlərlə qarşılıqlı əlaqə vacib rol oynayan sahədə beynəlxalq tərəfdaşlarla qüsursuz qarşılıqlı əlaqəni təmin etməyə imkan verən strukturların olması da çox əhəmiyyətlidir. Bütün bunlar, öz növbəsində biznesin aparılması üzrə digər ölkə və mədəni mühitlərdən olan tərəfdaşlar üçün anlaşılan standartlaşdırılmış metodların tətbiqini tələb edir. 

 
Mənbə: IMPACT jurnalı, Azərbaycandakı Amerika Ticarət Palatasının rəsmi nəşri, Buraxılış № 17
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.