az / ru
 
     
 
Ana səhifə > Praktikum > Menecment

İntellektual biznes üçün yeni mühit

05.06.2013 | Natalya Korobko

Yaxşı sahibkar təkcə ideya irəli sürməli deyil, həm də öz layihəsinə komanda toplamağı, şirkəti maliyyələşdirilməsini təmin etməli, biznes-prosesləri qaydasına salmağı bacarmalıdır. Məmməd Kərim (M.K.) və Nail Vəliyev (N.V.) bu sahədə kifayət qədər məlumatlıdırlar. Hər iki şəxs həm iri strukturlarda muzdlu işçi kimi, həm də öz bizneslərinin inkişaf etdirilməsi sahəsində böyük təcrübəyə malikdirlər. Buy ay onlar Bakının sahibkarlarını səfərbər etmək missiyasını üzərlərinə götürüblər.

Startup Weekend Baku tədbirinin qarşısında hansı vəzifələr durur?

M.K.: Azərbaycanda internet sahəsində işləmlərə və onun vasitəsilə pul qazanmaq cəhdlərinin sayı artır. Deməli, sərmayə yatırımı imkanlarının, proqramçılar bazasının formalaşdırılması, müəllif hüquqları, patent və s. məsələlərin müzakirəsinin əsil vaxtıdır. Startup Weekend bu məsələlərin daha peşəkar səviyyədə müzakirəsinin təşkili üçün platforma olacaq. Bu Azərbaycanda startup ekosisteminin qurulması istiqamətində ilk addım olacaq.

N.V.: Tədbirdə iştirak edən hər bir komanda ilə təlimçi-mentorlar işləyəcək. Biz müzakirələr və məsləhətləşmələr prosesini maksimum maraqlı etmək üçün ABŞ-ın  startap ekosistemində tanınmış ekspert Donald de Santisi dəvət etmişik. Tədbir çərçivəsində ən yaxşı layihələr seçiləcək. Onlar sponsorlardan xüsusi təkliflər, habelə servislər, məsələn, pulsuz hostinq və domenlər əldə edəcəklər.

Sahibkarlıqda ideya layihədən nə ilə fərqlənir?

M.K: Bəzən müs­­­­­­abiqələr ideyalar əsasında, bəzən isə real layihələr əsasında keçirilir. İdeya öz-özlüyündə həyata keçirilməsi üçün heç bir planı olmayan sadə bir fikir, bir düşüncədir. Layihə isə başlanma, sona çatma vaxtlarının bilindiyi, cəlb olunan resursların həcmi, xərclər və gəlirlər üzrə proqnozların məlum olduğu bir fəaliyyətdir.

N.V.: Startup Weekend layihəsində hər şey ideyadan başlayır. Məqsəd isə ideyanı 54 saat ərzində işləyən məhsula çevirməkdir. Ona görə Startup Weekendin formatı unikaldır. Minimum işləyən məhsul yaratmaqla, siz öz ideyanızı sınaya və bazara təqdim etmədən əvvəl onun insanlara lazım olub olmadığını yoxlaya bilərsiniz. İdeya əlbəttə ən birinci pillədir. Növbəti addım  öz komandanı və tam qiymətli məhsulunu yaratmaqdır. Startap Weekend isə tədbir zamanı iştirakçılara öz komandasını toplamaq imkanı verir. 

Ən yaxşı layihələr nəyə ümid edə bilərlər? Startup Weekend Baku investisiyaların cəlb olunmasına kömək edəcəkmi?

M.K.: Layihənin real dəyərləndirilməsi ilə yanaşı həm də işçi qrupların fəaliyyəti də qiymətləndiriləcək.  İdeyaları qiymətləndirən münsiflər heyəti ilə yanaşı auditoriyada investorlar da olacaq. Düşünürəm ki, maraqlı ideya və layihələr səslənsə investorlar o fürsəti dəyərləndirəcək.  

N.V.: Tədbirdə iştirak edən insanlar bəyəndikləri komandalara və layihələrə investisiya yatıra bilərlər. Amma əgər biz işlək investisiya mühiti yaratmaq istəyiriksə, ilk növbədə Bakıda biznes mələklər və vençur kapital bazarı yaradılmalıdır.

Sizin şəxsi sahibkarlıq təcrübəniz nədən ibarətdir?

M.K.: Mən özüm kiçik miqyaslı seqmentlərdə fəaliyyət göstərən bir neçə layihənin təsisçisiyəm. Onların bəziləri artıq 10 ilə yaxındır fəaliyyət göstərir, bəziləri isə startup olaraq inkişaf etməkdədir. Misal olaraq, mak.az, mobiz.az, medx.az layihələrini qeyd edə bilərəm. Bununla yanaşı bir neçə layihə də var ki, onlar yaradıldıqdan sonra, elə mənim təsisçisi olduğum Mak&Partners qrupu tərəfindən alınıb.

N.V.: Mən Vode.it platformasının yaradıcısı və həmən startapın marketinq şöbəsinin rəhbəriyəm. Əvvəlcə şirkətin adı 42video idi. Amma bir neçə ay bundan əvvəl biz rebrendinq edərək, 42video-nu video-xidmətlər üçün saxladıq, restoranların və digər əyləncə yerlərinin video-müşahidəsi üçün Vode.it əsas platformasını yaratdıq.  

Azərbaycanda sahibkarlığın hansı iki-üç əsas xüsusiyyətlərini qeyd edə bilərsiniz?

M.K.: Qeyd edim ki, bu xüsusiyyətlər çoxdur. Əsas üçlüyə isə bunları aid etmək olar: (1) Əsas məqsəd - dərhal qazanc əldə olunmasıdır; (2) Biznes bazarın təhlili aparılmadan və biznes plan tərtib olunmadan başlanır; (3) Daha çox intellektual biznes deyil, maddiyyata yönəlmiş, gözə çarpan layihələr inkişaf edir.

N.V.: Əsas xüsusiyyətlərdən biri budur ki, biz Azərbaycan sahibkarlığı barədə danışarkən, əsasən Bakını nəzərdə tuturuq. Azərbaycanda sahibkarlığın səviyyəsi aşağıdır. Onun inkişafı üçün şirkətlərin baniləri bir-birinə müxtəlif sahələrdə kömək etməlidirlər.

Sahibkar olmaq üçün İnsan hansı keyfiyyətlərə malik olmalıdır?

M.K.: Sahibkarın duyma qabiliyyəti və uzaqgörənliyi, dərin təhlil aparmaq qabiliyyəti və davamlılığı olmalıdır.

N.V.: Sahibkar müxtəlif xüsusiyyətlərə malik olmalıdır, lakin zənnimcə, əsas xüsusiyyətlər bunlardır: ekstremal vəziyyətlərdə ağıllı risk etmək, vaxtın planlaşdırılmış şəkildə idarə olunması və ümumiyyətlə işlərin planlaşdırılması, daim öz üzərində işləmək arzusu, pulu ağılla xərcləmək, işlədiyi sahəni mükəmməl bilmək.

Layihələr hansı xüsusiyyətləri əks etdirməlidir ki, siz onlara öz pullarınızı yatırasınız?

M.K.: (1) Qoyulmuş sərmayənin çıxarılması dövrünün qısa olması; (2) Layihənin texnologiya yönümlü olması; (3) Logistikanın minimum olması.

N.V.: (1) Əla komanda; (2) Məhsulun dəyərliliyi, ona tələbatın olması; (3) Perspektiv ideya.

Startup Weekend tədbiri Bakıda iyun 7-dən 9-dək keçiriləcək. Öz ekosisteminizə baş vurmaq imkanını əldən verməyin! Tədbirə aid bütün məlumatlarla http://baku.startupweekend.org/ internet səhifəsində tanış ola bilərsiniz.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (317)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (207)
+ Mebel və interyer (268)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (277)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (326)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (260)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (147)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.