az / ru
 
     
 
Ana səhifə > Praktikum > Menecment

İşçilərə məsafədən işləməyə icazə vermək olarmı?

20.05.2013 | Tatyana Lebedeva

Məsafədən işləmək və sərbəst iş qrafiki bu günün trendləridir.

Bir çox hallarda elə təəssürat yaranır ki, məsafədən iş sonsuz bir həzz və işsiz-gücsüz gəzmək deməkdir. Və yaxud da, yalnız bir-neçə ay ofisə getmədən işləyən şəxs düzgün nəticə çıxara bilər.

Məsafədən işləməyin üstünlükləri və çatışmazlıqları

Beləliklə, məsafədən işləmək – işçinin əmək funksiyalarını şirkətin ofisindən kənarda yerinə yetirdiyi əmək münasibətləri formasıdır.

Bəzi insanlara peşəkar fəaliyyətlə ev işlərini eyni vaxtda yerinə yetirmək zövq verir, başqaları isə bunun qəti surətdə əleyhinədir. Əgər siz ailəlisiniz və yorulmadan iki işdə işləyirsinizsə, başqa şəhərdə yaşayırsınızsa, yola sərf etməyə vaxtınız yoxdursa və ya sadəcə olaraq xəstələnmişsinizsə, bu halda «məsafədən işləmək» yaranmış vəziyyətdən çıxmağın ən optimal yoludur.

Elitsolutions şirkətinin marketinq üzrə meneceri Mədinə Orduxanovanın sözlərinə görə, istənilən digər işdə olduğu kimi, məsafədən işin də öz müsbət və çatışmayan cəhətləri var.

«Lakin əksər hallarda, evdə işləyərkən işçidə günah hissi yaranmağa başlayır və  o özünü istirahət günləri və gecədən xeyli keçmiş işlə yükləyir. Beləliklə, sağlamlıq üçün zərərli ola biləcək vərdişlər yaranır. Bəzən insan o qədər tənbəlliyə tutula bilər ki, özünə də baxmır», - deyə menecer bildirir.

Kimin üçünsə ofisdə işləmək, hər gün öz həmkarlarını görmək, hər zaman tonusda olmaq və həmkarlarının iştirakı ilə öz peşəkar vərdişlərini təkmilləşdirmək daha xoşdur.

İşəgötürən üçün üstünlüklər

İşçi üçün üstünlüklər

Əlavə məsrəflərə qənaət (kommunal xərclər, icarə haqqı)

Sərbəst iş qrafiki

Təşkilati texnika və dəftərxana məsrəflərində qənaət

Məsrəflərə qənaət (yol, yemək, ofis paltarı və sair xırda məsrəflər)

Təşkilati texnikanın saxlanması xərclərinə qənaət

Eyni zamanda bir neçə işəgötürən üçün işləmək imkanı

İşçiyə yalnız iş gördüyü vaxta və yerinə yetirilmiş layihəyə görə pul verilməsi

Şirkətin maliyyə vəziyyətinin pis olduğu təqdirdə iş yerinin qorunub saxlanması

Vergi və ayırmalara qənaət

Dress-kodun olmaması

Ofis işçisindən daha az əməkhaqqı vermək imkanı

Adət olunmuş şərait

Sosial paketlərdə qənaətlər

Paralel olaraq ev işlərini (şəxsi işləri) yerinə yetirmək imkanı 

Şirkətin maliyyə vəziyyətinin pis olduğu təqdirdə ştatın qorunub saxlanması imkanı

Müxtəlif şirkətlərdə işləmək imkanı hesabına işin əmək tutumluluğunun azaldılması 

Cədvəllərdən göründüyü kimi, məsafədən işləməyin həm işəgötürən, həm də işçi üçün müsbət və mənfi tərəfləri var. Bunun konkret hallarda nə qədər effektiv olduğuna isə təşkilatın fəaliyyət istiqamətindən, işçi heyətin kateqoriyasından və müəssisənin qarşısında duranq məqsədlərdən asılı olaraq, biznes sahibinin özünün işidir.

İşəgötürən üçün mənfi cəhətlər

İşçi üçün mənfi cəhətlər

İşçilərin təsbit olunmuş vəzifələrinin və məsuliyyətinin, habelə onlara təsir vasitələrinin olmaması

Sosiumun, təşkilati mühitin olmaması

Məsafədən işləyən işçidən istifadə etməyin mümkünsüzlüyü

Sabit yüklənmə və əməkhaqqının olmaması

Nəzarətin çətinliyi

Qanunvericiliyə uyğun olaraq, hüquq və zəmanətlərin olmaması

Məsafədən işləyən işçinin sərəncamında aşağıdakı parametrli kompüterin olması arzıolunandır:

CPU Celeron 2,6 QHs-dən pis olmmaq şərti ilə, operativ yaddaş 2048Mb, HDD 120Gb, Windows XP və ya Windows 7, MS Office 2003, 2007, 2010, antivirus proqramm təminatı, limitsiz  tarif planı ilə internetə fasiləsiz çıxış, ən azı 512 Kbit/san. sürətlə

Dələduzluq sistemlərinin qurbanı olmaq təhlükəsi

Fiksə olunmuş İP ünvanın olması arzuolunandır

Diqqətin yayılması amilinin güclü olması

Virtual ofis və ofisi təmsil edən işçilərin evdə olması – şirkətin nüfuzuna mənfi təsir edən amillərdir

Kommunal məsrəflərin işəgötürən tərəfindən ödənilməsi üçün ayrıca uçotun aparılması zərurəti

Kollektivin əməkdaşlarına və komandada işə təsir imkanının olmaması

Hüquq və vəzifələrin təsbit olunmaması

«Məsafədən işi» rəsmiləşdirməyi unutmayın

Təəccüblü deyil ki, Azərbaycanda bütün ofisi məsafədən işə keçirmək arzusunda olan işəgötürənlər də var.

Lakin sual meydana çıxır: bu cür «məsafədən münasibətləri» necə rəsmiləşdirmək olar ki, onun əməyinin ödənilməsin də «məsafə» yaranmasın. Şifahi razılaşmalar işçinin hüquqlarının, vəzifələrinin və hüquqi cəhətdən təsbit olunmaması cəhətdən təhlükəlidir və bunun nəticəsində həm işçi, həm də işəgötürən tərəfindən vəzifələr yerinə yetirilməyə bilər.

Şirkətlərin rayonlardakı ticarət nümayəndələri tez-tez məsafədən işləyirlər. Onların baş şirkətlərlə münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, mülki-hüquqi xarakterli əmək müqavilələri ilə tənzimlənir. Bir çoxları «məsafədən işə» gedərək, özləri fərdi sahibkarlıqda məşğul olurlar ki, buda bir çox hallarda çox riskli işdir.

«Məsafədən» işləyən şəxs Əmək Məcəlləsinin 44-cü maddəsinin 1 və 6 bəndlərinin tələbələrinin yerinə itirilməsində israrlı olmalıdır. Həmin bəndlər müqavilənin yalnız yazılı şəkildə tərtib olunmasını , sənəddə dəyişikliklərin isə tərəflərin razılığı ilə edilə biləcəyini ifadə edir. İşin gedişində yaranan əlavə vəzifələr əmək müqaviləsinə daxil edilir. Əgər onların həcmi böyükdürsə, o zaman ilkin əmək müqaviləsi yenidən tərtib olunur və ya düzəlişlər ayrılıqda tərtib və təsdiq olunur.

Peşədən və ixtisasdan asılı olaraq, məsafədən işləri uşağa qulluğa görə məzuniyyətdə olan qadınlar, hərəkətində məhdudiyyətlər olan, habelə əlil şəxslər  yerinə yetirə bilər. Əmək Məcəlləsinin 240-cı maddəsi hamilə və üç yaşadək uşağı olan qadınlarla müqavilənin bağlanmasından imtina edilməsini qadağan edir.

Bəzi hallarda virtual ofis – yalnız internetdə mövcud olan, ünsiyyətin yalnız müasir rabitə vasitələri ilə aparıldığı ofislərin işçiləri məsafədən işçilər olurlar. Məcəllənin 149-cu maddəsi işin işəmuzd ödənilməsi zamanı qiymətləri müəyyən etməyə kömək edər.

Ofisdən kənarda işləmək kimin üçün məqbuldur?

Mədinə Orduxanova bildirir: Düşünürəm ki, məsafədən işləmək üçün ən məqbul sahələr jurnalistika, tərcüməçilik, incəsənət sahəsində işlər və İT sahəsidir».

Marketinq, reklam və PR sahələrində məsafədən iş məsələn, meqapolis şəraitində hərəkətə sərf olunan vaxtın qənaət edilməsi üçün ən geniş yayılmış üsullardan biridir. Tədbiri, reklam kampaniyasını təşkil etmək üçün daim ofisdə olmaq lazım deyil. Ekspertlərin fikrincə, kreativ peşələrin mütəxəssisləri üçün ofis işi onların yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması məsələsində maneəyə çevrilə bilər.

«Biz məsafədən işin formatını o zaman nəzərdən keçiririk ki, ixtisaslı mütəxəssisləri lokal olaraq tapa bilmirik. Bu cür hallarda  biz məsələn jurnalistləri, proqramçıları MDB-nin digər ölkələrində axtarırıq.

«Bir qayda olaraq, motivasiya səviyyəsi və əvvəlki iş təcrübəsinə görə işçinin məsafədən işləyə bilib-bilməyəcəyini başa düşmək olar. Zənnimcə, bu cür işçiləri maksimum səyyar şəkildə işləməyin qəbul olunduğu biznes-mədəniyyətdə tapmaq asandır», – deyə Biznesinfo.az saytının həmtəsisçisi Natalya Korobko bildirir.

Bəzi hallarda iş şəraiti yaradılarkən təklik, çevik iş qrafiki, məxfilik kimi məsələlər nəzərə alınır ki, bu da ofisdə görülən «ictimai» işlə müqayisədə məsafədən işin üstünlüklərini aşkar edir.

Qeyd etmək lazımdır ki, məsafədən iş heç də həmişə iqtisadi cəhətdən özünü doğrultmur. Əksər hallarda bucür işin qiyməti ofisdə görülən işdən ucuz qiymətləndirilmir. Lakin, təşkilat prosesinin xüsusiyyətlərindən asılı olaraq, ona daha çox üstünlük veriləcək. Bu yüksək rəqabətin mövcud olduğu «fərdi yaradıcılığa» əsaslanan satışlar, layihələr, diqqətin xüsusilə cəmləşdirilməli olduğu iş növlərində: analitika, sistemləşdirilmə, alqoritm yazılması, məsləhətləşmənin bəzi növləri üçün səciyyəvidir.

«Məsafədən işin kifayət qədər uğurlu yerinə yetirilməsi bir çox sahələrdə mümkündür. Lakin üç daha çox qabarıq sahələri qeyd etmək lazımdır. Bunlar  konsaltinq, distant təhsil (müəllimlik) və marketinqdir. Hesab edirəm ki, Azərbaycanın əmək bazarında işin bu formatda təşkilinin əhəmiyyətini və vacibliyini diqqətə çatdırmaq hələ ki müyəssər olmur», - ARDNŞ idarəetmə hesabatlılığı və büdcə şöbəsinin aparıcı iqtisadçısı Rəşid Abbasov bildirir.

Beləliklə, ofis işçilərinə adətən işdə oturduqları vaxta görə, məsafədən işçilərə isə işin nəticəsinə görə pul verirlər. Məsafədən işçi maaşa işlədiyi nadir hallar istisna təşkil edir. Yəni, evdə işləyərkən siz işdən ayına bilməzsiniz, belə ki, işi vaxtında təhvil verməsəniz, sadəcə olaraq əməkhaqqından məhrum olacaqsınız.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.