az / ru
 
     
 
Ana səhifə > Praktikum > Menecment

İnformasiya texnologiyaları üzrə mütəxəssisi necə seçməli?

13.05.2013 | Tatyana Lebedeva
İT üzrə mütəxəssis ən azı aşağıdakıları bilməlidir:
 
Kompüter sistemi necə işləyir;
Kompüter sisteminə inzibatçılığı necə yerinə yetirməli;
Serveri təşkilat üçün necə sazlamalı, şəbəkə üzrə məhdudiyyətləri və şəbəkənin özünü necə idarə etməli;
Şəbəkəni necə qurmalı və bütün mümkün problemləri necə aradan qaldırmalı.

Sertifikatla, yoxsa onsuz?

Elit Solutions şirkətinin marketinq meneceri Mədinə Orduxanovanın sözlərinə görə, peşəkarlıq səviyyəsinin yüksək olmasına, yeni şeylər öyrənmək istəyinə, təfəkkürün sistemliliyinə diqqət yetirmək lazımdır.
«Mən İT üzrə mütəxəssisin diplomunun və ya sertifikatının olmasını vacib saymıram», deyə o bildirir.
 
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq, informasiya texnologiyaları üzrə mütəxəssis vakansiyasına bir qədər əvvəlki namizəd ilk ayları sınaq müddəti olmaqla işə başlaya bilər.
 
AIST group LLC İT şirkətinin aparıcı mütəxəssisi Bəhruz Manafov isə məsələyə bu cür münasibət bildirdi: «Təzə fəaliyyətə başlamış özəl şirkətlər bir çox hallarda sırf informasiya texnologiyaları ilə məşğul olurlar. Büdcələri isə məhdud olduğu üçün məhz özbaşına öyrənmiş mütəxəssisləri işə qəbul etməyə üstünlük verirlər.  Sertifikatı olmayan işçinin əməyi dəfələrlə az məbləğdə ödənilir. Amma hətta sertifikatı olan İT mütəxəssislər də bu cür işlərdən  təkliflərdən imtina etmirlər».
 
Yüksək ixtisaslı İT mütəxəssislərin çatışmaması üzündən bir çox azərbaycanlılar sonuncu kurs tələbələrini işə dəvət edir, onları öyrədir və özlərinə kadr hazırlayırlar.
 
Əgər işçinin potensialının olduğunu görsə, bir qayda olaraq şirkət öz mütəxəssisinin biliklərinin artırılması barədə təşəbbüs göstərəcək. Bu zaman şirkət öz «aytişnikinə» ixtisasartırma kurslarında təhsil almasını, sertifikat almasını təşkil edə bilər. Bunun əsasında da şirkətin nüfuzunun artması ilə bərabar həmin mütəxəssisin karyerası da yüksəlişə doğru gedəcək.
 
Baku Boston TV şirkətinin aparıcı mühəndisi Məhi Rüstəmovun sözlərinə görə, «Hazırda İT sənayesi sahəsində aparıcı yerləri mobil rabitə və televiziya xidmətləri göstərən şirkətlər tutur».
 
Proqram təminatını (PT) hazırlayan, satan və tətbiq edən firmalardan savayı (PO), İT mütəxəssislərin xidmətlərinə bank, telekommunikasiya, avtomobil, neft-qaz və digər sferaların da müəssisələrinin də ehtiyacı var. Belə ki, məhz «aytişniklər» kompüter infrastrukturu və şəbəkələrin dəstəklənməsini həyata keçirirlər.

Vəzifə öhdəlikləri

Texniki dəstək şöbəsinin əməkdaşları müasir ofisin işini təmin edirlər. Onlar istifadəçilərə müxtəlif İT sahəsində müxtəlif məsələlər dair məsləhətlər verirlər, habelə şəbəkəyə ilkin inzibatçılığı da yerinə yetirirlər. Bu vəzifə üçün yüksək ixtisas səviyyəsi tələb olunmur.
 
PT-nin işlənib hazırlanması üzrə mütəxəssislər (proqramçılar) sistem və tətbiqi mütəxəssislərə bölünürlər. Tətbiqi mütəxəssislər proqram təminatını işləyib hazırlayır, sistem inzibatçıları isə kompüterin işini təmin edirlər.
 
Azərbaycan bazarında saytlar işləyib hazırlayan, müasirləşdirən, dəstəkləyən veb-proqramçılara böyük tələbat var, həm də onlar bir çox hallarda saytın səhifələnməsi ilə də məşğul olurlar.
 
Sistem administratoru şirkətin bütün informasiya sistemlərinin inkişaf strategiyasını işləyib hazırlayır, illik büdcəni planlaşdırır, zəruri avadanlığın alınmasına görə məsuliyyət daşıyır, əməkdaşların kompüterlərinə proqramların yüklənməsini həyata keçirir və yeni proqramlar üzrə öyrədici təlimlər təşkil edir.
 
«Sistem administratoru» peşəsinə Azərbaycanın heç bir ali məktəbində öyrətmirlər. Buna görə də, bu sahədə böyük təcrübəsi olan mütəxəssislərə nadir hallarda rast gəlinir və onlar yüksək qiymətləndirirlər.
 
Layihə meneceri PT və veb-saytların yaradılması üzrə bütün işlərin gedişinə rəhbərlik edir. İT həllərin işlənib hazırlanması ilə məşğul olan şirkətlərdə layihə menecerlərinə tələbat böyükdür. Bir qayda olaraq, bu mütəxəssislər proqramçılardan «yetişir».
 
IT-direktor vəzifəsi iri şirkətlərdə və ya yaxşı inkişaf etmiş infrastruktura malik şirkətlərdə olur. İT şöbəsinin direktoru şirkətin İT infrastrukturunu yaradır. O həmçinin kompüter avadanlığının alınmasına dair irimiqyaslı layihələri də aparır, İT sistemlərinin zəruri məhsuldarlığını təmin edir, texniki dəstək bürosunu təşkil edir, büdcənin hazırlanması ilə məşğul olur və texniki təhlükəsizlik sistemini idarə edir.
 

İT mütəxəssisləri haradan tapmalı?

Orta və yuxarı səviyyəli İT mütəxəssislərin axtarışını yəqin ki, müxtəlif internet-resurslarda, məsələn, forumlarda və ixtisaslaşmış saytlardan başlamaq lazımdır.
Bəzi hallarda şəxsi tanışlıqlar da yaxşı nəticə verir. Hazırda bir çox «aytişniklər» iş yerlərini tez-tez dəyişirlər və bunun üçün əsas motiv rolunu ilk növbədə daha yüksək səviyyəli əməkhaqqı olur. İkinci yerdə isə peşəkar inkişaf imkanı durur: İT sahəsi çox sürətlə inkişaf edir, buna görə də, əldə olunmuş bilik və təcrübə tez köhnəlir.
 
İT sahəsində top-meneceri rekrutinq agentliyi vasitəsilə tapmaq olar. Bu zaman həmin agentliyin sifarişçinin tələblərinin spesifikasını nəzərə almağa qadir olduğuna əmin olmaq lazımdır.
 
Təcrübə göstərir ki, iri beynəlxalq korporasiyalarda gənc istedadların tapılması üzrə əsas mənbələrdən biri təcrübəçi proqramlarıdır. Azərbaycanda bir çox hallarda şirkətlər işə bir neçə ekspert götürür, qalan vəzifələri isə təcrübəçilər, kiçik mütəxəssislərlə doldurur və bununla da, zəruri bilik və təcrübə toplanmasına motivasiyanı artırırlar.
 
AZFEN J.V. şirkətinin sistem administratoru Fərhad Kərimov məsələni belə şərh edir: «Uzun müddət ərzində belə bir tendensiya var ki, İT mütəxəssislər öz bilik və bacarıqları ilə həvəssiz bölüşürlər. Azərbaycanda artıq könüllü Texnoloji Qrup işləyir. İT sahəsində çətinlik meydana çıxdıqda, bu təşkilatın saytında sual vermək və pulsuz olaraq əminliklə səriştəli məsləhət almaq olar. Düşünürəm ki, Azərbaycanda informasiya mübadiləsi işi yaxşı qurulsa, İT sahəsi daha sürətlə inkişaf edər».
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.