az / ru
 
     
 
Ana səhifə > Praktikum > Menecment

Bakıda dayanacaq yerləri kifayət qədərdirmi?

26.04.2013 | Tatyana Lebedeva

Kim deyərdi ki avtomobil dayanacağı kimi sadə bir məsələ birinci dərəcəli məsələyə çevrilə bilər. Xüsusilə də, əgər siz Bakıda avtomobili saxlamaq üçün dayanacaq axtarırsınızsa.

Paytaxtda avtomobillərin sayının artması ilə əlaqədar avtomobillərin müvəqqəti olaraq təhlükəsiz bir yerdə saxlayaraq iş dalınca getmək xeyli çətinləşib. Bəzən bir künc tapıb avtomobili saxlamaq üçün saatlarla ətraf küçələri dolaşmaq lazım gəlir. Hamı cərimədən qaçaraq evakuatordan yaxa qurtarmaq çoxlarının arzusudur.

Dayanacaq «istilaçıları»

Avtomobil sahibi Elçin Əfəndiyevin fikrincə, Bakıda avtomobil dayanacaqlarının sayı azdır.

«Praktik olaraq şəhərin bütün yolları sarı və ya ağ xətlərlə işarələnib ki, onlar da nəinki durmağı, hətta avtomobil sahibinə lazım olan yerdə dayanmağı da qadağan edir. Yolun avtomobil sürücülərinə maşını sərbəst saxlamağa imkan verən hissələri, demək olar ki, pulu dayanacaq nümayəndələri tərəfindən «işğal olunub». Onların şəhərdə fəaliyyətinə ərazidəki müfəttişlər və yerli hakimiyyət orqanları dəstəkləyirlər», deyə sürücü bildirir.

Avtomobil sahiblərinin əksəriyyətinin bədbinliyinin səbəbi dayanacaq yerlərinin qiymətinin yüksək olması ilə bağlıdır. Məsələn, iş günləri saat 9.00-dan 19.00-a qədər yeni, «Molokan bağı»nda yerləşən üstü örtülü dayanacaqda aylıq qiymət 120 AZN-dir. Bu isə yerli əmək haqları ilə müqayisədə kifayət qədər yüksəkdir. Dayanacağın hər saatına görə orada 70 qəpik pul alırlar. Əgər nəzərə alsaq ki, avtomobili gün ərzində təqribən on dəfə saxlamaq lazım gəlir, alınan məbləğ hər cib üçün yükdür…

Buna görə də, avtomobil sahibləri qeyri-leqal dayanacaqların xidmətlərindən istifadə etməyi üstün tuturlar və ya riskə gedərək avtomobili qadağan olunmuş yerlərdə saxlayırlar.

Medalın arxa tərəfi

Özəl dayanacaqları işlədənlər isə qısa müddət ərzində obyektin yenidən qurulmasına yatırdıqları vəsaitləri qaytarmağa çalışır və qeyri-adi, ölçüyə gəlməz qiymətlər qoyurlar.

Ən çətini şəhərin mərkəzində avtomobil saxlamaqdır. Sıravi bakılılar öz avtomobili harada saxlayıb, maşından çıxıb ailəsi ilə Bakının mərkəzində və ya bulvarda gəzmək barədə min dəfə düşünməli olurlar. Çünki şəhərin mərkəzində xüsusi olaraq bunun üçün təchiz olunmuş yerlər azdır. İri həcmli dayanacaqlar hələ tikilməkdədir. Lakin onların sahibləri mətbuatla ünsiyyətə o qədər də həvəsli deyillər, nəzərdə tutulan gəlirləri isə onlar hələ ki, yalnız kağız üzərində görürlər.

Bakı avtomobilçiləri, bir qayda olaraq, dayanacaq nəzarətçilərinə 20-50 qəpik pul «ötürürlər» və bunu həvəslə etdikləri də görünür. Xüsusilə də, dayanmaq üçün yerlərin hamı üçün kifayət etmədiyi yerlərdə. Lakin bu yolla dayanacaq yerləri  problemindən heç jdə həmişə qaça bilmirlər. Küçələr nəqliyyat vasitələri ilə doludur.

Qeyd edək ki, bir çox yeni tikilən binalarda, şəhərin ticarət mərkəzlərində elə dayanacaqlar var ki, orada avtomobili uzun müddətə də saxlamaq olar.

Son illər Bakıda bir neçə çoxsəviyyəli dayanacaqlar tikilir. Düzdür, bu yaxınlarda onların birində, paytaxt miqyasında kiçik bir xoşagəlməz hal baş vermişdi. Aprelin 24-də şəhərin Neftçilər prospektində yolun bir hissəsi çöküb. Həmin yolun altında 2000 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq yerləşir. Xoşbəxtlikdən hadisədə heç kim xəsarət almayıb.

Bir qayda olaraq, avtomobilin yeraltı pulu dayanacaqlarda istirahəti sutkada 1-2 AZN-ə başa gəlir. «Metro Park» ticarət mərkəzində avtomobil dayanacağı hələ ki pulsuzdur. Nobel prospektində, «Xətai» metro stansiyasının yaxınlığında yerləşən Amay Ticarət Mərkəzinin yerlatı dayanacağında isə avtomobilin saxlanması üçün sutkada 1 AZN ödəmək lazımdır.

Son zamanlar Park Bulvar Ticarət Mərkəzinin avtomobil dayanacağı populyarlaşıb: həmin dayanacaqda ilk 15 dəqiqə pulsuzdur. 15 dəqiqədən sonra isə dayanacaq ərazisində aşağıdakı qiymətlər qüvvədədir:

  • 1 saata qədər – 1 AZN
  • 1-3 saat – 2 AZN
  • 3-8 saat – 3 AZN
  • 8-12 saat – 6 AZN
  • 12-15 saat – 10 AZN

McDonalds fast-fudunun yaxınlığında yerləşən Nərgiz TM-in də dayanacağına tələbat son zamanlar xeyli artıb. Burada avtomobilin 1 saat saxlanması üçün 1 AZN ödəmək lazımdır.

Bakının mərkəzində, «Nizami» metro stansiyası yaxınlığında, Cəlil Məmmədquluzadə küçəsində çoxmərtəbəli avtomobil dayanacağını da yaddan çıxarmaq olmaz. Onun xidmətlərindən aşağıdakı tariflərlə istifadə etmək olar:

  • 6 saat - 1 AZN
  • 12 saat – 2 AZN
  • 24 saat – 4 AZN

Həmin dayanacaqda aylıq abonomentin qiyməti 100 AZN-dir. Səməd Vurğun küçəsindəki Park Senter TM-in pulu dayanacağında eyni abonomentin qiyməti isə iki dəfə bahadır.

Beləliklə, əgər pul xərcləmək istəyirsinizsə, Bakıda avtomobili saxlamaq üçün yer tapmaq olar. Hal bu ki, həmin Park Senter-də 300 dayanacaq yerindən yarısı boş qalır.

Əlbəttə, dayanacaq üçün hər ay 200 AZN ödəsən, bir illik dayanacağın qiyməti təqribən elə avtomobilin öz qiymətinə tən gəlir!

Daha bir paradoks: dayanacaqların «gülməli» qiymətləri yalnız paytaxtda avtomobillərin sayını artıracaq.

Lakin istənilən halda yol polisinin əməkdaşı sizə xatırladacaq ki, əgər avtomobil almısınızsa, zəhmət çəkin dayanacaq qaydalarına riayət edin.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin şöbə müdiri, polkovnik-leytenant Vaqif Əsədov bildirir ki, avtomobili icazə verilməyən yerdə saxlanmasına görə avtomobil sahibləri «Yol hərəkəti haqqında» qanunun 158-1.1 maddəsinə uyğun olaraq 20 AZN cəmimə olunurlar. Sürücü şəxsi avtomobilini ictimai nəqliyatın dayanacağında, ondan 15 metr məsafədə və ya xüsusi nəqliyyat vasitələrinin dayanacağında saxlayırsa, o halda qanunun 158-1.2 maddəsinə əsasən 40 AZN cərimə ödəməli olacaq. Nəzərdə tutulmamış yerlərdə və ya ictimai nəqliyyatın dayanacağında sərnişinlərin düşürülüb mindirilməsinə görə isə 60 AZN ödəmək mümkündür.

Beləliklə, Bakıda nə ilə hərəkət etmək daha sərfəlidir: avtomobildə, yoxsa…..? Çox güman ki, avtomobil sahibləri birmənalı olaraq belə cavab verəcəklər: «Piyada».

 
Açar sözlər: nəqliyyat Bakıda dayanacaq
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.