az / ru
 
     
 
Ana səhifə > Praktikum > Menecment

Azərbaycanda barter sövdələşmələri

08.04.2013 | Tatyana Lebedeva

Barter sövdələşmələri ölkədə bazar münasibətlərinin inkişaf səviyyəsinin göstəricisidir. Maliyyə böhranı dövründə bir çox ticarət firmaları üçün barter sövdələşmələri daha çox sərfəlidir. Axı bu sövdələşmələr minimum pul yatırımı tələb edir və bir qayda olaraq, malların dəyişməsi əməliyyatlarının aparılmasına zəmanət verir. Bir tərəfdən, barter sövdələşmələri ticarəti ləngidir, digər tərəfdən isə xarici ticarət mübadiləsini genişləndirir.

Barter nədir?

Barter sövdələşmələri – dəyərinə görə ekvivalent olan malların, işlərin, xidmətlərin, intellektual fəaliyyətin nəticələrinin mübadiləsinə dair fəaliyyətdir. Onlar həm ikitərəfli, həm də çoxtərəfli ola bilər.

Barter sövdələşmələri zamanı pul və ya digər ödəniş vasitələrindən istifadə olunmur. Barter müqaviləsində eyni qiymətli və qarşılıqlı göndərilən malların, xidmətlərin sayı, yaxud tərəflərin tədarükü həyata keçirəcəyi məbləğ qeyd olunur.

Barter sövdələşməsini formalaşdırmağa başlamazdan əvvəl sahibkar nələri bilməlidir? Qarşı tərəfin mühasibat hesabatlılığını təhlil etməyə kömək edəcək vasitəçi və məsləhətçiləri tapmalıdır. Və bu zaman etibarlı nüfuza sahib olan, barterlə iş təcrübəsinə malik şirkətlərin təkliflərini seçmək lazımdır.

Hansı sövdələşmələr daha sərfəlidir

Azbarter şirkətinin barter sövdələşmələri üzrə analitiki Xəyal Məmmədxanlının fikrincə, berterə tələbat hər zaman olacaq, çünki, sahibkarların ilkin məqsədi nağd pulların qorunması olmalıdır. «Nağd pulların əldə toplanmasına maraq keçmişdən zamanlardan bəri mövcuddur və tarix göstərir ki, onun həddən artıq çox olması heç kimə və heç bir dövrdə narahatlıq gətirməyib. Barter dörd əməliyyatı bir yerdə birləşdirməyə kömək edir: öz mal və ya xidmətlərinin satışı, əldə olunmuş pulları, digər malların, xidmətlərin satışı və daha iki əməliyyatı – malların, xidmətlərin satışı və alınmasına pulların xərclənməsi.

Barter demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə edir. Hazırda Azərbaycanda reklam xidmətləri, kompüter və ofis ləvazimatlarının alınması, müxtəlif treninqlərin və kursların keçirilməsi üzrə barter daha çox populyardır.

Tikintidə barter işlərin aparılması üçün heç də sonuncu üsul olmayıb. Məsələn, podrat xidmətlərinə görə mənzillərlə hesablaşma – geniş yayılmış variantdır. Maliyyə böhranı barterə yeni nəfəs verib. Tikinti şirkətləri müflisləşmədən qaçınaraq podratçılarla hazır mənzillərlə hesablaşırlar.

Düzdür bunda böyük bir qüsur da var. Çətin ki, mənzili bazar qiymətinə barter etmək mümkün olsun. Amma, bu variant müflisləşmədən dəfələrlə yaxşıdır. Həm də Azərbaycanda bir sıra tikinti şirkətləri hətta sığorta şirkətləri ilə də barterə keçib. Düzdür, bu cür barter zəncirini qurmaq üçün onlara çoxlu vaxt ayırmaq lazım olur.

Malların nağdsız ixracı

Xarici ticarət əməliyyatları zamanı barter sövdələşmələrinin həyata keçirilməsi qaydası bizim ölkəmizdə Dövlət Gömrük Komitəsinin «Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarət barədə» Təlimatının 2.1.4 bəndi ilə müəyyən olunub. Barter əməliyyatları zamanı vergilərin ödənilməsi isə Vergi Məcəlləsinin 14-cü maddəsində əksini tapıb.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, Barter əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və alınması müddəti 90 günədək müəyyən olunur.

Dövlət müəssisələri və Nizamnamə fondunda dövlətin pay haqqı 50%-dən yuxarı olan müəssisələr tərəfindən bağlanmış barter müqavilələri İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə, digər müəssisələr tərəfindən bağlanmış barter müqavilələri isə, gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir.

Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən aşağıdakı sənədlər tələb olunur:

  • istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə (ixracatçı qeyri-dövlət müəssisəsi olduqda);
  • ixrac olunan malın dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi;
  • xarici tərəflə bağlanmış barter müqaviləsi (ixracatçı dövlət müəssisəsi olduqda Ticarət Nazirliyində qeydiyyatdan keçirilmiş);
  • ixrac olunan malın mənşə sertifikatı;
  • ekvivalent məbləğdə malların vaxtında Azərbaycan Respublikasına gətiriləcəyi və yaxud valyuta vəsaitinin ixracatçının müvəkkil bankdakı valyuta hesabına köçürəcəyi barədə zəmanət öhdəliyi.

Barterin çatışmazlıqları

«İqtisadi Tədqiqatlar Mərkəzinin» (İTM) eksperti Qubad İbadoğlu hesab edir ki, «hazırda Azərbaycanda barter sövdələşmələrinin həcmi 5-10 il bundan əvvəlkindən azdır. Barter böyük şübhələr doğurur. Belə ki, bu sövdələşmələr üzrə vergi öhdəliklərinə nəzarət etmək mümkün deyil. Təbii qaz, neft-kimya, tikinti materialları istehsalında barter əməliyyatlarının həcmini nəzərə almaq xüsusilə çətindir. Bazarın barterə ehtiyacı bir o qədər də əhəmiyyətli deyil. Belə ki, Azərbaycanda artıq bank sistemi yaradılıb, sabit valyuta ehtiyatı var və nağd pullara tələbat yoxdur.

Sözsüz ki, barter sövdələşməsi zamanı vergitutma ilə bağlı problemlər meydana çıxa bilər. Malların və xidmətlərin normal pul bazarının olmadığı bir şəraitdə onların bərabər və ədalətli qiymətinin müəyyən olunmasında razılaşdırılmama halları meydana çıxır. Bundan əlavə, hətta barter sövdələşməsinin hər iki malı güzəştli mal olsa belə, onlara güzəştli ƏDV tətbiq etmək mümkün deyil. Natural şəkildə əmək haqqı alarkən isə işçinin avansı və ya mükafatının məbləği ilə bağlı suallar kəskin şəkil alır.

Barter sxemi tətbiq olunarkən beynəlxalq sövdələşmələrin həyata keçirilməsi müddətlərindəki məhdudiyyətlərlə bağlı çətinliklər də ola bilər. Bu isə öz növbəsində cərimələr üzündən vergi borclarının artmasına gətirir.

Barterin vergitutma ilə bağlı üstünlükləri varmı?

Vergitutma məsələsində barterdən əldə olunan gəlir nağd pul şəklində gəlirlə eynidir və vergi güzəştləri ona aid deyil. Barter vergitutmanın optimallaşdırılması vasitəsi deyil, marketinq alətidir. Pul gəlirlərində olduğu kimi, barter mübadiləsi yolu ilə alış zamanı da  (əgər onlar kommersiya fəaliyyəti ilə bağlıdırsa) vergi tutulur.

Hər şeyə rəğmən, barter sövdələşmələri də iqtisadiyyatda böyük rol oynayır. Barter hər zaman işlək mexanizm olacaq. Çünki onun bir çox üstünlükləri var ki, bunlardan da, sözsüz ki, hələ bir neçə nəsil biznesmenlər yararlanacaqlar.

 
Açar sözlər: barter barter sövdələşmələri
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (341)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (163)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (528)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (327)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (265)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.