az / ru
 
     
 
Ana səhifə > Praktikum > Menecment

Azərbaycanda İT-biznes sahəsində meyllər

04.03.2013 | Tatyana Lebedeva

Azərbaycanda İnformasiya texnologiyalarına (İT) aid biznes sahələri praktik olaraq iflasa uğramırlar və bu da yeni şirkətlərin yaradılmasını stimullaşdırır. Ekspertlər bildirirlər ki, son illər Azərbaycan bazarında informasiya texnologiyalarına maliyyə yatırımında risk minimaldır. Belə ki, təkcə ötən il Azərbaycanda İT sahəsində 161 şirkət açılıb.

Çiçəklənən bazar

Azərbaycanda İT-biznes sahəsində hansı şirkətlər aparıcı mövqeyə malikdir? Egosoft şirkətinin direktoru Nizami Abduləzimov Azərbaycanın Risk, Sinam, Ultra və İdrak kimi İT şirkətlərinin texnoloji nöqteyi-nəzərdən kifayət qədər ciddi işlər yerinə yetirdiyini bildirir.

«Lakin, ölkə miqyasında çox iri şirkətlərin olmasına baxmayaraq, Azərbaycanda bazarın hələ tam dolmasına çox var», - deyə ekspert bildirir.

Bir tərəfdən, bir çox sahələrdə, xüsusilə də biznes üçün proqram təminatının işlənib hazırlanması və tətbiqi sahəsində həm hazır həllər, həm də layihələrin yerinə yetirilməsi üçün resurslar çatışmır. Digər tərəfdən, İT xidmətlərinin və həllərin əksər sifarişçiləri təkliflərdən yaxşı baş çıxarmırlar.

Abduləzimovun fikrincə, iqtisadiyyatın sabit inkişafı yaxın 5 ildə İT sektorun strukturunun tam formalaşması üçün şərait yaradır. Lakin ekspertin özünün biznesi əmək bazarında təklifin təsiri altındadır. Belə ki, mütəxəssislərin çatışmazlığı şirkətin böyüməsinə mane olur.

AZFEN J.V. şirkətinin sistem administratoru Fərhad Kərimov isə hesab edir ki, İT sahəsində ixtisaslaşmış mütəxəssislərə ehtiyac var. «Bu gün işə qəbul zamanı işəgötürənlər istəyirlər ki, əməkdaşlar bir neçə istiqamətdə ixtisaslaşmış olsunlar. Tutaq ki, hansısa Azərbaycan şirkətinin sistem, şəbəkə və verilənlər bazası administratoruna ehtiyacı var. Bu halda şirkət o mütəxəssisi  işə dəvət edir ki, həmin şəxs bu üç vəzifənin öhdəsindən tək gələ bilsin. Bu cür vəziyyət dar ixtisaslaşmış İT seqmentlərinin inkişafını ləngidir və bu problem ildən ilə böyüyür», - deyə Kərimov bildirir.

Bahalı mütəxəssislər

Son vaxtlar Azərbaycanda İT mütəxəssislərə tələbatın strukturunda ciddi dəyişikliklər müşahidə olunur. Proqramçılara qoyulan tələblər çox yüksəlib, şirkətlər ilkin səviyyəli mütəxəssisləri işə götürməyə hazır deyillər. Onlara iş təcrübəsi olan, mürəkkəb məsələləri həll etməyə qadir olan proqramçılar lazımdır. İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə İnformasiya Mərkəzinin məlumatlarına görə, şirkətlər bu cür işçilərə 3 000 AZN ödəməyə hazırdırlar. Azərbaycanda proqramçıların orta aylıq əmək haqqı 700-900 AZN təşkil edir. Lakin bu məbləğdə əməkhaqqına yalnız 2-5 il iş təcrübəsi olan mütəxəssislər ümid edə bilərlər.

Müqayisə üçün: Azərbaycanda proqramçılar Böyük Britaniyada olduğundan 11 dəfə az əməkhaqqı alırlar. Hal bu ki, WageIndicator Fondunun məlumatlarına görə, MDB-nin digər ölkələrində proqramçıların gəlir səviyyəsi onların azərbaycanlı həmkarlarının əməkhaqqından aşağıdır.

Aşağı risk səviyyəsi

Milli İT sənayesində kommersiya riskləri səviyyəsini ancaq su təchizatı, bərk tullantıların toplanması və emalı sahəsində risklərlə müqayisə etmək olar. Bu sahələrdə isə, risklərdən ümumiyyətlə danışmamaq da olar.

Ötən il Azərbaycanda yalnız bir İT layihəsi bağlanıb (o da layihə sahiblərinin arzusu ilə).

Azərbaycanın Dövlət Statistika Komitəsi 2013-cü ilin əvvəlinə İT sahəsində 1 680 müəssisə və təşkilat qeydə alıb. Bu ümumilikdə ölkədə qeydiyyatdan keçmiş hüquqi şəxslərin 2,1%-ni təşkil edir. İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların sayı 2012-ci il ərzində 13,1% artıb. Azərbaycan heç bir digər sahəsində bu cür artım olmayıb.

Aparıcı istiqamətlər

BakuBostonTV şirkətinin aparıcı mühəndisi Məhi Rüstəmovun fikrincə, Azərbaycan postsovet məkanında İT sənayesinin inkişafı sahəsində ilk yerlərdən birini tutur.

«Azerspace çoxtəyinatlı rabitə peykinin cari ilin əvvəlində uğurla orbitə çıxarılması və istismara verilməsi bunu sübut edir», - deyə ekspert bildirir.

2G və 3G standartlarına uyğun mobil rabitə xidmətləri göstərən şirkətlər də İT sahəsində liderdirlər. İnternetə geniş zolaqlı, yüksək sürətli çıxış sahəsində Azərbaycanda 20-dən çox şirkət fəaliyyət göstərir. Onların hamısı ADSL texnologiyası əsasında internetə çıxışı təmin edirlər. Onların bir çoxu FTTH  (evə qədər optik-lif), FTTP (binaya qədər optik-lif), FTTC (paylayıcı qutuya qədər) tipli həlləri həyata keçirirlər.

İstifadəçilərə 2 Mbit/s-dən 100 Mbit/s-yə qədər sürətli internet təklif olunur. Azərbaycan televiziyası 2013-cü ilə qədər tam rəqəmli formata keçəcək, BBTV, KaTV, AiləTV, Connect TV kimi özəl şirkətlər isə artıq bu gün rəqəmli formatda pullu xidmət göstərirlər.

İnvestisiya cəlbediciliyi

ForexClub Makroiqtisadi Tədqiqatlar Mərkəzinin məlumatlarına görə, Azərbaycanın İT şirkətləri öz məhsullarını uğurla Cənubi Qafqaz bazarlarına çıxarırlar. Lakin ixrac bazarı təkcə yaxın ölkələrlə məhdudlaşmır.

İsveçin bir sıra aparıcı İT şirkətləri Azərbaycanı Qafqazda informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində, xüsusilə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının layihələrində strateji tərəfdaş kimi qiymətləndirir. İsveç nümayəndələri açıq şəkildə Azərbaycanda İKT sahəsinə investisiya yatırılmasında maraqlı olduqlarını bəyan ediblər.

Perspektivdə Azərbaycanda texnoparkın və İT universitetlərinin yaradılması bu sektorun aktiv inkişafına təkan verəcək.

Bununla əlaqədar olaraq, 2013-cü ildə keçiriləcək 19-cu BakuTel-2013 Beynəlxalq telekommunikasiya sərgisi və «Telekommunikasiya və informasiya texnologiyaları» konfransı çərçivəsində İKT üzrə Azərbaycan-İsveç biznes-forumunun təşkili planlaşdırılıb.

Lakin Azərbaycan bazarı təkcə İsveç sərmayəçiləri üçün açıq deyil. Türkiyə də İKT layihələri, mikroelektronika, kosmik sənaye, radio və televiziyanın inkişafı sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Ölkənin İT sahəsində mühit ciddi şəkildə şirkətlərin iqtisadi vəziyyətindən asılıdır.

Analitiklərin fikrincə, yaxın vaxtlarda Azərbaycanda İT biznesin əsas sahələri aşağıdakılar olacaq: mobil texnologiyalar və planşetlər, Mobile-to-Mobile (M2M) texnologiyaları, Customer Relationship Management (CRM) təşkilatları üçün tətbiqi proqram təminatı.

 
Açar sözlər: texnologiyalar İT biznes
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (317)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (207)
+ Mebel və interyer (268)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (277)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (326)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (260)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (147)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.