az / ru
 
     
 
Ana səhifə > Praktikum > Menecment

Ofisi nə üçün yaşıllaşdırmalı?

25.02.2013 | İnna QRİŞUK

Ofisdə işığı söndürməyi unutmusunuz?  Kompüter və ya kondisioner qoşulmuş qalıb? O qədər də vacib olmayan sənədi 30 səhifədə çap edib, sonradan zibil vedrəsinə atmısınız?

Ofis işçiləri ən sadə qənaət barədə çox az-az hallarda düşünürlər. Bu isə təkcə işəgötürənin cibinə deyil, ətraf mühitə də ziyan vurur. Soruşacaqsınız ki, vəziyyəti necə düzəltmək olar? Məlum olub ki, bunun üçün sadəcə olaraq ofisi yaşıllaşdırmaq kifayətdir.

«Yaşıl ofis» nədir?

O ofisi «yaşıl» və ya ekoloji adlandırmaq olar ki, orada işçilər müəssisənin ehtiyatlarına və nəticə etibarilə ümumilikdə planetin resurslarına qənaət edirlər. Qısaca desək, bu konsepsiya kollektivdə ofisin resurslarına qənaətcil münasibətin formalaşmasına istiqamətlənmiş daxili ekoloji siyasətin tətbiqini nəzərdə tutur.
«Yaşıl» ofis 3R konsepsiyasına əsaslanır:

Reduction – azaltma (su, enerji və digər ehtiyatlardan istifadə).

Refinement – təkrar istifadə (ofislərdə işləyərkən tullantıların azaldılması).

Replacement – dəyişdirmək (ətraf mühitə təsiri minimuma endirən mal və xidmətlərdən istifadə, nəqliyyatın şəxsi və işgüzar məqsədlərlə daha səmərəli istifadəsinin təbliği).

İlk növbədə bu barədə rəhbərliyin özü düşünməlidir ki, onun nümunəsində də bütün kollektiv daha qənaətcil olmalıdır.

Ekologiya ilə qənaətcilliyin arası bir addımdır

Rasional ekoloji idarəetmə ilk növbədə özünün iqtisadi məqsədəuyğunluğu ilə diqqəti cəlb edir. Axı, aydındır ki, işıq, istilik, su və istifadə olunan materiallara qənaət etdikcə, biz ofisin saxlanması üçün məsrəfləri azaldırıq.

MDB ərazisində «yaşıl» prinsipləri işləyib hazırlamış və öz nümayəndəliklərindən birində tətbiq etmiş ilk ictimai təşkilat Greenpeace təşkilatı olub. Hesablamalar göstərir ki, onlar bu yolla ofisin saxlanması xərclərini 12% azaltmağa nail olublar. Bundan əlavə, «yaşıl»  standartlara keçidi tərəfdaşlar və müştərilərin gözündə şirkətin imicini yaxşılaşdıran yaxşı davranış nümunəsi də hesab etmək olar.
«Yaşıl ofis» layihəsindən bir neçə faydalı tövsiyə:

1.         Elektrik enerjisi

Ofisdə közərən lampalardan istifadə etməyin (təhlükəsizlik və işıqlandırma sisteminin texniki xüsusiyyətlərinin tələb etdiyi hallar istisna olmaqla). Boru şəkilli lüminessensiya lampalarının işə salınmasını tənzimləyən elektron cihazlar alın.

İşıqlandırmaya avtomatik nəzarət sistemindən istifadə edin: fotorele, hərəkətə, otaqda işçilərin olmasına reaksiya verən cihazlar və i.a. (mümkün olduğu yerlərdə).

2.         İstilik

Otaqda temperaturun tənzimlənməsi üçün ofisdə əl ilə işləyən və avtomatik istilik verilməsi sistemlərini quraşdırın.

3.         Su

Sudan istifadənin uçotu üçün ofisdə cihazlar quraşdırın və onların göstəricilərinə uyğun olaraq ödəniş edin. Kranların və sanitariya texnikasının işlək vəziyyətdə olmasına nəzarət edin.

Sensorlu qarışdırıcılar və ya qollu kranlar quraşdırın.

Adi sabunu maye sabunla əvəz edin.

Unitazların baklarını suyun axıdılmasının iki rejimi ilə təchiz edin.

4.         Ehtiyatlar

Ofis üçün kağız seçərkən (o cümlədən texnika üçün və tualet kağızı), tam və ya qismən  təkrar xammaldan hazırlanmış və Meşə Qəyyumluğu Şurasının (FSC) sxemi üzrə sertifikatlaşdırılmış malları alın.

Sənədləri vərəqlərin hər iki üzündə çap etməyə çalışın, qaralamalar üçün isə lazımsız kağızların arxa tərəflərini istifadə edin.

Ofisdə tullantıları ayrı-ayrı, ən azı üç kateqoriya üzrə toplayın (kağız, plastik, şüşə) və onu xüsusi qəbul məntəqələrinə təhvil verin.

5.         Toksik çirklənmə

Ofisdə tərkibində xlor və xlor-üzvi birləşmələr olan məişət kimyası vasitələrindən, habelə fosfat və fosfonatlardan istifadə etməyin.

Əgər bazarda alternativ, daha ekoloji məhsul varsa, tərkibində polivinilxlorid (PVX) olan dəftərxana məmulatlarını almaqdan imtina edin.

Pəncərələri dəyişdirərkən tərkibində PVX olmayan malları seçin.

Ofisdə birdəfəlik qablardan istifadə etməyin. Gigiyenik nöqteyi-nəzərdən bu mümkün deyilsə, suya davamlı karton məmulatlar alın. Bu cür qabları istifadədən sonra makulatura qəbulu məntəqəsinə təhvil vermək olar.
Ən yaxşısı işçilərdən başlamaqdır

Bizi suya və işığa qənaət etməyi əsasən məktəbdə öyrədiblər. Lakin işçilər işə gəldikdən sonra onlar bu sahədə qaydaları unudurlar. Buna görə də, ən əsas məsələ ofis resurslarının əsas istehlakçısı, bəzi hallarda isə israfçısı rolunda çıxış edən kollektivlə işin aparılmasıdır. Burada əsas olan əməkdaşlara sadəcə olaraq kompüterləri axşamlar söndürməyi əmr etmək, mobil telefonun akkumulyator doldurucusunu rozetkada saxlamağı qadağan etmək deyil. Bunun nə üçün edildiyini də izah etmək vacibdir.  

Hər bir əməkdaş bilməlidir ki, məsələn, «yatmış» rejimə keçən kompüterlər də enerji işlətməkdə və onu istilik şəklində səpməkdə davam edirlər. Söndürülmüş kompüterin akkumulyator doldurucusu şəbəkəyə qoşulmuş olduqda, qızmaqda davam edir və bu zaman çox qiymətli enerji işlədir. Artıq hesablanıb ki, bütün istismar müddəti ərzində bu cür qurğular kompüterin ümumilikdə istifadə etdiyi elektrik enerjisinin 40%-ni boşuna sərf edir. Avropada texnikanın üzərində onun nə qədər enerji cəhətdən səmərəli olması, hətta, nə qədər enerji işlətdiyi və nə qədərini səpələdiyi qeyd olunur.

Təcrübə göstərir ki, ən çətini işçilərə sənədləri boş-boşuna çap edərək mürəkkəbi, kağızı və elektrik enerjisini faydasız işlətməyi tərgitdirməkdir. Minlərlə Avropa şirkətində, indi isə bəzi Azərbaycan şirkətlərində də, hər bir göndərilmiş məktubun altında belə bir qeyd yazılır: «Siz bu məktubu çap etməyin zəruri olduğuna əminsiniz?». Hətta bu cür xırda təfərrüat da ekoloji ofis mədəniyyətinin formalaşmasına kömək edir.

Əməkdaşları vaxtında ofisdə tətbiq olunan «yaşıl» texnologiyalar barədə məlumatlandırmaq və bu məlumatı onlara gözəl şüarlarla deyil, konkret rəqəmlər, faktların köməyi ilə çatdırmaq zəruridir.

Nəzərə alın!

Daha hansı qaydalar pullara qənaət etməyə və təbiəti qorumağa imkan verir?

  • İşgüzar görüşlərin əvəzinə telekonfransların tətbiqi;
  • Köhnəlmiş ofis texnikasının yeni – enerji cəhətdən səmərəli texnika ilə əvəz olunması (Energy star);
  • Şirkət daxilində elektron sənəd dövriyyəsinin tətbiqi (kağızda çap etmək məcburiyyəti olmadan);
  • Makulatura toplanması (1 ton makulatura –17 ağac deməkdir);
  • İctimai nəqliyyatdan və velosipedlərdən istifadənin təbliği;
  • İstismar müddətini başa vurmuş akkumulyator batareyalarının və mobil telefonların utilizasiyası.
 
Açar sözlər: texnologiyalar yaşıl ofis insan resursları
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.